HEYDƏR ƏLİYEV MUZEYİ İLƏ TANIŞLIQ
Hacıqabul, 3 sentyabr (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 3-də Hacıqabul şəhərində Heydər Əliyev muzeyi ilə tanış olmuşdur.
Heydər Əliyev parkının ərazisində yerləşən muzey 2008-ci ildə inşa olunmuşdur. Ümumi sahəsi 204 kvadratmetr olan muzeydəki eksponatlar ulu öndərin müxtəlif dövrlərdə respublikamızın inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlərin ayrı-ayrı məqamlarını, xarici səfərlərini əks etdirir.
Muzeydə ulu öndərin uşaqlıq və gənclik illərinə aid şəkillər, ötən əsrin 70-80-ci illərində və müstəqilliyini bərpa etdikdən sonra ölkəmizə rəhbərlik etdiyi dövrləri əhatə edən eksponatlar ayrı-ayrı bölmələrdə yerləşdirilmişdir. Muzeyə gələnlər burada quraşdırılan monitor vasitəsilə ümummilli liderin həyat və fəaliyyətini əks etdirən videoxronikaya da baxa bilirlər.
Dövlətimizin başçısı muzeylə tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazdı.
######
![]() |
![]() |
![]() |


