İQTİSADİYYAT
“Hyundai i40” daha bir müsabiqənin qalibi olmuşdur
Bakı, 31 oktyabr (AZƏRTAC). Azərbaycanda da satışda olan Koreya Respublikası istehsalı “Hyundai i40” avtomobili “EuroCarBody 2011” müsabiqəsinin qalibi olmuşdur.
AZƏRTAC xəbər verir ki, münsiflər heyətinə daxil olan 500 mütəxəssis tərəfindən qiymətləndirilən avtomobildə kuzovun keyfiyyəti və konstruksiyası, materialların innovasiya səviyyəsi və yığılmanın keyfiyyəti nəzərə alınmışdır.
Mütəxəssislərin rəyi nəticəsində “Hyundai i40” avtomobili mümkün 50 baldan 37,98 bal toplayaraq qalib olmuşdur. İkinci yeri isə 35,85 balla “Audi A6” sedanı tutmuşdur.
Qeyd edək ki, “i40”-ın universal versiyası olan “Wagon” və “Sedan” Azərbaycanda satışdadır. “i40” modeli Azərbaycan bazarında iki mühərriklə təklif olunur. Bunlardan birinin həcmi 177 at gücü (Wagon), digəri isə 200 at gücü (Sedan) təşkil edir.