Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Heydər Əliyev Fondu bir daha mərhəmət, xeyirxahlıq kimi ali dəyərlər nümunəsi ortaya qoydu

Heydər Əliyev Fondu bir daha mərhəmət, xeyirxahlıq kimi ali dəyərlər nümunəsi ortaya qoydu

Bakı, 14 fevral, AZƏRTAC

Fevralın 6-da Türkiyənin tarixində ən faciəli zəlzələ baş verdi. Qardaş ölkənin 10 vilayətində baş verən zəlzələlər nəticəsində on minlərlə insan həyatını itirdi, yaralandı və dağıntılar altında qaldı. Bu dəhşətli hadisəyə ilk səs verən, qardaş ölkənin dərdinə şərik olan Azərbaycan oldu. Bu sarsıdıcı xəbər Azərbaycan xalqını kədərə bürüdü. Dövlətimizin başçısı İlham Əliyev dərhal Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycan xalqını çox sarsıtdığını və kədərləndirdiyini bildirdi. Dəhşətli zəlzələnin baş verməsindən dərhal sonra Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq bütün strukturlar səfərbər edildi. Qardaş ölkəyə yola düşən min nəfərə yaxın xilasedici qrup bu günədək dağıntılar altında qalan insanların xilası üçün böyük fədakarlıq göstərir. Zəlzələnin baş verməsindən ötən günlər ərzində ölkəmizdən zəlzələ zonasına davamlı olaraq xilasedicilər, həkimlər, könüllülər göndərilir. Eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə böyük yardımlar göstərilir. Azərbaycan bu dəstəyi ilə bir daha qardaşlığın nümunəsini nümayiş etdirir. Bu qardaşlıq təkcə bu günlə bağlı deyil, tarixin bütün sınaqlarından şərəflə çıxıb, illər keçdikcə daha da möhkəmlənib, ən yüksək, daim nümunə olan bir səviyyəyə yüksəlib. Dünya bu dostluğun, qardaşlığın, birliyin, həmrəyliyin çox da uzaq olmayan tarixdə - 44 günlük İkinci Qarabağ müharibəsində şahidi olmuşdu. Azərbaycan tək olmadığını, sonadək Türkiyənin mənəvi və siyasi dəstəyi ilə əhatə olunduğunu gördü və bundan böyük güc aldı. Bu qardaşlıq sarsılmazdır.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə AZƏRTAC-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycan xalqı qardaş ölkəyə dəstəyi ilə bir daha göstərdi ki, xalqlarımız arasında yalnız dövlət başçıları səviyyəsində deyil, sadə vətəndaşlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur. Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın çağırışlarını ən yüksək səviyyədə cavablandıran Azərbaycan xalqı bütün imkanlarını səfərbər edib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar, eyni zamanda, fevralın 10-da zəlzələdən zərər çəkənlərə humanitar yardımla bağlı rəsmi instaqram səhifəsində paylaşımı xalqımıza birlik, həmrəylik çağırışı oldu. Mehriban xanım Əliyeva daim bu fikri böyük əminliklə və qürur hissi ilə qeyd edir ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri - ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində hər bir çağırışın öhdəsindən yüksək səviyyədə gəlirik.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, faciədən zərər çəkmiş şəxslər üçün Fond tərəfindən 36 ton humanitar yardım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən də qardaş ölkəyə humanitar yardım kampaniyası həyata keçirilir. Heydər Əliyev Fondunun fəaliyyəti insanlara mərhəmət, xeyirxahlıq kimi ali dəyərlər üzərində qurulub. Mehriban xanım Əliyevanın qeyd edilən paylaşımında əksini tapan fikirlər özündə bütün çağırışları ehtiva edir. Bu məqamı da xüsusi qeyd etmək istərdim ki, zəlzələ bölgəsinə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişi əsasında qardaş ölkəyə humanitar yardım aparan Fond əməkdaşları ilə görüşdü. Türkiyə Prezidentinin Azərbaycan dövləti və xalqının Türkiyədəki faciənin nəticələrinin tez bir zamanda aradan qaldırılması ilə bağlı səfərbər olmasına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirməsi bu dəstəyin qardaş ölkədə necə yüksək dəyərləndirildiyini bir daha nümayiş etdirdi.

“Mehriban xanım Əliyeva paylaşımında Azərbaycan dövlətinin, xalqının dəstəyində payı olan hər kəsə - axtarış-xilasetmə işlərinə cəlb olunmuş əməkdaşlara, insanlara tibbi yardım göstərən səhiyyə işçilərinə, diplomatik xidmət nümayəndələrinə, KİV təmsilçilərinə təşəkkür etməsi, hər kəsin əməyini yüksək dəyərləndirməsi onun insansevərliyinin, dövlətinə, xalqına bağlılığının təsdiqidir. Bu bağlılıq, sevgi Azərbaycana qardaş olan hər bir ölkəyə, xalqa münasibətdə də özünün aydın ifadəsini tapır. Heydər Əliyev Fondunun mərhəmətdən, xeyirxahlıqdan, xeyriyyəçilikdən irəli gələn addımlarının, həyata keçirdiyi layihələrin sayı ölçüyəgəlməzdir. Mehriban xanım Əliyeva rəsmi instaqram səhifəsindəki paylaşımında bu fikri xüsusi qeyd edir ki, hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olmaq, əl-ələ verərək çətinliklərdən və sınaqlardan birlikdə üzüağ çıxmaq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biridir. Azərbaycanın qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk saatlarından Türkiyə xalqına göstərdiyi dəstək xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin, qarşılıqlı sevginin sarsılmazlığının, möhkəmliyinin, əbədiliyinin növbəti əyani sübutudur. Türkiyə xalqının yanında olmağa çalışan hər kəsə minnətdarlığını ifadə edən Mehriban xanım Əliyeva “Azərbaycanlı olduğuma görə çox qürurluyam!” söyləməklə bir daha xalqımıza xas olan dəyərlərin təqdimatına verdiyi töhfələrin böyüklüyünü nümayiş etdirir. Azərbaycan və Türkiyə bir millət, iki dövlət olaraq hər zaman bir yerdədir. Azərbaycanın sevincini öz sevinci, kədərini öz kədəri kimi qəbul edən qardaş Türkiyənin sevinci də, kədəri də bizimdir. Xalqımız qardaş ölkənin gücü, qüdrəti ilə qürur duyur. Əmindir ki, bu dağıdıcı zəlzələ qardaş türk xalqını sarsıda bilməyəcək, Türkiyə dövlətinin iradəsinə təsir etmək gücündə olmayacaq. Türkiyə dövləti güclüdür və bu güc, bu qüdrət təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında da özünü göstərir. Heç şübhə yoxdur ki, qardaş ölkə bu acı sınaqdan da şərəflə çıxacaq”, - deyə Vüqar Rəhimzadə vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB-2 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir VİDEO

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj VİDEO

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

Təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilir

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB-2 VİDEO

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək