“İcra haqqında”Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, №3, maddə 114; 2003, № 6, maddə 277; 2004, № 8, maddə 598, № 11, maddə 901, № 12, maddə 973; 2007, №1, maddə 3, № 6, maddə 562, № 11, maddə 1053; 2008, № 6, maddə 462, № 7, maddə 602, 2009, № 12, maddə 952; 2010, № 2 maddə 75, № 7 maddə 591) aşağıdakı dəyişikliklər edilsin:
1. preambulada “qeydlərinin” sözündən sonra “, məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderlərinin” sözləri əlavə edilsin;
2. 6.1.8-ci maddədə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edislin və aşağıdakı məzmunda 6.1.9.-cu maddə əlavə edilsin:
“6.1.9. məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderləri (bundan sonra - qısamüddətli mühafizə orderi).”;
3. 13.1.4-cü maddədə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 13.1.5-ci maddə əlavə edilsin:
“13.1.5.qısamüddətli mühafizə orderi - dərhal.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2011-ci il.