“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndinə əsasən, “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1043-IIIQD nömrəli Qanununa uyğun olaraq qərara alır:
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 3, maddə 114; 2003-cü il, № 6, maddə 277; 2004-cü il, № 8, maddə 598, № 11, maddə 901, № 12, maddə 973; 2007-ci il, № 1, maddə 3, № 6, maddə 562, № 11, maddə 1053; 2008-ci il, № 6, maddə 462, № 7, maddə 602; 2009-cu il, № 12, maddə 952; 2010-cu il, № 2, maddə 75, № 7, maddə 591) aşağıdakı dəyişikliklər edilsin:
1. 17.1.1-ci maddədə “iqtisad məhkəməsi borclunun iflası barədə məhkəmə icraatına başladıqda” sözləri “borclunun iflası barədə məhkəmə icraatına başlandıqda” sözləri ilə əvəz edilsin.
2. 19.1.1-ci maddədə “iqtisad məhkəməsi borclunun iflası barədə məhkəmə icraatına başladığı” sözləri “borclunun iflası barədə məhkəmə icraatına başlandığı” sözləri ilə əvəz edilsin.
3. 21.1-ci maddədə “iqtisad məhkəməsinin” sözləri “inzibati-iqtisadi məhkəmənin” sözləri ilə, “iqtisad məhkəməsi” sözləri hər iki halda “inzibati-iqtisadi məhkəmə” sözləri ilə əvəz edilsin.
4. 59.3-cü maddədə “İqtisad məhkəməsi” sözləri “İnzibati-iqtisadi məhkəmə” sözləri ilə əvəz edilsin.
5. 87.1-ci maddənin birinci cümləsində “İqtisad məhkəməsi” sözləri “İnzibati-iqtisadi məhkəmə” sözləri ilə, ikinci cümləsində “iqtisad məhkəməsinə”
sözləri “inzibati-iqtisadi məhkəməyə” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 iyun 2011-ci il.