Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hindistan Respublikasının Prezidenti Zati-aliləri cənab Pranab Mukherciyə

Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbərdən son dərəcə kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Hindistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 11 sentyabr 2014-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin