REGİONLAR
“İcbari tibbi sığorta ilə sağlam yaşa!” layihəsi Corat qəsəbəsində davam edib
Sumqayıt, 20 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Tibb Mərkəzinin (STM) "İcbari tibbi sığorta ilə sağlam yaşa!" layihəsi çərçivəsində şəhərin Corat qəsəbəsində səyyar tibbi aksiya keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiya çərçivəsində qəsəbədə yaşayan 65 yaş və yuxarı yaş qruplarından olan 50-yə yaxın qəsəbə sakini tibbi müayinədən keçib.
Aksiya iştirakçılarını terapevt, oftalmoloq, kardioloq, LOR və USM həkimi müayinə edib. Sağlamlığında problemlər müşahidə olunan vətəndaşlara tövsiyələr verilib. Tibbi göstərişlərə əsasən onlar STM-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində lazımi xidmətlə təmin olunacaq.
Eyni zamanda, aksiya zamanı icbari tibbi sığortanın tətbiqi ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [17:57]
Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib
- 04.05.2024 [15:53]
Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir
- 04.05.2024 [15:26]
“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub
- 04.05.2024 [14:14]
Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib
- 04.05.2024 [09:02]
Qaxda mağaza sahibinin pulunu oğurlayan şəxs saxlanılıb
- 04.05.2024 [01:55]
Babək rayonunda Şəhidlər bulaq abidə kompleksi tikilir
- 04.05.2024 [00:50]