Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi nəticəsində Naxçıvan ötən il də inkişaf və sabitlik ünvanına çevrilib

Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi nəticəsində Naxçıvan ötən il də inkişaf və sabitlik ünvanına çevrilib

Naxçıvan, 26 yanvar, AZƏRTAC

Muxtar respublikada bütün sahələr üzrə innovativ yeniliklərin tətbiq olunması, məqsədyönlü islahatların, mühüm infrastruktur layihələrinin, dövlət proqramlarının reallaşdırılması nəticəsində iqtisadi inkişaf ötən il də artan templə davam edib. Cəmiyyətdə ideya və dəyərlər sisteminin formalaşmasına əsaslı təsir göstərən milli-mənəvi və ideoloji dəyərlərimizin yaşadılması, məsələlərin tezliklə həllinə yönəlmiş perspektivli siyasətin aparılması yeni-yeni uğurlara yol açıb, sosial-siyasi və mədəni həyatda mühüm nailiyyətlər əldə olunub. Ötən il həm də Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı adını daşımasının qürurunu yaşadıq. Azərbaycan Respublikası Prezidentinin Sədri olduğu “Caspian European Club”un 2017-ci və 2018-ci illər üçün ölkənin iqtisadi regionları üzrə hazırladığı investisiya reytinqində Naxçıvan Muxtar Respublikasının ən yüksək ümumi bal toplayaraq birinci yerə çıxması isə sevincimizə sevinc qatdı.

İnvestisiyanın həcmi artırılıb, sahibkarlıq inkişaf etdirilib, xarici iqtisadi əlaqələr genişləndirilib

2018-ci ilin əhəmiyyətli hadisələrindən biri də yanvarın 23-də Heydər Əliyev Muzeyində muxtar respublikanın 2017-ci ilin nəticələrinə görə investisiya reytinqində birinci yerə çıxması ilə bağlı tədbirin keçirilməsi olub. Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ölkəmizin və muxtar respublikamızın sürətlə inkişaf etdiyini, inkişafın mərkəzində insan amilinin dayandığını vurğulayaraq deyib: “Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən davamlı islahatlar Azərbaycanın hər bir bölgəsini əhatə edib. 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının qəbulu və icra olunması ölkəmizdə tikinti-quruculuq işlərinin həcmini xeyli artırmış, sosial-iqtisadi islahatların əhatə dairəsi genişlənmiş, əhalinin rifah halı yaxşılaşmışdır. Ötən dövrdə istifadəyə verilən məktəb binaları, olimpiya-idman kompleksləri, xəstəxanalar, salınan yollar, yaradılan yeni istehsal müəssisələri, açılan yüz minlərlə iş yerləri bir daha göstərir ki, Azərbaycanda inkişafın mərkəzində insan amili dayanır. Naxçıvan Muxtar Respublikasının inkişafı da ölkə başçısının müəyyən etdiyi “Güclü dövlət, yüksək rifah” strategiyasına əsaslanır”.

Fevralın 9-da - Naxçıvan Muxtar Respublikasının yaranmasının 94-cü ildönümündə Naxçıvan Biznes Mərkəzində Ali Məclisin Sədri muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüşü zamanı davamlı iqtisadi yüksəlişə töhfə verən sahibkarlığın inkişafını şərtləndirən mühüm istiqamətləri qeyd edib. Bunlar vergi və gömrük güzəştlərinin, dövlət qeydiyyatında “bir pəncərə” prinsipinin tətbiqi, torpaq mülkiyyətçilərinin torpaq vergisi istisna olmaqla bütün növ vergilərdən azad edilməsi, bu sahədə çalışanlara bir sıra güzəştlərin tətbiq olunması, subsidiyaların verilməsi, ailə təsərrüfatlarının fəaliyyətlərinin dəstəklənməsi və digər mühüm məsələlərdir. Həmin tədbirdə Ali Məclis Sədrinin yeni istehsal və xidmət sahələrinin yaradılması üçün 11 sahibkara güzəştli kreditlərin çeklərini təqdim etməsi isə bu sahənin inkişafının diqqət mərkəzində olduğunu bir daha təsdiqləyib.

İran İslam Respublikasının Şərqi və Qərbi Azərbaycan vilayətləri ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında mövcud əlaqələr gündən-günə genişlənir. Yüksək səviyyəli qarşılıqlı səfərlər zamanı əlaqələrin inkişaf perspektivlərinin diqqət mərkəzində saxlanılması bir sıra sahələrdə münasibətlərin yüksələn xətt üzrə inkişaf edəcəyinə zəmanət verir. Ötən il aprelin 6-da İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin Naxçıvan Muxtar Respublikasına səfəri bu baxımdan əhəmiyyətlidir. Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb, söhbət zamanı qarşılıqlı maraqdoğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İlin ən mühüm ictimai-siyasi hadisəsi

Ölkəmizdə və muxtar respublikamızda ilin ən mühüm ictimai-siyasi hadisələrindən biri də aprelin 11-də Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi oldu. Müstəqil respublikamızda demokratik seçki sisteminin yaradılması seçkilərin ədalətli və şəffaf şəraitdə keçirilməsinə, mövcud sabitlik və inkişaf isə insanların seçkilərdə fəal iştirakına imkan verib. Aprelin 11-də muxtar respublikada 7 seçki dairəsi üzrə 316 seçki məntəqəsində keçirilən seçkilərdə həmin seçki dairələrində qeydə alınmış seçicilərdən 222 min 895 nəfəri, yəni seçicilərin 82,3 faizi seçkilərdə iştirak edib.

Ali Məclisin Sədri ailə üzvləri ilə birlikdə 4 saylı Naxçıvan Şəhər Seçki Dairəsinin Heydər Əliyev adına tam orta məktəbdə yerləşən 4-15 saylı seçki məntəqəsində səs verib.

Ulu Öndərin 95 illiyi muxtar respublikada yüksək səviyyədə qeyd olunub

2018-ci il həm də ulu öndərimiz Heydər Əliyevin 95 illiyinin qeyd olunması ilə yadda qalıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 16 aprel tarixli Sərəncamına əsasən muxtar respublikada silsilə tədbirlər keçirilib.

Mayın 10-da Ali Məclisin Sədri müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib. Həmin gün Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş rəsm sərgisinə baxıb.

Qürurla deyə bilərik ki, böyük zəhmətlə, vətənpərvərliklə görülən genişmiqyaslı işlər, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində muxtar respublikamız bu gün mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi şöhrət qazanıb. Bu sırada beynəlxalq rəsm festivalları özünəməxsus yerə malikdir. Ötən il mayın 21-dən 24-dək Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Naxçıvan - bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalı keçirilib. Mayın 24-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda festivalda çəkilmiş əsərlərdən ibarət sərgi açılıb. Ali Məclisin Sədri sərginin açılışında iştirak edib.

Prezidentin səfəri 2018-ci ilin ən əlamətdar hadisəsi kimi yadda qalıb

Ötən il mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına növbəti səfəri də ilin ən əlamətdar hadisəsi kimi yadda qalıb. Həmin gün dövlətimizin başçısı “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin, Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının, Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin, Qaraxanbəyli inzibati ərazi dairəsində 480 şagird yerlik 6 nömrəli tam orta məktəbin, Əlahiddə Ümumqoşun Ordunun “N” hərbi hissəsinin yeni hərbi xəstəxanasının açılışında iştirak edib. Ölkə rəhbəri Naxçıvan şəhər Qaraçuq ərazi dairəsində Əmiraslan Əliyev adına Sərhəd Dəstəsində yaradılan şəraitlə, eyni zamanda, Əlahiddə Ümumqoşun Ordunun “N” hərbi hissəsində silahlanmaya yeni qəbul edilən hərbi texnikalarla, buradakı Təlim-Tədris Mərkəzi ilə də tanış olub.

Prezident İlham Əliyev muxtar respublikada görülən işləri yüksək qiymətləndirərək deyib: “Son illər ərzində muxtar respublikada böyük abadlıq-quruculuq işləri görülmüşdür. Naxçıvan Muxtar Respublikası bütün iqtisadi göstəricilərinə görə çox sürətlə inkişaf edən respublikadır. Son 15 il ərzində respublikanın ümumi daxili məhsulu on dəfəyə yaxın artıbdır. Bu, məncə, dünya miqyasında rekord göstəricidir. Bütün uğurlar münasibətilə Naxçıvan Muxtar Respublikasının rəhbərliyini, bütün sakinlərini ürəkdən təbrik etmək istəyirəm”.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il mayın 16-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması haqqında imzaladığı Sərəncama uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 25 yanvar tarixli Sərəncamına əsasən, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı” təsdiq olunub.

Ötən il mayın 28-də Naxçıvan şəhərinin baş meydanında - Heydər Əliyev Muzeyinin qarşısında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib. Yubiley tədbirində iştirak edən Ali Məclisin Sədri Cümhuriyyətin xalqımızın istiqlal tarixinin şanlı səhifəsi olduğunu, milli hökumətimizin keçdiyi şərəfli yolun gələcək müstəqil dövlətçilik üçün mühüm siyasi və tarixi əsas yaratdığını vurğulayıb.

Sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə yürüş keçirilib.

İslama münasibətin elmi və mədəni yanaşmaya əsaslanan Naxçıvan modeli dünyaya təqdim edilib

Naxçıvan qədimliyi, mədəni zənginliyi, mühüm strateji əhəmiyyəti ilə yanaşı, həm də inkişaf, sabitlik, mədəniyyətlərarası dialoq məkanı, informasiya mərkəzi kimi şöhrət qazanıb. Doğma diyarımızda islami dəyərlərin dünyəviliklə vəhdətdə inkişaf etdirilməsi nəticəsində İslama münasibətin elmi və mədəni yanaşmaya əsaslanan Naxçıvan modeli formalaşıb. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı olması tolerantlığın, multikulturalizmin harmoniyasından yaranan və İslama yüksək münasibəti özündə əks etdirən Naxçıvan modelinin dünyaya təqdim edilməsinə geniş imkanlar açıb. Ötən il iyunun 20-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018”in açılış tədbirində bu məqamlar xüsusilə qeyd olunub.

Ötən il Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı missiyasını uğurla başa çatdırdı. Bununla qədim diyarımız İslam mədəniyyətinə, həmçinin bəşər sivilizasiyasına yeni töhfələr bəxş etdi. Dekabrın 15-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018”in bağlanış tədbiri keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vasif Talıbov, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının baş direktorunun müavini Əminə əl-Həcri, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev və TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018”in bağlanış tədbirində iştirak ediblər.

Uğurlu Naxçıvan əməliyyatı - Günnüt zəfəri

Ötən ilin may ayında Əlahiddə Ümumqoşun Ordunun ön xəttin dövlət sərhədi boyu 26 kilometr məsafəni əhatə edən əməliyyatı nəticəsində 7 kilometrədək dərinlikdə mühüm əhəmiyyətə malik hakim yüksəklikləri ələ keçirməsi, Şərur rayonunun işğal altındakı Günnüt kəndini azad etməsi və nəticədə, düşmənin yaşayış məntəqələrinə və mühüm strateji yollara tam nəzarəti ələ alması onun qüdrətinin növbəti göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu mühüm hadisəni “Uğurlu Naxçıvan əməliyyatı” adlandırıb.

Ötən il iyulun 3-də Ali Məclisin Sədri Günnüt kəndindəki hərbi hissədə olub, burada xidmət keçən əsgər və zabitlərlə görüşüb. Muxtar respublika rəhbəri mövqelərdə xidmətin təşkili ilə maraqlanıb, Günnüt əməliyyatında iştirak edən əsgər və zabitlərə hədiyyələr təqdim edib.

Günnüt kəndinin və ətraf ərazilərin ordumuzun nəzarəti altına keçməsi bu torpaqlardan səmərəli istifadə etməyə imkan yaradıb. Sərhəddə yerləşən həmin ərazilərimizin etibarlı müdafiəsi, zəngin bitki örtüyü arıçılıqla, maldarlıq və heyvandarlıqla məşğul olanlar üçün çox əlverişlidir. Şərur rayonunun Günnüt kəndinin ərazisində bu imkanlardan səmərəli istifadə edirlər. İyulun 3-də Ali Məclisin Sədri Günnüt kəndindəki arıçılarla görüşüb, bundan sonra da təsərrüfat sahibləri üçün hərtərəfli şəraitin yaradılacağını bildirib, arıçılara təşəkkür edib.

İnkişaf davamlı xarakter alıb

Naxçıvan Muxtar Respublikasının sürətli sosial-iqtisadi inkişafı 2018-ci ilin birinci yarısında da davam edib. Məhz bunun nəticəsidir ki, birinci yarım ildə ümumi daxili məhsul istehsalı 2017-ci ilin müvafiq dövrünə nisbətən 1,4 faiz artaraq 1 milyard 246 milyon manatdan çox olub. İstehsal olunan sənaye məhsulunun 96 faizə yaxınının qeyri-dövlət sektorunun payına düşməsi sahibkarlığa göstərilən yüksək dövlət qayğısının təzahürüdür. Ötən ilin altı ayı ərzində 1364 yeni iş yerinin açılması, bunun da 98,3 faizinin daimi iş yerlərinin olması əhalinin məşğulluğunun artırılması və sosial rifah səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərin tərkib hissəsidir. Muxtar respublikanın inkişafının yüksələn xətt üzrə davam etdiyini göstərən bu və digər əhəmiyyətli faktlar 2018-ci il iyulun 14-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında da qeyd olunub.

Muxtar respublikada bütün sahələrdə inkişaf proseslərinin davamlı xarakter alması, qarşıya çıxa biləcək problemlərin vaxtında həllinə nail olunması istiqamətində ardıcıl işlər görülür. Kəskin kontinental iqlimə malik olan Naxçıvanda payız-qış mövsümünə hazırlıq daim diqqət mərkəzində saxlanılır. Ötən il avqustun 4-də Naxçıvan Muxtar Respublikasında 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Ali Məclis Sədrinin qarşıya qoyduğu vəzifələrin icrasının nəticəsidir ki, soyuq qış günlərində də Naxçıvanın bütün yaşayış məntəqələri fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla təchiz edilir.

Naxçıvan artıq dünyanın mütərəqqi təşkilatlarının tədbirlərinə ev sahibliyi edir

Bu gün sabitliyin və əmin-amanlığın hökm sürdüyü muxtar respublika özünün sosial-iqtisadi inkişafı, abadlığı ilə hər kəsin diqqətini cəlb edir. Multikultural dəyərlərin yaşadıldığı Naxçıvan artıq dünyanın mütərəqqi təşkilatlarının tədbirlərinə ev sahibliyi edir, Şərqlə Qərb arasında müxtəlif əməkdaşlıq əlaqələrinin inkişafında mühüm körpüyə çevrilir. Ötən ilin sentyabrında İslam Mədəniyyətinin Paytaxtı olan Naxçıvanda Avropa İttifaqının üzvü olan dövlətlərin diplomatik nümayəndələrinin iştirakı ilə “Avropa günləri”nin keçirilməsi bu qədim diyarın Qərb üçün də əhəmiyyətini bir daha ortaya qoyub.

Sentyabrın 23-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Avropa şəhərciyi”nin açılış tədbiri keçirilib. Ali Məclisin Sədri tədbirdə iştirak edib, nümayiş olunan sərgilərə baxıb.

Muxtar respublikada müxtəlif istiqamətlər üzrə festivalların təşkili də davamlı xarakter alıb. Həmin tədbirlər ölkəmizin müxtəlif bölgələrindən, o cümlədən xarici ölkələrdən gələn çoxsaylı qonaqlar tərəfindən də maraqla qarşılanır. Ötən il oktyabrın 20-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən üçüncü “Arıçılıq məhsulları - bal festivalı” və noyabrın 10-da “Ailə təsərrüfatı məhsulları” festivalı bu baxımdan daha çox diqqəti cəlb edib. Ali Məclisin Sədri hər iki festivalda iştirak edib, arıçılığın və ailə təsərrüfatlarının inkişafına bundan sonra da dəstək göstərilməsinin vacibliyini bildirib.

Babək rayonun 40 illik yubileyi qeyd olunub

Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Azərbaycana bəxş etdiyim töhfələr - zavodlar, buruqlar, binalar, obyektlər, abidələr, yeni qəsəbələr mən həyatda olmayanda da Heydər Əliyevin izləri kimi yaddaşlarda yaşayacaqdır”. Ötən il yaranmasının 40 illiyini qeyd etdiyimiz Babək rayonu və Babək qəsəbəsi də Ulu Öndərimizin yadigarları kimi yaşayır və inkişaf edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2018-ci il fevralın 16-da “Babək rayonunun təşkil olunmasının 40 illiyi haqqında” Sərəncam imzalayıb. Bununla bağlı təsdiq olunmuş Tədbirlər Planına əsasən rayonda geniş quruculuq işləri aparılıb, Babək qəsəbəsində dövlət qurumları və ictimai təşkilatlar üçün inzibati bina əsaslı şəkildə yenidən qurulub. Oktyabrın 22-də Babək Rayon Mədəniyyət Evində rayonun 40 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Həmin tədbirdə iştirak edən Ali Məclisin Sədri 1978-ci ildə xalq qəhrəmanı Babəkin adını daşıyan rayonun yaradılmasının Heydər Əliyev milli quruculuq strategiyasının nəticəsi kimi mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

Naxçıvan şəhərində Türk Şurası Gənc Liderlərinin ilk forumu keçirilib

Qədim sivilizasiya məkanı olan, bu gün bütün sahələrdə inkişaf edərək Türk dünyasının elm, mədəniyyət və maarifçilik mərkəzinə çevrilən Naxçıvan noyabrın 26-da daha bir ilkə imza atdı - həmin gün Naxçıvan şəhərində Türk Şurası Gənc Liderlərinin ilk forumu keçirildi.

Forumun açılışında iştirak edən Ali Məclisin Sədri deyib: “Elm, təhsil və mədəni inkişaf tarixən türk xalqlarını birləşdirib. “Kitabi-Dədə Qorqud” və “Manas” dastanları, Orxan-Yenisey, Qobustan və Gəmiqaya yazılı abidələri türk xalqlarının milli varlığının, təfəkkürünün və birliyinin ifadəsidir. Mövlanə Cəlaləddin Rumi, Xoca Əhməd Yasəvi, Baba Nemətullah Naxçıvani kimi görkəmli mütəfəkkirlər ümumtürk mədəniyyətinin möhkəmlənməsinə öz töhfələrini vermişlər. Bu mədəniyyətdə payı olan Naxçıvan coğrafi cəhətdən də türk toplumlarının mərkəzində yerləşir. 2009-cu ildə Türkdilli ölkələrin dövlət başçılarının doqquzuncu zirvə görüşünün, bu gün isə Türk Şurası Gənc Liderlərinin ilk forumunun Naxçıvanda keçirilməsi mərkəz kimi Naxçıvanın əhəmiyyətini daha da artırır”.

Ali Məclisin Sədri bütün bunları nəzərə alaraq Naxçıvanda Türk Universitetinin yaradılması təşəbbüsünü irəli sürüb.

Muxtar respublika rəhbəri Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumuna mühüm əhəmiyyət verildiyini, forumun səmərəli olacağına inamını bildirib, təşkilatçılara və iştirakçılara təşəkkür edib, çıxışını ölkə Prezidenti İlham Əliyevin fikirləri ilə tamamlayıb: “Gələcəkdə gənclər ölkəmizi idarə edəcəklər. Bunun yeganə yolu ondan ibarətdir ki, gənclər vətənpərvərlik ruhunda tərbiyə alsınlar, öz Vətəninə bağlı olsunlar, öz Vətənini sevsinlər və dövlət müstəqilliyini hər şeydən üstün tutsunlar”.

Qeyd edək ki, Türk Şurası Gənc Liderlərinin ilk forumunun Naxçıvanda keçirilməsi mühüm əhəmiyyət daşıyır. Çünki 2009-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsası məhz Naxçıvanda qoyulub. Qədim diyarda keçirilən bu forum eyni soykökə, ortaq mədəniyyətə və tarixə malik olan türkdilli ölkələrin gəncləri arasında əlaqələrin daha da möhkəmləndirilməsinə və inkişafına geniş imkanlar açır.

İdmanın inkişafı diqqət mərkəzində saxlanılır

Muxtar respublikada müasir idman infrastrukturunun mövcudluğu gənclərin sağlamlığının qorunmasında, onların asudə vaxtlarının səmərəli təşkilində və istedadlı gənclərin üzə çıxarılmasında mühüm rol oynayır. Yaradılan şərait, göstərilən diqqət və qayğı nəticəsində hazırda muxtar respublikada bütün yaş qrupları üzrə bədən tərbiyəsi və idmanla məşğul olan yeniyetmə və gənclərin sayı gündən-günə artmaqdadır.

Ötən il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” müşavirə də uşaqların, yeniyetmələrin və gənclərin sağlamlığının qorunması və idmanın inkişafı üçün vacib məsələlərin gündəmə gətirilməsi ilə yadda qalıb.

Müharibə əlilləri, şəhid ailələri diqqət və qayğı ilə əhatə olunub

Muxtar respublikada müharibə əlilləri, şəhid ailələri mənzillə təmin edilir, onlara minik avtomobilləri verilir, müalicələrinə köməklik göstərilir. Dekabrın 20-də Şərur rayonunda sağlamlıq imkanları məhdud 2 Azərbaycan Vətən Müharibəsi iştirakçısına, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə və 1 hərbi xidmət dövrü əlilinə mənzilin təqdim olunması, 1 Çernobıl əlilinə isə “NAZ Lifan 320” markalı minik avtomobilinin verilməsi də bunun bariz nümunəsidir.

Həmin gün Ali Məclisin Sədri xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə mənzil və avtomobillə təmin olunanlara təşəkkürünü bildirib, onlara yeni mənzillərində rahat və firavan həyat arzulayıb, mənzillərin orderlərini və avtomobilin açarını təqdim edib.

Dövlətimizin başçısının göstərdiyi diqqət və qayğı Naxçıvanın inkişafına yol açır

Ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir ki, ötən il də inkişaf və sabitlik ünvanına çevrilən, Naxçıvanın sosial-iqtisadi və ictimai-mədəni həyatında əlamətdar hadisələrlə yadda qalıb. Naxçıvanda bütün sahələrdə inkişaf təmin olunub. Təsadüfi deyil ki, 2018-ci ildə muxtar respublikada ümumi daxili məhsul istehsalı 2 milyard 773 milyon manatdan çox olub ki, bu da bir il öncəki göstəricidən 1,3 faiz çoxdur.

Ötən il dekabrın 27-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar çıxış edən Ali Məclisin Sədri deyib: “Heç şübhəsiz ki, bu uğura dövlət başçısının göstərdiyi böyük diqqət və qayğı, eləcə də ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında davam və inkişaf etdirilən Heydər Əliyev siyasi xətti və çəkilən zəhmət sayəsində nail olunmuşdur”.

Bəli, muxtar respublikamız bütün bu uğurlara Heydər Əliyev dövlətçilik məktəbinin Naxçıvan modelinin tərkib hissəsi olan inkişaf konsepsiyasının qətiyyətlə həyata keçirilməsi, dövlətimizin başçısının diqqəti, qayğısı və çəkilən zəhmət sayəsində nail olub. Yeniləşməyə və tərəqqiyə doğru hərəkatın başlıca hərəkətverici qüvvəsi isə həm də Vətən sevgisi, elə-obaya sıx bağlılıq, yüksək tələbkarlıq, prinsipiallıq, yorulmaz fəaliyyət, əqidə bütövlüyüdür. Muxtar respublikada sabitliyin, əmin-amanlığın, birliyin təmin edilməsi, milli inkişaf potensialının hərəkətə gətirilməsi, bu potensialdan səmərəli istifadə olunması nəticəsində ötən 24 il Naxçıvanın şanlı tarixinə qızıl hərflərlə yazılıb. Bu tarixdə 2018-ci ilin xüsusi yeri var.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib