SİYASƏT
HEYDƏR ƏLİYEV FONDU İLƏ TANIŞLIQ
Burada qonaqlara Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan Fondun məqsədləri barədə məlumat verilmişdir. Bildirilmişdir ki, Fondun əsas məqsədləri Prezident Heydər Əliyevin zəngin irsinin öyrənilməsinə, Azərbaycanın tərəqqisinə yönəldilmiş genişmiqyaslı proqramların həyata keçirilməsini dəstəkləməkdən, müstəqil Azərbaycanın iqtisadi qüdrətinin artmasına xidmət edən layihələrin gerçəkləşdirilməsində iştirak etməkdən, əhalinin rifahının yüksəldilməsinə dair müxtəlif proqramların və tədbirlərin dəstəklənməsindən, milli-mənəvi dəyərlərin qorunması, azərbaycançılıq ideologiyasının və Azərbaycan mədəniyyətinin geniş təbliği ilə bağlı işlərin görülməsinə kömək göstərməkdən ibarətdir.
Nazir və onu müşayiət edən şəxslər ümummilli liderimiz Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və müxtəlif dövrlərə aid eksponatlar barədə ətraflı məlumat almışlar.
Qonaqlar Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən, Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillərlə, dünyanın məşhur siyasi liderlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla tanış olmuşlar.
Fondun fəaliyyətini yüksək qiymətləndirən və bu tanışlığın onda böyük maraq doğurduğunu bildirən Çinin xarici işlər naziri Li Çjaosin fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.