DÜNYA
Hindistan: xəstəxanada yanğın nəticəsində azı 24 nəfər həyatını itirib
Bakı, 18 oktyabr, AZƏRTAC
Hindistanın şərqindəki Odişa əyalətində yerləşən xəstəxanada dünən gecə baş verən yanğın nəticəsində azı 24 nəfər həlak olub, 106 nəfər xəsarət alıb. Yerli hakimiyyət orqanları faktı təsdiqləyiblər.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Hindistanın səhiyyə naziri J.P.Nadda yanğına dializ aparatının elektrik naqillərində yaranmış nasazlığın səbəb olduğunu bildirib. İnsident nəticəsində zərər çəkən insanların bəzilərinin vəziyyəti ağırdır və ölənlərin sayının arta biləcəyi istisna olunmur.
Hadisənin baş verdiyi əraziyə göndərilən çox sayda yanğınsöndürən bir neçə saatdan sonra yanğını nəzarət altına almağa müvəffəq olub.
Xəstəxanada müalicə alan 500 nəfərdən çox xəstə digər hospitallara göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [17:15]
Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər
- 08.05.2024 [16:41]
“TikTok” ABŞ hökumətini məhkəməyə verib
- 08.05.2024 [16:27]
Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb
- 08.05.2024 [14:57]
Şotlandiyanın yeni birinci nazirinin andiçmə mərasimi keçirilib
- 08.05.2024 [14:35]
BMqT: Miqrasiyanın siyasiləşdirilməsi mənfi tendensiya doğurur
- 08.05.2024 [14:12]
BMT-də süni intellektin inkişaf proseslərində rolu müzakirə edilib
- 08.05.2024 [13:35]