Himayədar ailələrlə görüş təşkil edilib








Bakı, 21 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi himayədar valideynlər və onların himayəsinə verilən valideyn himayəsindən məhrum uşaqlarla görüş təşkil edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən görüşdə ümumilikdə 14 himayədar ailə iştirak edib. Görüşdə valideynlərin təklifləri dinlənilib, onlara mərkəzin fəaliyyəti barədə məlumat verilib.
İştirakçılarla “Himayədar ailə” qayğı modeli ilə bağlı fikir mübadiləsi aparılıb. Uşaqlarla davranış qaydaları, onların sosial reabilitasiyası və ailə himayəsində böyüməsinin üstünlüklərindən bəhs olunub.
Mərkəzin təlimçiləri tərəfindən qonaqlar üçün dulusçuluq, floristika, xalçaçılıq, muncuqla toxuma və bədii tikmə istiqamətləri üzrə master-klas da keçirilib
Sonra onlara Agentliyin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin benefisiarları tərəfindən hazırlanmış simvolik hədiyyələr təqdim edilib.