Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Hicran Hüseynova: Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindəndir

Bakı, 28 noyabr, Xatirə Cəfərova, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “Milli mənəvi ailə dəyərləri: ənənə və müasirlik” mövzusunda konfrans keçirilib. Tədbir çərçivəsində hər iki komitə arasında birgə işin təşkilinə dair tədbirlər planı imzalanıb.

Konfransda çıxış edən DQİDK-nın sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda milli mənəvi dəyərlərin qorunması, onlardan irəli gələn ənənələrin yaşadılması olduqca vacibdir. Bu gün əsas vəzifələrdən biri Azərbaycanda islami dəyərləri qoruyub saxlamaq, müəyyən dairələrin din pərdəsi altında öz siyasi məqsədlərini reallaşdırmaq cəhdlərinin qarşısını almaqdır.

Qeyd olunub ki, sosial-iqtisadi sahədə uğurlara imza atan Azərbaycanın beynəlxalq aləmdə nüfuzu möhkəmlənməkdədir. Sosial-iqtisadi həyatda dəyişikliklər mənəvi-psixoloji mühitə də öz təsirini göstərir. Cəmiyyətdə ailə və gender məsələlərinə diqqət artır. Azərbaycan əhalisinin 51 faizini təşkil edən qadınlar cəmiyyətdə böyük təsir qüvvəsinə malikdir.

AQUPDK-nın sədri Hicran Hüseynova vurğulayıb ki, ailə institutunun cəmiyyətdəki mövqeyinin möhkəmləndirilməsi bütün dünyada aktual problemdir. Azərbaycan ailəsi həmişə uzun ömürlülüyü və möhkəmliliyi ilə seçilib. Bu, əsasən milli mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanılmasından, müasirə dövrə uyğunlaşdırılmasından irəli gəlir. Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən biri hesab olunur.

Məlumat verilib ki, ailənin inkişafı və sosial təminatı qadın və uşaq hüquqlarının müdafiəsi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında öz əksini tapıb. Həmin konsepsiyaya əsasən Azərbaycan dövlətinin inkişafı və gələcək islahatların istiqamətləri müəyyən edilib. Bununla bağlı “Azərbaycan ailə strategiyası”nın, gender bərabərliyi üzrə Milli Fəaliyyət Planının, Uşaq Mili Fəaliyyət Planının, həmçinin uşaq strategiyasının hazırlanması və “Ailə psixoloqu” institutunun yaradılması nəzərdə tutulur.

Bildirilib ki, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən tədbirlər Azərbaycanın milli, dini dəyərlərinin regionda və dünyada təbliğ olunmasında mühüm əhəmiyyət daşıyır.

Milli Məclis sədrinin müavini Bahar Muradova mövzunun aktuallığını vurğulayaraq qeyd edib ki, ki, milli mənəvi ailə dəyərlərinin inkişafı prosesi daimi olmalıdır. Ailə institutunun qorunması, milli mənəvi, dini dəyərlərin hüquqi çərçivədə reallaşdırılması yolu cəmiyyətə aşılanmalıdır.

B.Muradova bu sahədə kütləvi informasiya vasitələrinin rolunu xüsusi qeyd edib.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov bildirib ki, dövlət ailə siyasətinin prioritetləri ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev də ailə institutunun möhkəmləndirilməsinə böyük önəm verir. Çoxəsrlik tarixə malik böyüyə hörmət ənənəsi milli mənəvi ailə dəyərlərinin nəsildən-nəslə ötürülməsində mühüm rol oynayır.

Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri Nurlana Əliyeva qeyd edib ki, qloballaşma dövründə Azərbaycan xalqının milli mənəvi dəyərlərinin təbliği və qorunması vacib şərtlərdəndir.

Tədbirdə Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Milli Məclisin deputatı Aytən Mustafayeva, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmərxanım Cavadlı və digər çıxış edənlər vurğulayıblar ki, Azərbaycan cəmiyyətində ailə institutu milli mənəvi missiyasını daha dolğun şəkildə qoruyub saxlayır. Ölkəmizdə sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz ailə siyasəti təşkil edir. Azərbaycan dövləti ailə institutunun qorunması istiqamətində güclü qanunvericilik bazasına malikdir.

Konfransda ekspertlərin iştirakı ilə Azərbaycanda ailə institutunun sosioloji, kulturoloji və psixoloji məqamları, onun formalaşmasında və qorunub saxlanılmasında milli və dini dəyərlərin rolu kimi mövzular müzakirə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AMEA-nın prezidenti: Türk dövlətlərinin ortaq əlifbasının yaradılması dövrün və zamanın çağırışıdır

“Neftçi” 10 ildən sonra antirekordunu təkrarlayıb

DİN: Ötən günlərdə 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Cənub bölgəsinin bir sıra rayon və kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılır

Türk Dilçilik Cəmiyyətinin prezidenti: Hazırda tarixi anlar yaşayırıq

Bakının kənd və qəsəbələri arasında minifutbol turnirində finala çıxan komandalar bəlli olub

Madonnanın pulsuz konsertinə 1,6 milyon nəfər gəlib

Şirvan-Salyan üzrə riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib

Monqolustanda meşə yanğınları artır

Ali məktəblərə qəbul imtahanının I cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

Premyer Liqa: “Səbail” turun son oyununda autsayderi qəbul edəcək

Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşəcək

Moskva Dövlət Universitetinin Bakı filialı magistraturaya qəbul elan edir

Türk Akademiyasının prezidenti: Ortaq əlifbanın yaradılması istiqamətində səylərimizi davam etdiririk

Dünya birjalarında neft bahalaşıb

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını nəzarət altına almaq mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb VİDEO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub