Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Hökumət və xüsusi dövlət rabitəsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 583 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 345-IVQD nömrəli Qanununa uyğun olaraq qərara alıram:

“Hökumət və xüsusi dövlət rabitəsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 583 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 72) aşağıdakı dəyişikliklər edilsin:

1. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nda:

1.1. 4-cü hissədə “birinci – üçüncü” sözləri “ali – ikinci” sözləri ilə əvəz edilsin;

1.2. 5-ci hissə aşağıdakı redaksiyada verilsin:

“5. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Milli Məclisinin Aparatında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparatında inzibati vəzifələrin ali və birinci təsnifatlarına aid vəzifələrdə, Azərbaycan Respublikası Hesablama Palatasının Aparatında, Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatında, Məhkəmə-Hüquq Şurasının Aparatında, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatında inzibati vəzifələrin birinci və ikinci təsnifatlarına aid vəzifələrdə qulluq keçən dövlət qulluqçuları.”.

2. Həmin Fərmanla təsdiq edilmiş “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nda:

2.1. 7-ci hissə aşağıdakı redaksiyada verilsin:

“7. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Milli Məclisinin Aparatında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparatında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında inzibati vəzifələrin ikinci təsnifatına aid vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, Azərbaycan Respublikası Hesablama Palatasının Aparatında, Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatında, Məhkəmə-Hüquq Şurasının Aparatında, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatında inzibati vəzifələrin üçüncü təsnifatına aid vəzifələrdə qulluq keçən dövlət qulluqçuları.”;

2.2. 10-cu hissədə “inzibati vəzifələrin dördüncü təsnifatında” sözləri “inzibati vəzifələrin müvafiq təsnifatları üzrə” sözləri ilə əvəz edilsin;

2.3. 10.1-ci bənddən “Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavininin köməkçisi,” sözləri çıxarılsın;

2.4. 10.5-ci bənddən “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin köməkçisi,” sözləri çıxarılsın.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 dekabr 2012-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin