HEYDƏR ƏLİYEV İRSİ ÖYRƏNİLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, universitetin rektoru Məhəbbət Qarabağlı “Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Məclisinin 59-cu sessiyasında çıxışı Heydər Əliyev xarici siyasət xəttinin inamlı davamıdır”, filologiya elmləri namizədi, Mingəçevir Politexnik İnstitutunun kafedra müdiri Rüstəm Kamal “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, fizika-riyaziyyat elmləri namizədi, Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialının direktoru Aslan Dəmirli “Heydər Əliyevin siyasi fəaliyyəti zəngin dövlətçilik təcrübəsi məktəbidir” mövzusunda mühazirələr oxumuşlar.