Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

HEYDƏR ƏLİRZA OĞLU, BİZİ BAĞIŞLAYIN ...

Zati-aliləri, cənab Azərbaycan Respublikasının Prezidenti!

Protokol qaydalarını gözləmədən, Sizə açıq müraciət etdiyimə görə üzr istəyirəm, ancaq məni buna sövq edən səbəblər o qədər ciddidir ki, susmağa nə mənəvi, nə də vətəndaşlıq haqqım var.

Söhbət Sizin ölkə Prezidenti vəzifəsini tərk etmək qərarınızdan

gedir.

İlk baxışdan, təkamül qanunlarına görə, nə vaxtsa olmalı hadisə baş vermişdir, çünki siyasi həyatın dialektikası və təbiət qanunları, heyhat, qaçılmazdır.

Lakin belə deməyi özümə rəva bilirəm ki, baş vermiş hadisə heç də tibbi-bioloji səbəblərin nəticəsi deyildir, çünki, yaşından və vəzifəsindən asılı olmayaraq, heç bir insan xəstəlikdən sığortalanmayıbdır. Xoşbəxtlikdən, Sizin xəstəliyiniz o qədər də qorxulu deyildir, təbabətin müasir nailiyyətləri isə elədir ki, həkimlər, Tanrının köməyi ilə Sizi tezliklə sağaldıb ayağa qaldıracaqlar və Siz hələ oğul və qız nəvələrinizin toylarında da iştirak edəcəksiniz.

Həmçinin, güman edirəm ki, baş vermiş hadisə ilə siyasi həyatın dialektikası arasında sərt asılılıq yoxdur. Dünya miqyaslı siyasətçi və dövlət xadimi kimi Siz öz həyatınızda bundan da qat-qat mürəkkəb və neçə-neçə çətin vəziyyətdən məharətlə çıxmısınız. Ona görə də deyə bilərəm ki, baş vermiş hadisə nə yaşınızla, nə səhhətinizin müvəqqəti pisləşməsi ilə, nə də, xüsusən, Sizin vəzifənizi tutmağa təşnə olanların uzun bir növbəyə düzlənməsi ilə bağlıdır.

Sizin səhhətinizlə bağlı bəzi problemlərin olduğunu inkar etməsəm də, icazənizlə deyim ki, məhz bu amilin Sizin ölkəyə bundan sonra da rəhbərlik etmənizə imkan verməməsi fikri ilə razı deyiləm.

Daha yaşlı və səhhəti o qədər də möhkəm olmayan insanların dövlətə rəhbərlik etdiyinə dair misallar müasir tarixə məlumdur. Misal üçün, Prezident Ruzvelt Sizin xəstəliyinizlə müqayisədə daha ciddi fiziki narazılıqdan əziyyət çəkirdi. Amma bu, ağır xəstə olmasına və əlil arabasından qalxa bilməməsinə baxmayaraq, onun on ildən artıq bir dövrdə Birləşmiş Ştatlara başçılıq etməsinə mane olmamışdır. Bəs Roma Papası? O, ixtiyar yaşında olmasına və çox ağır xəstəliklərinə məhəl qoymayaraq, bütün dünyadakı çoxmilyonlu ümmətinə bu gün də uğurla rəhbərlik etməkdədir.

Sizin indiki xəstəliyinizi əlamətdar hal, Tanrı vergisi kimi qiymətləndirirəm. Tanrı bu xəstəliyi Sizə ancaq bir məqsədlə - çoxillik üzücü gərginliklərdən sonra qısa müddət dincəlmənizə, eyni zamanda, öz komandanıza kənardan baxmanıza, onun keyfiyyət tərkibini, güclü və zəif cəhətlərini araşdırmanıza imkan vermək məqsədi ilə göndərmişdir.

Bu fərziyəni mütəxəssislər də təsdiqləyirlər. Məsələn, Rusiyanın nüfuzlu tibb alimləri belə bir yekdil fikirdədirlər: Tanrımız Sizə elə sağlamlıq ehtiyatı və güclü iradə bəxş etmişdir ki, nə sosial-siyasi, nə də bioloji-tibbi xarakterli heç bir müvəqqəti iztirab yaxın illərdə səhhətinizə əhəmiyyətli dərəcədə təsir göstərmək iqtidarında deyildir.

Bəli, bu fikri həyat da təsdiqləyir. Misal üçün, möhtərəm Heydər Əlirza oğlu, həyatla ölüm arasında ola-ola, lakin buna məhəl qoymadan və taleyin sınağına meydan oxuyaraq, Respublika sarayında tribunaya iki dəfə qayıdıb öz məlum çıxışını davam etdirən Siz deyildinizmi?

Bu misal və həyat yolunuzun ən çətin anlarında bizim hamımıza nümayiş etdirdiyiniz çoxsaylı digər misallar inanmağa imkan vermir ki, qarşıdakı ölkə prezidenti seçkilərində iştirakdan imtina etməyiniz “səhhətinizlə bağlı bəzi problemlər”in nəticəsidir. Səhhətinizin vəziyyəti Sizin belə qərar qəbul etməyiniz üçün əsas deyil, çox güman ki, səbəb olmuşdur.

Mənə elə gəlir ki, ölkəyə bundan sonra da rəhbərlik etməkdən imtina etməyinizin səbəbləri daha dərindir və müraciətinizdə göstərildiyindən daha ciddi səbəblərlə şərtlənir.

Öz xalqınıza bu müraciəti imzalayarkən Sizin nə kimi hisslər keçirdiyinizi anlamaq üçün peyğəmbər olmaq lazım deyildir. Axı, faktiki olaraq, bununla Siz belə çətinliklə yaratdığınız müasir sənayeli və dünyəvi dövlətin sükanını bir neçə gündən sonra prezident seçkilərində qalib gələcək namizədə könüllü surətdə verməyə hazır olduğunuzu bildirdiniz.

Amma həmin hisslər Sizin fiziki iztirabınızdan və ya belə yüksək dövlət vəzifəsini tərk etməyi istəməməyinizdən irəli gəlməmişdir. Siz bundan da yüksək vəzifələr tutmusunuz, uzun illər ərzində planetin qüdrətli dövlətlərindən birinin rəhbərlərindən olmusunuz. Ona görə də mənə elə gəlir ki, bu hisslərin, ilk növbədə, iztirabların çaları var, onun yaranmasının səbəbkarı isə bizik, həmvətənlərinizin qədir-qiymət bilməyən qismidir.

Siz xalqınızın ayrı-ayrı nümayəndələrinin özünüzə qarşı xəyanətindən, tükənmək bilməyən ədəbsizliyindən və nadanlığından, əsassız tənqid və böhtanlarından, sadəcə olaraq, bir insan kimi yorulmusunuz.

Sizə vurulan və fiziki xəstəliyinizi dərinləşdirən o mənəvi ağrı kimi, bu yorğunluğu da çoxlarımız başa düşür. Dünyada az-az millət tapılar ki, onun nümayəndələri öz Prezidentinin müvəqqəti fiziki iztirabından beləcə açıq-aşkar bədxahlıqla sevinsinlər. Ağsaqqal, səhhəti bir qədər pozulmuş insana tezliklə sağalmağı arzulamaqdansa, biz azərbaycanlıların bəziləri dövlət başçısının xəstəliyi ilə əlaqədar bir-birimizi açıq-aşkar ədəbsizliklə təbrik edir, qəzet və jurnal səhifələrində bundan bədxahlıqla kam alır, amma bu zaman adicə ədəb-ərkan qaydalarını və Azərbaycan xalqının mənəvi-əxlaqi dəyərlərini unudurdular.

Bu da şübhəsizdir ki, Sizin mənəvi ağrınızı və fiziki xəstəliyinizi öz xidməti borcuna və cəmiyyətdə tutduğu mövqeyinə görə ayrı-ayrı KİV-lərin əxlaqsız sərsəmliyinə açıq reaksiya verməli olanların passiv münasibəti də gücləndirmişdir. Lakin yaradıcı və elmi ziyalıların əksər nümayəndələrinin susması respublikanın ayrı-ayrı rəsmi KİV-lərinin dövlət başçısının səhhəti barədə hər cür böhtan və iftiralara passiv və kifayət qədər səriştəsiz reaksiyası aranı ancaq qızışdırmış və cəmiyyətdə həmin məsələ ilə əlaqədar müxtəlif şayiələr doğurmuşdur.

İş o yerə çatmışdı ki, Sizin xəstələndiyiniz günlərdə bir çoxumuz özünü elə itirmişdi ki, adi seyləri belə unutmuşdu. Misal üçün, Prezident B.N.Yeltsin xəstələnəndə yüzlərlə dindar onun müalicə olunduğu xəstəxananın yanında gecə-gündüz növbə çəkir, tezliklə sağalması üçün Tanrıya dua edirdi. O günlərdə Rusiyada elə bir kilsə yox idi ki, orada ruhanilər möminləri dövlət başçısının sağalması üçün dua etməyə çağırmasınlar. Mən hələ onu demirəm ki, o günlərdə Rusiya televiziyasının müxtəlif kanallarında Boris Nikolayeviçin ünvanına sadə, amma ən səmimi diləklər ifadə edilən minlərlə teleqram, məktub, vətəndaşların şifahi arzuları səsləndirilmişdi.

Azərbaycanlıların şimal qonşularımızdan daha az vətənpərvər, mərhəmətli olduqlarını təsəvvürə belə gətirmək çətindir. Yox, xəstəliyinizin böhranlı dövründə də, indi, şükürlər olsun, səhhətinizin yaxşılaşdığı vaxtda da Azərbaycan xalqı arasında öz Prezidentinə görə narahatlıq keçirənlər, ünvanınıza xoş diləkli teleqramlar və səmimi məktublar göndərmək istəyənlər çox olmuşdur və çoxdur. Ancaq onlar bu teleqramları, bu məktubları Sizin nəzərinizə necə çatdırmağı bilmirlər. Bizim böyük və kiçik rəislərimiz, eləcə də dini liderlərimiz isə uzaq Amerikaya, Azərbaycan Respublikası Prezidentinin ünvanına məktub göndərmək qaydasını xalqa açıq izah etməyi mümkün hesab etməmişlər, halbuki bu məktubların Sizə göndərilməsini onlar özləri təşkil edə bilərdilər.

Bir sözlə, bir çoxumuz Sizin qarşınızda günahkarıq, Azərbaycan Respublikasının Prezidenti vəzifəsindən gedəcəyinizə görə məsuliyyət daşıyırıq.

Biz naşükür çıxdıq, Sizin təkcə bugünkü Azərbaycan naminə deyil, həm də övladlarımızın gələcək səadəti naminə verdiyiniz töhfəni layiqincə qiymətləndirə bilmədik.

Bunun əvəzində, Qarabağ problemini Sizə irad tutduq, amma unutduq ki, onu Siz yox, qətiyyətsizliyimiz və qorxaqlığımız nəticəsində biz özümüz yaratmışdıq.

Biz Qarabağ probleminin hərbi yolla dərhal həll olunmasını Sizdən tələb edirdik, amma bu çox mürəkkəb problemin həllinin belə metodunun nəyə başa gələcəyi barədə az düşünürdük. Halbuki, əksəriyyətimiz gözəl dərk edirdik ki, bu cür həllin qiyməti manat və dollarla yox, ilk növbədə, minlərlə həmvətənimizin qanı və canı ilə ölçülür. Biz onu da gözəl başa düşürdük ki, bir sıra obyektiv səbəblərə görə indiki vaxtda həmin problemi hərbi yolla həll etmək olmaz.

Biz bunlar, eləcə də dövlət quruculuğunun bir çox digər taleyüklü problemləri barəsində fikirləşmirdik. Bizim üçün başlıcası Sizə mümkün qədər daha çox ağrı vermək, komandanıza qara yaxmaq, şər atmaq, Sizi yalnız qara boyalarla təqdim etmək idi. Amma bu zaman cəbhəçilərin hakimiyyətdə olduqları qara günlərini unudurduq. O günləri ki, küçəyə çıxmağa, qadın-qızlarımızı təkbaşına şəhərə buraxmağa qorxurduq, çünki onları hər addımbaşı qarət edə, döyə və ya öldürə bilərdilər. Axı, Azərbaycanda cinayətkarlığın ən yüksək səviyyəsi məhz 1992-ci ildə müşahidə edilmiş və son yüz ildə respublikada cinayətlərin rekord sayı qeydə alınmışdı. Bunların əksəriyyətini isə təkcə mütəşəkkil cinayətkar qruplaşmalar deyil, həm də və başlıca olaraq, silahlı quldur dəstələri törədirdilər.

Biz bu və ya digər şəxsi çətinliklərimizə görə özümüzdən savayı, qalan hər şeyə və hamıya qəzəblənirdik və qəzəbli olaraq qalırıq, yan-yörəmizdəkilərin uğurlarına və firavanlığına həsəd aparırıq, siyasətdə və dövlət işlərində, əslində, sərçə olsaq da, qeyri-adi sadəlövhlüklə ürəyimizdən siyasət şahini olmaq keçir. Bunun da nəticəsində hiss etmədik ki, son 10 ildə bizdən ötrü Siz beynəlxalq birlik tərəfindən ümumbəşəri dəyərlərə, haqq-ədalətə əsaslanan müasir, dünyəvi dövlət kimi qəbul edilən, əslində, prinsipcə yeni Azərbaycan yaratmısınız.

Doğru deyiblər ki, özümüzünkülərin qədrini bilmirik! Biz olanımızı qiymətləndirə bilmirik. Halbuki, saxta təvazökarlığı kənara atsaq, görərik, hər hansı bir xalq fəxr edərdi ki, geridə qalmış Azərbaycanı tarixən qısa bir müddətdə texnoloji cəhətdən yüksək səviyyədə təchiz edilmiş və sabit bazar iqtisadiyyatlı müasir dövlətə çevirən belə əfsanəvi və dünya şöhrətli şəxsiyyət onun lideridir!

Siz Azərbaycanın daha da çiçəkləndiyi, sabit və qayda-qanunlu dövründə ona bundan sonra da rəhbərlik etməkdən könüllü surətdə imtina edirsiniz, halbuki ona başçılıq etməyə razılıq verdiyiniz 1993-cü ildə ölkə vətəndaş müharibəsi, xaos və parçalanmaq həddində idi.

Çoxillik gərgin əməyiniz gözəl bəhrələr verməyə başladığı dövrdə, dövlətin isə öz sosial-iqtisadi inkişafının respublikada əvvəllər heç zaman müşahidə olunmadığı belə bir mərhələsində Siz ölkə Prezidenti vəzifəsindən ləyaqətlə gedirsiniz.

Sizin müvəqqəti xəstəliyiniz, bir millət olaraq, azərbaycanlılar üçün ciddi dəyanət sınağına çevrildi, amma təəssüf ki, səkkizmilyonluq xalqdan bir çoxumuz bu sınaqdan çıxmadıq, azğınlaşıb cızığından çıxan bir ovuc qaraqışqırıqçının və tənqidbazın ağzından layiqincə vurmadıq.

Bir çoxumuz fikrimizi mərd-mərdanə açıq söyləməkdən, böhtançıların ağlını başına yığmaqdan, onlarla qanunun tam gücü ilə danışmaqdan çəkindik, çünki dənizaşırı ölkələrdəki “xeyirxahlar”ımızın qaşqabaqlı baxışlarından, tutqun sifətlərindən qorxduq. Unutduq ki, gilyotinin, çarmıxa çəkmənin və öz təbəələrini camaatın gözü qarşısında tonqallarda diri-diri yandırmağın əsasını Azərbaycan deyil, qoca Avropa qoymuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinə insan hüquqlarının pozulması barədə bu gün ən çox şikayət Azərbaycan vətəndaşlarından deyil, Fransanın vətəndaşlarından gəlir. İşə bax ki, indi bu ölkənin ayrı-ayrı vətəndaşları demokratiyanın əlifbasını bizə zorla öyrətməyə can atırlar.

Cənab Prezident, bizi bağışlayın ki, Sizin - dövlətçiliyimizin bütün tarixində ilk dəfə olaraq, Azərbaycana insanı, onun hüquq və azadlıqlarını ali dəyər elan edən Konstitusiya bəxş etmiş insanın qədr-qiymətini bilmədik.

Heydər Əlirza oğlu, bizi bağışlayın ki, Konstitusiya hüquqları və azadlıqlarımızın müdafiəsinin təminatçısı kimi Sizi çətin anlarda ölkəmizdəki bir ovuc müzür ünsürdən qoruya bilmədik.

Sizin bu il oktyabrın 2-də bizə qəti şəkildə dediyiniz “Yox!” sözü cəmiyyəti sarsıtdı. Hətta Sizin davakar opponentləriniz də ötəri sərməstlikdən sonra donub. Onlar, sadəcə olaraq, qorxdular. Axı, hamını və hər kəsi intəhasız, başlıcası isə, cəzasız olaraq tənqid etmək bir şeydir, dövlətin həyat fəaliyyəti, müdafiə qabiliyyəti ilə bağlı yüzlərlə təxirəsalınmaz vəzifəni eyni vaxtda həll etmək isə başqa şeydir. Onlar isə buna hazır, başlıcası isə, 1992-1993-cü illərdə gördüyümüz kimi, qadir deyildirlər.

Yalnız bir insan və onun ən yaxın əhatəsi çaşıb qalmadı və Sizin müraciətiniz şəxsən ondan ötrü nə qədər acı olsa da, bunu ləyaqətlə qarşıladı. Bu, Sizin oğlunuz idi və qürurla başını dik tutaraq Azərbaycan xalqına qətiyyətlə bildirdi: “Atamın əvəzinə seçkilərdə mən iştirak edəcəyəm və Azərbaycan Prezidentinin başladığı quruculuq xəttini sizinlə birlikdə davam etdirəcəyəm!”

Mən ona inanıram və buna görə də İlham Əliyevə səs verəcəyəm. O ümidlə səs verəcəyəm ki, yaxın illərdə Siz onun yanında və onunla birlikdə olacaqsınız və Azərbaycan Respublikasının yeni Prezidenti üçün dövlət işlərində müdriklik mənbəyi, azərbaycanlılar üçün isə millət atası - yolundan sapmış övladlarını alicənablıqla bağışlayan ata olacaqsınız.

Cənab Prezident, son altmış ildə Azərbaycan və azərbaycanlılar üçün etdiyiniz bütün yaxşılıqlara görə sağ olun, Sizin qarşınızda baş əyirəm.

Tezliklə sağalın və Vətənə dönün.

Biz Sizi səbirsizliklə gözləyirik...

Hörmətlə,

Xanlar Ələkbərov

Ümumrusiya Azərbaycan Konqresinin

vitse-prezidenti.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Apreldə 150 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Quş qripinə qarşı epizootoloji monitorinqlər aparılacaq

Hindistanın Manipur ştatında hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb

UNEC ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramı müzakirə olunub

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

“Urbanda görüşərik” layihəsi çərçivəsində növbəti tədbir: “Qiraət axşamı”

GDU-da “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

DYP mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Həmkəndlisini qəsdən öldürməyə cəhd edən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Belqorodda PUA hücumu nəticəsində 6 dinc sakin həlak olub

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşünün vaxtı bəlli olub

Qəzzada İsrail ordusunun daha üç əsgəri ölüb

Fiziki məhdudiyyəti olan sərnişinlərin metrodan istifadə sayı artıb

AQTA bitki zərərvericiləri ilə mübarizəyə dair yeni videoçarx hazırlayıb

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNƏCƏK

TDT Ağsaqqallar Şurasının üzvü türk dövlətlərinin hazırkı əlaqələrini intibahın dirçəlişi kimi qiymətləndirib

Bu ilin dörd ayı ərzində DSMF-də 188 mindən çox vətəndaş qəbul edilib

Rusiyanın Əməkdar artisti Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib

® “Naxçıvan sağlamlıq günləri” çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial xeyriyyə aksiyası keçirilib

® “STP Şirkətlər Qrupu”nda istehsalat göstəriciləri artıb

Tarix Muzeyinə şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş kitab hədiyyə edilib

“Sumqayıt” heç-heçə rekordunu təkrarlayıb

Qanada britaniyalıların müstəmləkəçilik dövründə talan etdikləri ləl-cəvahirat sərgisi açılıb

Denis Şmıqal: Qərb Ukraynaya qoşun göndərsə, minnətdar olarıq

Braziliyada daşqınlar: 78 nəfər həlak olub, 105 nəfər itkin düşüb

UNESCO: Qlobal ekoloji məsələləri işıqlandıran jurnalistlərin 70 faizi hücuma məruz qalıb

Nizami Cəfərov: Ortaq türk əlifbasının yaradılması istiqamətində aparılan işlər zamanın tələbidir

Binəqədi rayonunda “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb

Faktiki hava: Şahdağa və Gədəbəyin dağlıq ərazilərinə qar yağıb

“Qarabağ” yeni rekorda imza atıb

Bakı metrosunda QR bilet istifadəçilərinin sayı 45 faizə yaxın artıb

AMEA-nın prezidenti: Türk dövlətlərinin ortaq əlifbasının yaradılması dövrün və zamanın çağırışıdır

“Neftçi” 10 ildən sonra antirekordunu təkrarlayıb

DİN: Həftə sonunda 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Cənub bölgəsinin bir sıra rayon və kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılır

Türk Dilçilik Cəmiyyətinin prezidenti: Hazırda tarixi anlar yaşayırıq

Bakının kənd və qəsəbələri arasında minifutbol turnirində finala çıxan komandalar bəlli olub

Madonnanın pulsuz konsertinə 1,6 milyon nəfər gəlib

Şirvan-Salyan üzrə riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib

Monqolustanda meşə yanğınları artır

Ali məktəblərə qəbul imtahanının I cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

Premyer Liqa: “Səbail” turun son oyununda autsayderi qəbul edəcək

Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşəcək

Moskva Dövlət Universitetinin Bakı filialı magistraturaya qəbul elan edir

Türk Akademiyasının prezidenti: Ortaq əlifbanın yaradılması istiqamətində səylərimizi davam etdiririk

Dünya birjalarında neft bahalaşıb

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını nəzarət altına almaq mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb VİDEO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib