HEYDƏR ƏLİYEV FONDU İLƏ TANIŞLIQ
AZƏRTAC xəbər verir ki, Polşa Prezidenti Lex Kaçinski və Azərbaycan Prezidenti İlham Əliyev martın 30-da Heydər Əliyev Fondunda olmuşlar.Prezident İlham Əliyev Polşa dövlətinin başçısını və xanımını müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin adını daşıyan Fondda görməkdən məmnun qaldığını bildirdi.
Dövlətimizin başçısı ali qonağı və onu müşayiət edən nümayəndə heyətinin üzvlərini Fondun zəngin ekspozisiyaları ilə tanış etdi.
Ulu öndərin uşaqlıq, gənclik, təhsil illərinə aid fotoşəkillər,
sənədlər, öz əlilə çəkdiyi rəsmlər, xüsusi xidmət orqanlarında çalışdığı dövrü, respublikaya rəhbərliyinin hər iki mərhələsindəki, habelə Moskvadakı fəaliyyətini əks etdirən eksponatlar qonaqlarda xüsusi maraq oyatdı.
sənədlər, öz əlilə çəkdiyi rəsmlər, xüsusi xidmət orqanlarında çalışdığı dövrü, respublikaya rəhbərliyinin hər iki mərhələsindəki, habelə Moskvadakı fəaliyyətini əks etdirən eksponatlar qonaqlarda xüsusi maraq oyatdı.Keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi yüksək nüfuz qazanmış görkəmli şəxsiyyətin sovet rəhbərliyinin siyasətinə etiraz əlaməti olaraq, bəyanat verib Sov.İKP sıralarından çıxmasının böyük cəsarət olduğunu bildirən Lex Kaçinski Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında və bunun əsas təməli olan iqtisadi islahatların həyata keçirilməsində Heydər Əliyevin
oynadığı həlledici rolu yüksək qiymətləndirdi.
oynadığı həlledici rolu yüksək qiymətləndirdi.Prezident İlham Əliyev Polşa Prezidentini ulu öndərin zəkasının
bəhrəsi olan və indi onun adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin maketi ilə də tanış etdi, bu layihənin nəinki regionda, həm də bütün Avropada geosiyasi vəziyyətə böyük təsir göstərdiyini vurğuladı.
bəhrəsi olan və indi onun adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin maketi ilə də tanış etdi, bu layihənin nəinki regionda, həm də bütün Avropada geosiyasi vəziyyətə böyük təsir göstərdiyini vurğuladı.Lex Kaçinski Heydər Əliyevin dünyanın nüfuzlu siyasi xadimləri, dövlət və hökumət rəhbərləri ilə görüşlərini, dünyanın müxtəlif ölkələrində onun xatirəsinə ucaldılan abidələri əks etdirən fotoşəkillərə də maraqla baxdı.
Polşa Prezidenti Xatirə kitabına ürək sözlərini yazdı və Fondla tanışlıqdan zəngin təəssürat aldığını bildirdi.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Polşa Prezidentinə xatirə hədiyyəsi təqdim etdi.