“Heydər Əliyev 100” – Tərtərdə fləş-mob
Tərtər, 17 may, AZƏRTAC
Tərtər Rayon İcra Hakimiyyətinin, Təhsil Sektorunun, Gənclər və İdman İdarəsinin və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fləş-mob təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər şəhərinin mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsi önündə keçirilən fləş-mobda rayonun ümumtəhsil məktəblərinin 500 nəfərdən çox şagirdi iştirak edib.
Məktəblilər fləş-mobda “Heydər Əliyev 100” yazısını nümayiş etdiriblər.