Heydər Əliyev adına 11 nömrəli məktəbin direktoru Tatyana Tixomirovadan
Hörmətli İlham Heydər oğlu,
Sizi ad gününüz münasibətilə Həştərxan şəhərinin “Heydər Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbi” bələdiyyə büdcə ümumtəhsil müəssisəsinin kollektivi adından, habelə valideynlər və şagirdlər adından ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, bütün təşəbbüslərinizdə uğurlar, tükənməz quruculuq enerjisi arzulayıram.
Əminəm ki, Sizin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, o cümlədən Həştərxan vilayəti arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə yönələn sosial əhəmiyyətli beynəlxalq layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyətiniz davam edəcək.
Hörmətlə,
Tatyana Tixomirova
Heydər Əliyev adına 11 nömrəli məktəbin direktoru