Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Hollivudun acınacaqlı dövrü: “İfritələr” axtarışında

Bakı, 10 dekabr, Məmməd Məmmədli, AZƏRTAC

Böyük kinostudiyaların möhtəşəm dövrü çox çəkmədi. Zamanın sürətli inkişafı kino sənayesində yaranan problemlər və haqqında danışacağımız digər səbəblər üzündən studiyalar öz sistemlərinə “dinamit” qoymaqla fəaliyyətlərini təhlükə altına atdılar. İkinci Dünya müharibəsindən sonra yenicə yaranmış əmin-amanlıq dövrünün və beynəlxalq razılaşmaların əldə olunmasına baxmayaraq, çox keçmədi ki, ABŞ yeni münaqişələrlə üzləşdi. Nasizm süpürülüb atılandan sonra cəmiyyət üçün yeni təhlükə - kommunizm təhlükəsi yarandı. Bu münaqişə sakit, ancaq dəhşətli sonluqla nəticələnə bilən, ABŞ və Sovetlər Birliyi arasında “soyuq müharibə” kimi tanınan bir dövr idi. Nəzərə almaq lazımdır ki, artıq meydanda nüvə silahı vardı. 1940-cı illərin sonlarına yaxın “Hollywood” filmlərindəki nasizmi ondan daha təhlükəli olan kommunizm əvəzlədi, “Dəmir pərdə”, “Qırmızı Dunay” kimi filmlər çəkildi. Ancaq “Dəmir pərdə” ekran əsəri digər filmlərlə rəqabətə girə bilmədi, əksinə, kino sənayesinə, onun yaradıcılarına ziyan vurdu. 1938-ci ildə ABŞ-da ölkəyə kommunizmin vura biləcəyi zərbəni araşdıran Siyasi Aktivistlər Komitəsi yaradılsa da, komitə 1947-ci ilə qədər bu ideologiyanın kinoya təsirini araşdırmadı, ona diqqət ayırmadı. İlk növbədə 19 şübhəli şəxs kinodan kənarlaşdırıldı. Onların sırasında ssenari müəllifləri, prodüser və aktyorlar vardı. Onlardan 10 nəfər - Edvard Dimitrik, Dalton Trumbo, Con Hovard Lasn, Herbert Bibermən, Alva Besi, Rinq Lardner Cunior, Albert Maltz, Samuel Ornitz, Adrian Skot və Lester Kol kobud formada dindirilərək tarixdə “Hollivudun 10 nəfəri” kimi yadda qaldılar. Sonradan böyük studiyalara antikommunist filmlərin çəkilməsindən ötrü siyasi təzyiqlər göstərildi. Nəticədə Leo MakKerinin “Mənim oğlum Con”, Səm Folerin “Təhlükəli əllər”, Elia Kazanın “Qırmızı terrorun qaçaqları” və Qordon Duqlasın “I Was a Comunist for F.B.I” filmləri ekranlara çıxdı.

Kinostudiyalar da bu siyasi vəziyyətdən çəkinib “Hollivudun 10 nəfəri”nə iş vermədilər, çünki onlar ABŞ Konqresinə hörmətsizlik etdikləri üçün məhkəməyə cəlb edilib, sonradan isə həbs olunmuşdular. Onluğa daxil olan rejissor Edvard Dimitrik istintaqa verdiyi izahatını dəyişərək Kommunist Partiyasına rəğbət bəsləyən öz sənət yoldaşlarını satdı. Rejissorun digər yoldaşları da ona qoşuldular və 1951-ci ildə ikinci istintaq mərhələsi başlandı. Senator MakKarzi irəli duraraq Hollivudun dəhşətli düyünlərini açdı və bu zaman ölkədə “ifritələr axtarışı”na başlanıldı. Hamı bir-birini günahlandırırdı. Belə məlum oldu ki, Hollivudun yarıdan çoxu həyatlarında bir dəfə də olsa kommunizmin “ideal cəmiyyət” olduğuna müsbət münasibətlərini bildiriblər. Acınacaqlı bir vəziyyət yaranmışdı. Hər bir şirkət özü üçün qara siyahı tuturdu. Əgər kimsə bu siyahıya düşürdüsə, vaxt itirmədən özünün günahsız olmadığını sübuta yetirməliydi.

Ən pisi də o oldu ki, senator MakKarzinin “ifritələr axtarışı” özünü doğrultmadı. Bu axtarış bir çox professional kino mütəxəssislərin, aktyorların işsiz qalmasına səbəb oldu ki, onlar da öz növbəsində Avropaya axın etməyə məcbur oldular. Bu hadisələr “Hollywood”da kütləvi narazılığa səbəb olmuşdu. Bunun nəticəsində kino sənayesi “Roma tətilləri”, “Bəylər sarışın qızları seçir”, “Yeddi qardaş üçün yeddi gəlin” və ya “Durna” filmlərini təşviq etməsinə baxmayaraq, “Təhlükə qarşısında”, “Pislik toxumu”, “Deadline USA” və ya “Mərhəmətsiz on iki adam” filmlərində cəmiyyətin tənqidi mövqeyini göstərmiş olurdu.

1950-ci ildə Koreyada başlanan müharibə “Polad dəbilqə”, “Toko-Ri körpüləri”, “Polad şeytanlar vadisi” kimi tammetrajlı filmlərin çəkilməsinə gətirib çıxartdı. Münaqişə Birləşmiş Ştatlarda əhalinin özünəinamını zəiflətdi. İkinci Dünya müharibəsinin acıları unudulmamışdı. Şəhərdə düşmənlər olduğundan camaat qorxurdu. Böyük studiyaların rəhbərləri üçün isə vəziyyət daha da acınacaqlı idi, çünki onlar “qızıl dövr”ün sonunun çatdığını görürdülər. Evlərə isə televiziya vasitəsilə kabus daxil olurdu.

Təhlükəli və qorxulu vaxtda Amerika vətəndaşı üçün televiziya sanki bir xilaskarlıq simvoluna çevrildi. Söhbət radio və kinodan fərqli, daha cəlbedici, rahat və qənaətcil bir ixtiradan gedirdi. Bu yeni ixtira bir göz qırpımında milyonlarla vətəndaşın evində həmişəlik sakin oldu. Müsabiqələr, seriallar, komediya filmlərini evdəcə izləmək olurdu. Daha bundan yaxşı nə arzulamaq olardı?

Kinostudiyalar çəkdikləri filmlərdə məğlubiyyəti göstərmək əvəzinə televiziya ilə mübarizə aparmaq fikrinə düşdülər. Camaata televizorun balaca ekranını buraxıb kinoteatrda pul ödəməsindən ötrü nəhəng ekranlara baxmağı təklif etdilər. Bu yolla indiyə qədər görünməmiş “Cinemascope”,”Vistavision”, “Cinerama”, “Toddao” kimi yeni formatlar yarandı. Bu formatlar tamaşaçılara kinonun ecazını nümayiş etdirməkdən ötrü düşünülmüşdü. Həmin ekranlar eyni zamanda bahalı filmlərin çəkilməsini tələb edirdi ki, zalda əyləşənlər ekranda göstərilənlərdən zövq ala bilsinlər. “Metro Goldwyn Mayer” kinostudiyası Robert Teylorun ifasında “Quo Vadis?” və “İvanhoe” ekran əsərlərilə üstünlüyü ələ keçirdi. “Paramount” arxada qalmaq istəmədi və “Dünyanın ən böyük perfomansı” filmini ekranlara çıxartdı. Sirk dünyasından bəhs edən bu kinolentdə tamaşaçılar tanış simaları görmək imkanı qazandılar. Bu zaman “Twentieth Century Fox” kinostudiyası “Cinemascope” sistemində lentə alınmış “Müqəddəs tunika” filmilə hücuma keçdi. Xristian kinosunun ənənələrini özündə birləşdirən bu film demək olar ki, dünyaya səs saldı.

Televiziyaya müqavimət göstərən “Odorama” (Mayk Todd tərəfindən ixtira olunan sintetik iylərin zala buraxılması - iyli kino) “Circarama” (Walt Disney tərəfindən kəşf olunan 360 dərəcəlik dairəvi ekran) və ya 3-D formatında çəkilən kino (obyektləri üç ölçüdə görmək üçün optik illüziya yaradaraq tamaşaçıları kartondan hazırlanmış narahat eynəkləri taxmağa vadar edən) sistemləri isə tamamilə uğursuzluğa düçar oldu…

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır