İQTİSADİYYAT
Heydər Əliyev dünya siyasətində dəst-xətti ilə seçilən şəxsiyyətlərdəndir
Bakı, 25 aprel (AZƏRTAC). Beynəlxalq Mətbuat Mərkəzində “Vergilər”, “Yeni Azərbaycan” qəzetləri və “Azərbaycan vergi jurnalı”nın birgə təşkilatçılığı ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə dəyirmi masa keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, dəyirmi masada ümummilli lider Heydər Əliyevin zəngin və mənalı həyat yolundan, xalqımız qarşısındakı misilsiz xidmətlərindən, dövlətçiliyimizin xilası və möhkəmləndirilməsi istiqamətində atdığı tarixi addımlardan danışılmışdır. Bildirilmişdir ki, Vergilər Nazirliyinin yaradılması müdrik və uzaqgörən ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Çıxış edənlər ulu öndərin 1990-cı illərin əvvəllərində Azərbaycanı siyasi böhrandan məharətlə çıxardığını diqqətə çatdırmışlar.
Tədbirdə ulu öndər Heydər Əliyevin dünya siyasətində dəst-xətti ilə seçilən şəxsiyyətlərdən biri olduğu vurğulanmışdır.