Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 114; 2003, № 6, maddə 277; 2004, № 8, maddə 598, № 11, maddə 901, № 12, maddə 973; 2007, № 1, maddə 3, № 6, maddə 562, № 11, maddə 1053; 2008, № 6, maddə 462, № 7, maddə 602; 2009, № 12, maddə 952; 2010, № 2, maddə 75, № 7, maddə 591; 2011, № 6, maddə 482, № 7, maddə 618; 2012, № 11, maddə 1052; Azərbaycan Respublikasının 2013-cü il 31 may tarixli 665-IVQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 23.7-ci, 27.9-cu və 70.4-cü maddələrdə “10” rəqəmləri “30” rəqəmləri ilə əvəz edilsin.

2. 81.4-cü maddə (ikinci halda) 81.5-ci maddə hesab edilsin və həmin maddədə “həmin qərarın surətini aldıqdan sonra 10” sözləri “bu Qanunun 81.4-cü maddəsində nəzərdə tutulmuş qərarın surətini aldıqdan sonra 30” sözləri ilə əvəz edilsin.

3. 87.1-ci maddənin ikinci cümləsində “İcra” sözü “Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 iyun 2013-cü il. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin