HEYDƏR ƏLİYEV PARKI İLƏ TANIŞLIQ
Azərbaycan Prezidenti İlham Əliyev Uşaq-gənclər idman məktəbi ilə tanışlıqdan sonra Xaçmaz şəhərinin mərkəzindəki Heydər Əliyev parkına gəldi. Dövlətimizin başçısını və onun xanımını böyük hörmət və ehtiramla qarşılayan sakinlər Prezidentlə görüşüb səmimi söhbət etdilər. Prezident İlham Əliyev onların problemləri ilə maraqlandı, şikayətlərini dinlədi, ərizə və məkublarına baxılacağını bildirdi.
Sonra dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin parkda ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu, burada yaradılmış səliqə-sahmanı, görülmüş abadlıq və yaşıllaşdırma işlərini yüksək qiymətləndirdi. İnsanların asudə vaxtının səmərəli keçməsi üçün yaradılmış şəraitdən razı qaldığını vurğuladı.