İğdırın bir məhəlləsinə Qarabağ adı verilib
Ankara, 10 oktyabr, AZƏRTAC
Türkiyənin İğdır vilayətinin Mələkli qəsəbəsində bir məhəlləyə Qarabağ adı verilib. Mələkli qəsəbə Bələdiyyəsi bu qurumun sədri Eray Coşarın təklifini yekdilliklə təsdiqləyib.
Eray Coşar AZƏRTAC-ın müxbirinə açıqlamasında deyib: “Dağlıq Qarabağ və ona bitişik ərazilərin otuz ilə yaxın zamanda işğal altında saxlanılması Azərbaycan və Türkiyədə eyni böyük problem kimi qəbul olunub. Prezident İlham Əliyevin komandanlığında Azərbaycan Ordusunun işğaldan xilas olmaq üçün başladığı müqəddəs hərəkat olduqca qürurvericidir. Azərbaycan Ordusunun düşmən üzərində rəşadətlə əldə etdiyi uğurları böyük sevinclə qarşılayırıq. Bu prosesdə Azərbaycana dəstək vermək məqsədilə biz də öz mövqeyimizi bələdiyyə məclisimizin qərarı ilə təsdiqlədik. Bundan sonra Mələkli qəsəbəsinin mərkəzi məhəlləsi Qarabağ adlandırılacaq. Əslində, bizim bu qərarımız bütün Türkiyənin, İğdır əhalisinin, Azərbaycansevər bütün vətəndaşlarımızın mövqeyi və arzusudur”.
Azərbaycan Ordusunun tezliklə rəşadətli qələbə çalacağına əmin olduğunu vurğulayan bələdiyyə sədr Eray Coşar bildirib ki, bu zəfər Qafqaz və Anadolu daxil olmaqla, böyük bir coğrafiyaya sülh, sabitlik və inkişaf gətirəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [19:15]
ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq
- 22.09.2026 [19:06]
Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir
- 22.09.2026 [18:49]
Tramp: Amerika geri qayıdıb və əvvəlkindən daha güclüdür
- 22.09.2026 [18:33]