İƏT ABŞ-ın “Əsrin sövdələşməsi” planını rədd edib
Tehran, 3 fevral, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ABŞ Prezidenti Donald Trampın Fələstin-İsrail münaqişəsinin həlli üçün təklif etdiyi “Əsrin sövdələşməsi” planını rədd edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Fələstinin Xarici İşlər naziri Riyad Əl-Maliki “Əl-Ərəbiyə” kanalına müsahibəsində bildirib. O qeyd edib ki, fevralın 3-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İƏT ölkələrinin təcili toplantısı keçirildi. Toplantının nəticəsi olaraq bütün üzv dövlətlər qəbul edilən qətnaməyə səs verdilər. Qətnamədə isə birmənalı şəkildə bildirilir ki, İƏT ABŞ administrasiyasının Fələstin-İsrail münaqişəsinin həlli üçün təklif etdiyi planı qəbul etmir.
R.Əl-Maliki deyib ki, İƏT üzvləri ABŞ-ın planının Yaxın Şərqə sülh gətirməyəcəyini açıq bəyan ediblər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [22:14]
Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz
- 13.11.2026 [20:56]
Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək
- 13.11.2026 [20:43]
“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib
- 13.11.2026 [20:23]