RƏSMİ XRONİKA
İ.Ə.ƏLİYEVİN NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNİN HAKİMİ VƏZİFƏSİNDƏN AZAD EDİLMƏSİ VƏ AZƏRBAYCAN RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNİN HAKİMİ VƏZİFƏSİNƏ TƏYİN EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 131-ci maddəsinin II hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə, 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. İslam Əli oğlu Əliyev başqa vəzifəyə keçirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilsin.
II. İslam Əli oğlu Əliyev Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə təyin edilsin.
III. Bu qərarın II hissəsində göstərilən hakimin səlahiyyət müddəti “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun keçid müddəalarının 7-ci və 8-ci bəndlərinə uyğun müəyyən edilir.
IV. Bu qərar qəbul edildiyi gündən qüvvəyə minir.
O.Əsədov
Azərbaycan Respublikası
Milli Məclisinin sədri
Bakı şəhəri, 7 dekabr 2007-ci il.