Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Huawei Azərbaycan” şirkəti “Gözəl Azərbaycan” layihəsinə start verib [YENİLƏNİB] VİDEO

Bakı, 7 iyun, Laçın Sultanova, AZƏRTAC

“Huawei Azərbaycan” şirkəti AZƏRTAC və digər tərəfdaşlarının dəstəyi ilə həyata keçirəcəyi “Gözəl Azərbaycan” layihəsinə start verib.

AZƏRTAC xəbər verir ki, “Gözəl Zəkalar”, “Gözəl Mədəniyyət”, “Gözəl İnsanlar” və “Gözəl Təbiət” adlı dörd hissədən ibarət olan bu uzunmüddətli sosial layihənin məqsədi Azərbaycanı bütün dünyada daha çox tanıtmaqdır. Layihə Bakı və Azərbaycanın müxtəlif regionlarını əhatə edəcək.

Layihənin təqdimat mərasimində bildirilib ki, 15 ildən artıq bir müddətdə Azərbaycanda təcrübə toplamış bir şirkət kimi “Huawei” bu gözəl ölkəni və xalqı tanıtmaq və daha da irəli aparmaq üçün bu layihəni həyata keçirir.

“Gözəl Təbiət” layihəsinin məqsədi Azərbaycan təbiətinin zənginliyini, fərqliliyini və gözəlliyini nümayiş etdirməkdir. Layihənin fotoyarışının qalibləri “Huawei” şirkəti tərəfindən mükafatlandırılacaq.

“Gözəl İnsanlar” layihəsi Azərbaycan xalqının həyat hekayələrini paylaşaraq bu xalqın daxili gözəlliyini üzə çıxarmaq niyyətindədir.

“Gözəl Mədəniyyət” layihəsi çərçivəsində Azərbaycanın müxtəlif guşələrində mədəni və əyləncəli tədbirlər təşkil ediləcək.

Artıq Naxçıvanda həyata keçirilən “Gözəl Düşünən Beyinlər” layihəsinin bir hissəsi olan “Gözəl Zəkalar” layihəsi Naxçıvandan seçilmiş 6 tələbənin “Huawei”nin Çindəki mərkəzlərində təcrübə keçməsini nəzərdə tutur.

Tədbirdə çıxış edən Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Xun Tsyuin Çin-Azərbaycan münasibətlərinin 24 il ərzində durmadan inkişaf etdiyini bildirib. O, 2015-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə dövlət səfərini və bu günlərdə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini Can Qaolinin rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycana səfərini uğurlu adlandırıb, bu səfərlərin Çin və Azərbaycan arasında nəqliyyat, logistika, neft-qaz, rabitə və informasiya texnologiyaları sahələrində əməkdaşlığın yeni mərhələyə keçməsi üçün təkan olduğunu vurğulayıb.

“Çin və Azərbaycan sahibkarları arasında əməkdaşlıq gündən-günə inkişaf edir, dərinləşir. Azərbaycanda bir çox Çin şirkətləri fəaliyyət göstərir, “Huawei” şirkəti Azərbaycana ən tez gələn və ən uğurlu fəaliyyət göstərən şirkətlərdən biridir. Azərbaycan xalqına qabaqcıl kommunikasiya texnologiyaları, yeni nəsil şəbəkə texnologiyası təqdim edir, Azərbaycanın rabitə və İKT sahəsinə böyük töhfə verib”, - deyən diplomat bildirib ki, “Gözəl Azərbaycan” layihəsi ölkələrimiz arasında əlaqələri daha da gücləndirmək üçün bir vasitəyə çevriləcək. Layihəyə uğur arzulayan səfir ümidvar olduğunu bildirib ki, bu layihə vasitəsilə bir çox Çin şirkətləri Azərbaycana gələcək, investisiya yatıracaq.

Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini İltimas Məmmədov “Gözəl Azərbaycan” layihəsini möhtəşəm və qeyri-adi layihə adlandırıb. “Gündən-günə gözəlləşən Azərbaycanın hətta bizlərin bilmədiyi gözəlliklərini “Huawei” ortaya çıxaracaq”, - deyən nazir müavini bildirib ki, layihənin ilkin mərhələsi bu ilin sonuna kimi yekunlaşacaq. O, “Huawei” şirkətini Azərbaycanda keçirilən bütün tenderlərdə çox aktiv iştirak etdiyini, hazırda 4 tenderin iştirakçısı olduğunu deyib.

“Huawei”in Mərkəzi Asiya üzrə baş icraçı direktoru Can Dongliang şirkət barədə məlumat verərək bildirib ki, “Huawei”in 170 ölkədə nümayəndəliyi var, dünya üzrə 500 ən iri şirkət arasında 228-ci yerdədir. Şirkətin 16 elmi-tədqiqat mərkəzləri fəaliyyət göstərir, onlardan 9-u xaricdədir, 176 min qlobal işçisi var. Şirkətin innovasiyalara investisiya yatırmağa önəm verdiyini bildirən Can Dongliang Azərbaycanda özlərinə tərəfdaş müəyyən etmək niyyətində olduqlarını da bildirib.

“Huawei Azərbaycan”ın baş icraçı direktoru Çao Zejun deyib ki, Azərbaycanda yaşayan və işləyən hər bir şəxs Azərbaycanı ürəkdən sevir. “Biz bu layihə ilə Azərbaycanın gözəl təbiəti, tarixi, mədəniyyəti və mehriban insanları barədə dünyanı məlumatlandırmaq istəyirik”, - deyə Çao Zejun bildirib.

Layihənin tərəfdaşlarından biri olan “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolay Bekers şirkətin “Huawei” şirkəti ilə sıx əməkdaşlığından danışıb, layihəni çox önəmli və özünəməxsus bir layihə adlandırıb.

Təqdimat mərasimindən sonra keçirilən mətbuat konfransında “Huawei”in Mərkəzi Asiya üzrə baş icraçı direktoru Can Dongliang bildirib ki, Azərbaycanın telekommunikasiya sahəsində çox geniş potensialı var və şirkət bundan istifadə etmək niyyətindədir.

Şirkətin Azərbaycandakı fəaliyyətinə dair sualı cavablandıran “Huawei Azərbaycan”ın baş icraçı direktoru Çao Zejun bildirib ki, şirkət servis sahəsində fəaliyyət göstərir, 15 il ərzində 2 minə yaxın yerli işçi işə cəlb olunub.

“Huawei Azərbaycan” şirkəti “Gözəl Azərbaycan” layihəsinə start verib [YENİLƏNİB] VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib