Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hindistan Respublikasının Prezidenti Zati-aliləri cənab Pranab Mukherciyə

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı - Respublika günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Hindistan arasındakı münasibətlərin xoş ənənələri mövcuddur. İnanıram ki, dostluq və əməkdaşlıq münasibətlərimizin möhkəmləndirilməsi və inkişafı yolunda bundan sonra da birgə səylərimizi davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Hindistan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 22 yanvar 2016-cı il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin