İctimai dinləmə keçiriləcək
Bakı, 13 dekabr, AZƏRTAC
Əhalinin ümumi rifah halının yaxşılaşdırılmasına yönəldilmiş sosial və infrastruktur əhəmiyyətli layihələrin ekoloji cəhətdən qiymətləndirilməsi və əhalinin məlumatlandırılması məqsədilə keçiriləcək ictimai dinləmə bu gün ETSN-nin Dövlət Ekspertiza İdarəsində təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, bunu ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib.
Onun sözlərinə görə, ictimai dinləmələrdə layihə icraçıları, ictimaiyyət, QHT nümayəndələri, aidiyyəti mütəxəssislər iştirak edəcək və ETSN-nin mütəxəssisləri ölkə və regional əhəmiyyətli hər bir layihənin ətraf mühitə təsirlərini, onların kompensasiyası mexanizmlərini açıqlayacaq, layihə icraçılarının məsuliyyət yükü barədə ictimaiyyəti məlumatlandıracaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:53]
Sabah yağış yağacaq VİDEO
- 04.10.2026 [13:10]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]