HEYDƏR ƏLİYEV BAĞI İLƏ TANIŞLIQ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev sonra Qusar rayonunun mərkəzindəki Heydər Əliyev bağına gəldi. Burada dövlətimizin başçısını minlərlə sakin böyük hörmət və ehtiramla qarşıladı. Prezidentə və xanımına gül dəstələri təqdim olundu.
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin bağda ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu.
Dövlətimizin başçısı bağda nümayiş etdirilən Qusar rayonunun qədim xalçaçılıq sənəti nümunələri, məişət əşyaları ilə yaxından tanış oldu, təndir çörəyindən daddı. Qusarın milli rəqs, folklor ansamblı, özfəaliyyət kollektivi üzvlərinin çıxışlarına tamaşa etdi və onlara uğurlar arzuladı.