“HUMANİTE” MALİYYƏ BÖHRANI KEÇİRİR
Qəzetin baş direktoru Patrik Lö Yarik demişdir: “Bu gün biz həyəcan siqnalı veririk. “Humanite”nin varlığı təhlükə qarşısındadır. Gəlin, əl-ələ verib, onu yaşadaq!”. O, öz çağırışını hakimiyyət orqanlarına, kommersiya qurumlarına, “əbədi dəyərləri əziz tutanlar”a ünvanlamışdır. Nəşrin başçısı əmindir ki, “Humanite” ölkədə “demokratiyanın həyat qabiliyyətini dəstəkləmək üçün” gərəkdir.
Müraciətdə bildirilir ki, nailiyyətlər qazanmasına baxmayaraq, qəzet “maliyyə girdabı”na düşmüşdür.
“Humanite”nin əsası 1904-cü ildə Jan Jores tərəfindən sosialist partiyasının orqanı kimi qoyulmuşdur. 1920-ci ildən Fransa Kommunist Partiyasının mərkəzi orqanı, 1999-cu ildən qəzeti idi. Həmin ilin martından FKP qəzetin yalnız naşiridir. Tirajı 52 min nüsxədir. Keçən il qəzetin büdcə kəsiri 3 milyon avro olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [15:03]
NASA nəhəng “kosmik təbəssüm”ün şəklini çəkib
- 13.10.2026 [14:43]
Türkiyə məktəblərdə hücumların qarşısını alacaq layihəyə start verir
- 13.10.2026 [13:57]