“İDMANIN UNUDULMAZ ANLARI”
Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin, Gənclər, İdman və Turizm Nazirliyinin, Milli Olimpiya Komitəsinin, Rusiya Beynəlxalq Elmi və Mədəni Əlaqələr Mərkəzinin ölkəmizdəki nümayəndəliyinin və Rəssamlar İttifaqının birgə təşkil etdikləri sərgidə 50 foto ustasının 200-ə yaxın işi nümayiş etdirilir. Həmin fotolarda müxtəlif vaxtlarda Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında qələbə qazanmış keçmiş SSRİ idmançıları əks olunmuşlar. Azərbaycan idmanının layiqli nümayəndələri - beynəlxalq qrossmeyster Aynur Sofiyevayanın, beynəlxalq dərəcəli hakim Tofiq Bəhramovun, əfsanəvi futbolçu Anatoli Banişevskinin fotoları tamaşaçılar tərəfindən maraqla qarşılanır.
Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov, Rusiya Federasiyasının ölkəmizdəki səfiri Nikolay Ryabov və başqaları mərasimdə çıxış edərək, xalqlarımız arasında dostluq ənənələrinin qorunub saxlanılmasında, yaşlı idmançlarımızın bir daha xatırlanmasında belə tədbirlərin əhəmiyyətini vurğulamışlar.