Hind ştamı Fransada daha böyük problemlərə səbəb ola bilər
Paris, 18 may, AZƏRTAC
Fransa COVID-19 pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimindən çıxmağa hazırlaşdığı vaxtda mütəxəssislər ölkədə koronavirusun Hindistan ştamının yayılması ilə bağlı narahatlıqlarını bildirirlər. Hindistan ştamının bir neçə variantı olduğu bildirilib. Fransada hind ştamının ən təhlükəli variantı - B.1.617.2 üzrə artıq 30 yoluxma faktı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu haqda Regional Səhiyyə Ajansının məlumatında xəbər verilib.
“Imperial College de Londres” və Lill Universitetinin professoru, genetika üzrə mütəxəssis Filip Forgel yerli mətbuata müsahibəsində hökuməti fəaliyyətsizlikdə qınayıb. Hind ştamının aşkarlanması üçün Fransada xüsusi testlərin olmadığını diqqətə çatdıran alim bu ştamın sürətlə yayıldığını vurğulayıb. Bildirib ki, Fransada səlahiyyətli şəxslər vəziyyəti yaxından və diqqətlə izləməlidirlər. Hind variantı mənşə virusdan daha sürətlə yayılır. Böyük Britaniyada ingilis ştamının dominantlığı iki ayyarım davam etdisə, bu müddət Fransada üç ayyarım oldu. Hindistan ştamı sürətlə inkişaf edərsə, iyulda Fransa virusun dördüncü dalğası ilə üzləşəcək. Beləliklə, ölkə böyük problemlərlə qarşılaşa bilər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.11.2026 [19:30]
Dünya çempionu Almaniya prezidentliyinə namizəddir
- 14.11.2026 [19:07]
"Meta" 805 milyon avro məbləğində cərimələnib
- 14.11.2026 [11:20]
İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib
- 14.11.2026 [09:21]
Hörmüz boğazında tanker minaya düşərək yanıb
- 14.11.2026 [07:18]
Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək
Bu saata olan əsas xəbərlər
- [12:00]
Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb
- 13.11.2026 [23:47]
Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”
- 13.11.2026 [23:37]
Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq
- 13.11.2026 [23:15]
Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz
- 13.11.2026 [22:14]
DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib
- 13.11.2026 [22:12]
Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir
- 13.11.2026 [21:59]
Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək
- 13.11.2026 [20:56]
“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib
- 13.11.2026 [20:43]
Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib
- 13.11.2026 [20:23]
Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir
- 13.11.2026 [20:10]
Bu saata olan əsas xəbərlər
- 13.11.2026 [20:00]