Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heykələ dönən ömür...

Şamaxı, 26 yanvar, AZƏRTAC

Vətən uğrunda ölüm qədər şərəfli ölüm yoxdur. Azərbaycanın bu haqq davasında minlərlə igid torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıq göstərərək müqəddəs şəhidlik zirvəsinə ucaldı və adlarını müasir tariximizə qızıl hərflərlə yazdırdı. Həmin qəhrəmanlardan biri də Aprel döyüşləri şəhidi Samir Kaçayevdir.

AZƏRTAC gənc jurnalist Vurğun Mədətovun Samir Kaçayev haqqında yazısını təqdim edir.

Məşhur yazıçı Əzizə Cəfərzadənin əsərinin birində deyildiyi kimi, “Şamaxı yollardan başlayır...”. Amma bəzən kimlərinsə həyat yolu bu yolların başlanğıcında bitir. Elə Samir Kaçayev kimi... Onun ömrü bu yolların başlanğıcında bitsə də, doğma yurdunu, torpağını müqəddəs edən şəxslərdən oldu. Samir də müqəddəs insanların, övliyaların, şeyxlərin və neçə-neçə dahi şairin uyuduğu torpağa qovuşdu. Şəhid memarımız tarix olub əbədiləşdi, amma tarix boyu əbədi olaraq bizə miras qoyduğu çox şey oldu. Onlardan biri də qiymətsiz əl işi olan “Küləklə sovrulanlar” kompozisiyasıdır.

Samir Kaçayevin bu möhtəşəm əl işi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində Şamaxının mərkəzində yeni salınan parkda ucaldılıb.

Haşiyə: Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən gənclərin idmana olan marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təbliği məqsədilə regionlarda müxtəlif layihələr həyata keçirilir. Bu layihələr çərçivəsində Şamaxı şəhərindəki park da yenidən qurulub, yaşıllıq və gəzinti sahələri yaradılıb, sakinlərin və qonaqların istirahəti üçün infrastruktur qurulub. Açıq havada idmanla məşğul olmaq üçün müxtəlif idman qurğuları quraşdırılıb. Qeyd edək ki, belə idman qurğuları şəhərin müxtəlif yerlərində də quraşdırılaraq sakinlərin ixtiyarına verilib.

Prezident İlham Əliyev 2021-ci il noyabrın 1-də Şamaxı şəhərinə səfəri zamanı açılışında iştirak etdiyi parkda “Küləklə sovrulanlar” kompozisiyasını yüksək qiymətləndirib və bildirib ki, “bu, şəhidin valideynləri, həmçinin rayon sakinləri üçün böyük hədiyyə, rayona gələn qonaqların da diqqətini çəkən bir əsərdir.”

Samir Ziyatin oğlu Kaçayev 1994-cü il martın 6-da Şamaxının Çuxuryurd kəndində dünyaya gəlib. Anası Əminə xanım deyir ki, Samir doğulan gün günəş çox parlaq idi. Bəlkə də parlayan günəş 22 yaşında bir çoxuna örnək olacaq qəhrəmanın gəlişini xəbər verirdi. İkiuşaqlı ailənin yeganə oğlu olan Samirin kiçik yaşlarından rəsm çəkməyə, heykəltəraşlığa böyük marağı vardı. Elə bu həvəslə də 2011-ci ildə orta məktəbi bitirərək, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsinə daxil olur. Bacarığı ilə hamıdan seçilən Samir, 2015-ci ildə Akademiyanı müvəffəqiyyətlə bitirərək heykəltəraş ixtisasına yiyələnir. O, emalatxanada çalışdığı iki il ərzində 30-dan çox kompozisiya yaradır. Samir magistraturaya daxil olsa da, təhsilə başlamadan öncə, Vətən sevgisi onu hərbi xidmətə, Tərtərə aparır. 2016-cı ildə məzuniyyət üçün Şamaxıya, doğma kəndinə gələn Samir, martın 8-də Akademiyadakı müəllimlərini və dostlarını görmək üçün Bakıya yola düşür. O, həm də tələbə vaxtı yarımçıq qoyduğu əsəri olan qız portreti üzərində işi başa çatdırmaq istəyir, amma bu, mümkün olmur. Dostlarına bu əsəri olduğu kimi saxlamağı tapşırır və hərbi xidmətdən qayıtdıqdan sonra onu tamamlayacağını bildirir. Samir hərbi xidmətə qayıtmaq üçün dostları ilə sağollaşarkən, “hətta cəmi beş dəqiqəlik çıxdıqda belə, əbədi olaraq ayrılırmış kimi vidalaşın” deyir. Sanki geri dönməyəcəyini hiss edibmiş. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə ermənilər cəbhəboyu ərazilərimizi atəşə tutmağa başlayır. Samir Kaçayev aprelin 2-sinə keçən gecə cəbhənin Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalır.

Əsgər yoldaşları həddindən artıq nizam-intizamlı və bacarıqlı olan Samirin ölümünə hələ də inanmadıqlarını deyirlər. Çuxuryurd kəndində dəfn olunan Samir göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.

Samir Kaçayevin məzarı üzərində dostu və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının gənc müəllimi Rahib Qarayevin yaratdığı heykəl ucaldılıb. 2007-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında Vaqif Əsədovun rejissorluğu ilə şəhid memarımıza həsr olunan “Yarımçıq qalmış” tamaşası səhnəyə qoyulub.

Qısa ömründə böyük işlər görməyə müvəffəq olan Samir yaratdığı əsərləri, sənətə baxışı, insanlara münasibəti, Vətənə sevgisi ilə onu tanıyanların rəğbət və məhəbbətini qazanıb.

Qəhrəman şəhidimiz yaşamaqdan qorxmadığı kimi, ölməkdən də qorxmadı, canını sevdiyi Vətən uğrunda fəda elədi. Onun yoxluğunu isə ata-anası yaşayır. Özü də bitməz bir acı ilə... Hər zaman övladını “evimin çırağı”, “evimin dirəyi” deyə əzizləyən Əminə anamıza dərdi verən Allah, dərmanını da müqəddəs “Şəhidlik” adı ilə verdi.

Samir Kaçayev yaşayır... O, əsərlərində yaşayır, tamamlanmağı gözləyən “yarımçıq” əl işlərində yaşayır. O, məğlubedilməz, şərəfli, qalib Azərbaycan xalqının qəlbində yaşayır və yaşayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniyada mənzillərin mülkiyyət sisteminin dəyişdirilməsi planlaşdırılır

Böyük Britaniya Ukraynaya 1000 uzaqmənzilli zərbə dronu verəcək

Dövlət Sosial Müdafiə Fondunun vətəndaşlara göstərdiyi 79 xidmətdən 78-i elektronlaşdırılıb

Mərkəz direktoru: Məqsədimiz Azərbaycanı daha geniş auditoriyaya tanıtmaqdır

Ramin Rzayev: İcbari tibbi sığorta xidmətlərinin keyfiyyəti və əlçatanlığı artırılır

Azərbaycan basketbol millisi Serbiya klubları ilə yoxlama oyunları keçirəcək

Azərbaycanın 9 universiteti QS Dayanıqlılıq Reytinqində yer alıb

Polimer Materialları İnstitutu ilə “Azərboru” arasında əməkdaşlıq genişləndiriləcək

bp yeni rəqəmsal mütaliə platformasını istifadəyə verib

Mərkəzi Asiyanın dörd ölkəsi elektrik enerjisinin vahid ticarət platformasını hazırlayır

Mədəniyyət Nazirliyi qrant müsabiqəsi üzrə infosessiya təşkil edib

Mərkəzi Asiya aeroportlarına 5 milyard dollardan çox investisiya qoyulacaq

İdarə Heyətinin sədri: Aktiv məşğulluq tədbirlərinin bütün əhatə dairəsində işəgötürənləri nəzərə alırıq

Estoniya parlamenti Rusiya ilə sərhədin bağlanmasına səs verib

Beyləqanda gənclər süni intellekt və sosial şəbəkə manipulyasiyalarına qarşı maarifləndirilib

Norveçdə təxminən 400 min insan kirayə haqqını ödəməkdə çətinlik çəkir

Tbilisidə baş verən partlayışda 7 nəfər itkin düşüb

Müasir Azərbaycan fəlsəfəsinin ümumdünya fəlsəfi cərəyanları ilə əlaqəsi: ideyalar və təsirlər

Ukrayna münaqişəsi APEC-in Şençjen Bəyannaməsində yer almayıb

İsveçdə canavarları güllələməyi ləğv etmək tələb olunur

“Şəki” sərhəd dəstəsinin ərazisində müasir komendantlıq binası istifadəyə verilib

İmtahan həyəcanı: Abituriyentləri ən çox nə qorxudur? VİDEO

İmtahan həyəcanı: Abituriyentləri ən çox nə qorxudur? VİDEO

Putin Rusiya, ABŞ və Çinin münaqişələrin həllində ortaq maraqlarını qeyd edib

Azərbaycanlı alim Qahirədə keçirilən simpoziumda çıxış edib

Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırıb

Azərbaycan və Xüsusi Olimpiya Avropa-Avrasiya regionu arasında əməkdaşlıq müzakirə olunub

Bakıda Azərbaycan və İraq türkmanları arasında əlaqələrin inkişafına həsr olunan beynəlxalq konfrans

AzTU Pakistanın Milli Elm və Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Elman Abdullayev: Süni intellekt beynəlxalq münasibətlərin qaydalarının yenidən formalaşmasına səbəb ola bilər

Vilnüsdə “Qarabağ gündəliyi” kitabının təqdimatı olub

FIFA danışılmış oyunlarla bağlı anonim məlumatların verilməsi üçün yeni sistem yaradıb

Prezident İlham Əliyev: Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır

Azərbaycan Prezidenti: Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir

Prezident İlham Əliyev: Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir

Bakıda Xüsusi Olimpiya proqramı çərçivəsində Avropa badminton yarışı start götürüb VİDEO

Bakıda Xüsusi Olimpiya proqramı çərçivəsində Avropa badminton yarışı start götürüb VİDEO

Prezident: Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir

Soltanlı kəndində daha 16 ailəyə evlərinin açarları təqdim olunub

Azərbaycanın turizm imkanları Belarusun üç şəhərində təbliğ olunub

Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

Lətif Kərimovun anadan olmasının 120 illiyi münasibətilə yeni rəqəmsal platforma yaradılıb

İspaniyadan gətirilən qida məhsulunda uyğunsuzluq aşkarlanıb

Dövlət Reklam Agentliyi: Sahibkarlar reklam yerləşdirməzdən əvvəl Agentlikdən məsləhət almalıdırlar

Bakıda görkəmli kinorejissor Rasim İsmayılovun xatirəsi anılıb VİDEO

Bakıda görkəmli kinorejissor Rasim İsmayılovun xatirəsi anılıb VİDEO

Elçin Əsgərov: İraq türkmanlarının parlamentdə və hökumətdə təmsilçiliyi əhalinin sayına uyğun olmalıdır

Tovuzda sahibkarlıq subyektlərinin fəaliyyəti ilə tanışlıq olub

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb - PROQNOZ VİDEO

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb - PROQNOZ VİDEO

® Fuad Əbdürrəhmanov “Xalq Əmanəti” layihəsinin 27-ci nəşrində

İcraçı direktor: Kiberdiplomatiya inkişaf etdirilməli və qarşılıqlı əlaqələr gücləndirilməlidir

BDYPİ xəbərdarlıq edir: Yol yarış meydanı deyil, ictimai məsuliyyət mühitidir VİDEO

BDYPİ xəbərdarlıq edir: Yol yarış meydanı deyil, ictimai məsuliyyət mühitidir VİDEO

Vüqar Behbudov: Bu gün Bakı dostluğun, həmrəyliyin və bərabər imkanların təntənəsinə ev sahibliyi edir

Azərbaycan səfirliyi Moskvada qadınların ailədə roluna dair məruzə təqdim edib

Sədr müavini: Bütün proseslər sistemləşdirilərək avtomatlaşdırılır

Azərbaycan-Türkmənistan qardaşlıq münasibətləri uğurla inkişaf edir

Nazir: Əlilliyi olan şəxslər arasında idmanın inkişafı inklüzivliyin təmin olunmasının ən əlverişli yollarından biridir VİDEO

Nazir: Əlilliyi olan şəxslər arasında idmanın inkişafı inklüzivliyin təmin olunmasının ən əlverişli yollarından biridir VİDEO

Elşad İsgəndərov: Azərbaycan və İraq türkmanlarının tarixi taleyi ortaq dövlətçilik ənənələri ilə bağlıdır

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Elm Fondunun 2027-ci il hədəfləri: yeni qrant müsabiqələri və gənc alimlərə dəstək

Fransa Ukraynada hərbi personalının iştirakını təsdiqləyib

Yalçın Camalov: Müasir texnologiyaların və innovasiyaların tətbiqi yeni təsərrüfatların yaradılmasına şərait yaradır VİDEO

Yalçın Camalov: Müasir texnologiyaların və innovasiyaların tətbiqi yeni təsərrüfatların yaradılmasına şərait yaradır VİDEO

Xocalının Daşbulaq kəndində tut bağları genişlənir – 250-yə yaxın sakin işlə təmin olunub

Çin, ABŞ və Rusiya liderlərinin üçtərəfli görüşü başlayıb VİDEO

Çin, ABŞ və Rusiya liderlərinin üçtərəfli görüşü başlayıb VİDEO

İran: Regional təhlükəsizlik xarici müdaxilə olmadan təmin edilməlidir

Xəzərin sahilboyu ərazilərinin idarə olunmasında beynəlxalq təcrübə öyrənilir

Taleh Ziyadov: Badminton hər kəsin oynaya biləcəyi idman növüdür VİDEO

Taleh Ziyadov: Badminton hər kəsin oynaya biləcəyi idman növüdür VİDEO

Sədr müavini: Azərbaycanda turizm sahəsində çalışanların sayı 46 faiz artıb VİDEO

Sədr müavini: Azərbaycanda turizm sahəsində çalışanların sayı 46 faiz artıb VİDEO

Fransada vəkillər polislərin yaralanması ilə bağlı açıqlamalarına görə naziri məhkəməyə veriblər

İraq Hörmüz boğazında böhran səbəbindən neftini alternativ marşrutlarla daşıyır

Fərid Cəfərov: Sahilboyu ərazilərdə genişmiqyaslı söküntüyə ehtiyac yaranmaması üçün qabaqlayıcı tədbirlər görülür

Ortaq türkoloji irs işığında: Bakıda Azərbaycan-özbək dil əlaqələrinə yeni baxış

Gələn il sahibkarlar mobil həllər vasitəsilə avtomatlaşdırılmış bəyannamələri təqdim edə biləcək VİDEO

Gələn il sahibkarlar mobil həllər vasitəsilə avtomatlaşdırılmış bəyannamələri təqdim edə biləcək VİDEO

Azərbaycan Ümumdünya Antidopinq Agentliyinin iclasında təmsil olunub

Tütündən istifadə hər il 8 milyon insanın həyatına son qoyur

Mahmud Xəlil Cayırlı: Azərbaycan və İraq türkmanlarını ortaq Oğuz irsi, dil və mədəniyyət birləşdirir

Rəis müavini: Xəzər sahilindəki ərazilərin planlaşdırılması zamanı mövcud tələblər və ictimai ehtiyaclar nəzərə alınacaq

Xüsusi Olimpiya Hərəkatının Avropa və Avrasiya regionunun prezidenti Azərbaycana təşəkkür edib VİDEO

Xüsusi Olimpiya Hərəkatının Avropa və Avrasiya regionunun prezidenti Azərbaycana təşəkkür edib VİDEO

Saməddin Əsədov: Məqsədimiz ölkənin kibertəhlükəsizlik potensialını gücləndirməkdir VİDEO

Saməddin Əsədov: Məqsədimiz ölkənin kibertəhlükəsizlik potensialını gücləndirməkdir VİDEO

İsrail səfiri: Lahıcın qəlbimdə xüsusi yeri var

“Sabahın alimləri” XVI Respublika Layihə Müsabiqəsinə qeydiyyat başlanır

Xəzərin sahilboyu ərazilərində mövcud tikililərin gələcək taleyi ilə bağlı məsələlərə aydınlıq gətirilib

Paşinyan Ermənistanın yeni konstitusiyasının layihəsinin dərc olunacağı tarixi açıqlayıb

İki fəslin görüşdüyü məkan – Şahdağ Milli Parkı VİDEO

İki fəslin görüşdüyü məkan – Şahdağ Milli Parkı VİDEO

Fərid Qayıbov: İnklüziv yarışların keçirilməsi Azərbaycanın idman uğurlarından biridir VİDEO

Fərid Qayıbov: İnklüziv yarışların keçirilməsi Azərbaycanın idman uğurlarından biridir VİDEO

Peruda Azərbaycanın ali təhsil imkanları və dövlət təqaüd proqramları təqdim edilib

Bu saata olan əsas xəbərlər

Nazir müavini: Azərbaycan BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını imzalayan və ratifikasiya edən ilk ölkələrdəndir VİDEO

Nazir müavini: Azərbaycan BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını imzalayan və ratifikasiya edən ilk ölkələrdəndir VİDEO

Fərid Şəfiyev: Azərbaycan İraqda yaşayan soydaşlarımızın hüquqlarının qorunmasında maraqlıdır

Tbilisinin Poniçala qəsəbəsində yaşayış binasında partlayış olub

COP31-də Azərbaycanın dayanıqlı turizm təşəbbüsləri təqdim olunub

Qazaxıstanda xərçəngin rekonstruktiv cərrahiyyəsinin yeni texnologiyası tətbiq edilib

“Xocalı” gəmisi RINA təsnifat cəmiyyətinin nəzarəti ilə aralıq yoxlamadan keçib

Xəzər akvatoriyasına aid ərazilərin hüquqi statusu aidiyyəti qurumlarla birgə dəqiqləşdiriləcək

Pakistanda daha 409 əfqan məhbus azadlığa buraxılıb

İtaliya hibrid təhdidlərlə mübarizəyə 6 milyard avro ayıracaq

Ombudsman: Humanitar minatəmizləmə fəaliyyətlərinə beynəlxalq dəstəyin artırılması zəruridir

İlqar Həbiyev: Xəzərin sahilində istirahət məkanlarının əhali üçün əlçatan təşkili qarşıda duran əsas vəzifələrdəndir

Dövlət Xidməti: Ərazilərin zonalaşdırılmasından sonra idarəetmə statusu rəqəmsal platformada əks olunacaq

Qərbi Azərbaycanın Şahmurad məbədi: tarixi irsin yox olmaq təhlükəsi

Böyük Qayıdış prosesi artıq real nəticələrlə müşayiət olunur - ŞƏRH

ABŞ-də neft ehtiyatları 3,4 milyon barel artıb

Fəxrəddin Salim: Ozanlıq xalqın milli yaddaşını və mənəvi dünyasını yaşadan sənət modelidir- MÜSAHİBƏ