Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

İctimai Elmlər Bölməsinin Elmi şurasının iclasında Bakıda keçiriləcək COP 29-un hədəflərinə həsr olunmuş məruzə dinlənilib

Bakı, 19 mart, AZƏRTAC

AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, iclası AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri, akademik Gövhər Baxşəliyeva açaraq tədbirin gündəliyini iştirakçıların diqqətinə çatdırıb. O qeyd edib ki, iclasda “Qlobal ekzistensial təhlükədən yaşıl dünyaya keçid: COP 29-un hədəfləri kontekstində fəlsəfi təhlil” mövzusunda məruzənin dinləniləcəyini bildirib.

Daha sonra AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun İnformasiya cəmiyyətinin fəlsəfi və sosioloji problemləri şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Məhəmməd Cəbrayılov “Qlobal ekzistensial təhlükədən yaşıl dünyaya keçid: COP29-un hədəfləri kontekstində fəlsəfi təhlil” mövzusunda məruzə edib.

Məhəmməd Cəbrayılov bildirib ki, qlobal ekzistensial təhlükədən yaşıl dünyaya keçid haqqında düşünmək, xüsusən COP29-da qarşıya qoyulan məqsədlər kontekstində ekoloji fəaliyyət və davamlı inkişafla bağlı məsələləri fəlsəfi düşüncəylə nəzərdən keçirməkdir. Onun sözlərinə görə, bu düşüncə davamlı gələcəyə nail olmaq üçün ictimai, fərdi və etik məsuliyyətlərin, eləcə də COP29-un məqsədlərinə nail olmaq üçün mövcud olan çağırışların və imkanların təhlili ilə bağlı çoxlu sualların meydana çıxmasına imkanlar açır: “Yaşıl dünyaya keçid planetimizdə gələcək nəsilləri qorumaq üçün dərin etik imperativlərin formalaşmasını tələb edir. Bu, insan maraqlarını prioritet hesab edən antropo¬sentrik baxışlardan bütün canlıların və ekosistemlərin daxili dəyərini qiymətlən¬dirən ekosentrik və biosentrik perspektivə keçidin tələbidir”.

Alim fəlsəfi baxımdan məsələnin bu cür qoyuluşunun təkcə digər insanlara deyil, həm də qeyri-insani varlıqlara və ümumilikdə ətraf mühitə qarşı mənəvi öhdəliklərimizlə bağlı suallar doğurduğunu bildirib.

Onun sözlərinə görə, 2024-cü il noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP29 mühüm gözləntilər və unikal yanaşmaları nəzərdə tutan böyük konfransda ətraf mühitin çirklənməsi, su qıtlığı, yoxsul ölkələrin yaşıl texnologiyaya çıxışına dəstək proqramları da daxil olmaqla bir sıra vacib ekoloji problemləri vurğulamaq və həll etmək məqsədi daşıyır: “Bölgə üçün narahatlıq doğuran Xəzər dənizinin su səviyyəsinin aşağı düşməsi, işğaldan azad olunan ərazilərdə Ermənistanın apardığı ekosid siyasəti Azərbaycanın diqqət mərkəzində saxlamağa çalışdığı daha geniş ekoloji problemləri əhatə edir. Bu baxımdan COP29 təkcə ətraf mühitə atılan karbon emissiyasının azaldılması ilə bağlı ehtimal olunan ümumi razılaşmanı nəzərdə tutmur, həm də ətraf mühitin regional və qlobal səviyyədə ümumi vəziyyətinin sağlamlaşdırılmasına yönəlmiş praktik addımların atılmasını hədəfləyir”.

Məhəmməd Cəbrayılov konfransın həm də münaqişəli ərazilərdə sülh gündəliyi və ekoloji vəziyyətin müzakirəsi ilə bağlı platforma rolunu oynayacağını da vurğulayıb. Qeyd edib ki, Azərbaycan tərəfindən inkişaf etməkdə olan ölkələrin yeni nəsil yaşıl texnologiyalarla özünü təmin etməsi baxımından sülhün, ətraf mühitin qorunması məqsədilə COP29-da inkişaf etmiş ölkələrdən texnoloji dəstək üçün, maliyyə yardımının ayrılması nəzərdə tutan konseptual plana malikdir: “Bütün bunlar onu göstərir ki, rəsmi Bakının COP29-da qlobal istiləşmənin məhdudlaşdırılması, iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşma və bu səylər üçün maliyyənin səfərbər edilməsinə diqqət yetirməkdə əsas məqsədi 1992-ci ildə qəbul edilmiş Birləşmiş Millətlər İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının və Paris Sazişinin ümumi hədəflərinə nail olmaqdır. Bakı konfransının qarşıya qoyduğu digər məqsədlərdən biri gücləndirilmiş şəffaflıq çərçivəsini müəyyənləşdirmək və digər kritik məsələlərlə yanaşı, kollektiv səviyyədə maliyyə üzrə yeni kəmiyyət hədəfini müəyyən etməkdir”.

Alim bütün canlılar arasında mövcud əlaqə zəncirinin qırılmasının hansı qlobal ekzistensial təhlükələr doğura biləcəyi, təbiət elmlərinin sorğuladığı məsələlər, qarşıya qoyulan məqsədləri ilə texniki, iqtisadi elmlərin tətbiqi zamanı meydana çıxan praktik nəticələr arasında uzlaşmayan tərəflərinə fəlsəfi rakursdan baxmağın ekoloji şüurun inkişafına necə təsir edə biləcəyini qeyd edib: “Bizi əhatə edən ekosistemin özünü bərpa və yenidən özünütəşkil imkanları hansı çərçivələrlə məhdudlaşır, iqlim dəyişməsində antropogen amilin rolu fiziki və geoloji amillərdən nə ilə fərqlənir? 2024-cü ildə COP29-un Bakıda keçirilməsi ilə bağlı dünya birliyinin verdiyi ümumi qərarla bağlı səbəblər hansılardır? COP29 Bakı konfransından hansı gözləntilər var və s. suallara mövzu daxilində cavablar axtarılır”.

Alim çıxışının sonunda mövzu istiqamətində gəldiyi nəticələrin konkret təkliflərini irəli sürüb.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb.

İclasda, o cümlədən bir sıra elmi-təşkilati və kadr məsələləri də müzakirə olunub.

Akademik Gövhər Baxşəliyeva ölkə Prezidentinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının təsis edildiyi 27 mart tarixinin respublikada elmi fəaliyyətlə məşğul olanların peşə bayramının – Elm Günü olaraq müəyyən edildiyini, bu günün qeyd edilməsini elmin cəmiyyətdəki nüfuzunun daha da gücləndirilməsi, alimlərin əməyinin qiymətləndirilməsi kimi yüksək dəyərləndirildiyini bildirib. Bununla bağlı elmi tədqiqat müəssisələrində Elm Gününə həsr olunmuş müxtəlif tədbirlərin həyata keçirilməsi ilə əlaqədar tapşırıq və tövsiyələrini verib.

Daha sonra AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Elmi şurasının yeni tərkibinin təsdiq edilməsi, həmçinin institutu¬n fəlsəfə doktoru hazırlığı üzrə II kurs əyani doktorantı Turan Qasımovanın əyani təhsildən qiyabi təhsilə keçirilməsi məsələləri müzakirə edilib, AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.

Sonra tarix elmləri doktoru İlqar Niftəliyevin AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Bəhmən Əliyevin AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Ellada Bəkirovanın isə AMEA-nın Arxeologiya və Antropo¬logiya İnstitutunun elmi katibi vəzifələrinə təsdiq edilməsi haqqında məsələlərə baxılıb.

Daha sonra bir qrup əməkdaş İctimai Elmlər Bölməsinin Fəxri fərmanı ilə təltif olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsveçdə payızdan etibarən dördgünlük iş həftəsi tətbiq ediləcək

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-də aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb

QS-nin regional direktoru ADNSU-da olub

® Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü

Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Azərbaycan və Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

Respublika fənn olimpiadalarının final turunun biologiya və coğrafiya üzrə ilkin nəticələri elan edilib

AIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda müzakirələr aparılıb

ICESCO-nun Baş direktoru: Biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik

Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Fransız Polineziyasında və Yeni Kaledoniyada müstəqillik mübarizəsi istiqamətində atılan addımlar genişlənir

Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında kolonializmin fəsadları ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub ünvanlanıb

Sivilizasiyalar Alyansının direktoru: Forumda müzakirə edilən mövzular aktuallığı ilə yadda qaldı

Bakı Forumu çərçivəsində “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı plenar sessiya keçirilib

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib

Səbinə Hacıyeva: Mina səbəbindən arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik

"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb

Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Azərbaycan Hökumətinə təşəkkür edib

İcraçı direktor: Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var VİDEO

Mədəni liderlərin konsultativ görüşü: “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı"

Leysan yağışlar səbəbindən Dubayda 13 aviareys ləğv edilib

Bakı Təşəbbüs Qrupunun rəhbəri: Fransanın dənizaşırı ərazilərinin və Korsikanın müstəqillik mübarizəsinə dəstək göstəririk VİDEO

ICESCO Baş katibinin müşaviri: Qeyri-maddi və maddi mədəni irs abidələri təhlükə altındadır

Baş katibin müavini: Azərbaycanın tətbiq etdiyi “ASAN Viza” sistemi turistlər üçün olduqca əlverişlidir

Heydər Əliyev Fondunun Rusiyadakı layihələri müzakirə olunub

Ərdoğan: Bəzi Avropa ölkələrində ifrat irqçiliyin dəstəkləməsi Qərb demokratiyası üçün fəlakətdir

Keniyadan olan din xadimi: Gördüyümüz mənzərə, törədilən vəhşiliklər çox ürəkağrıdıcıdır