Azərbaycan Dövlət İnformasiya Agentliyi

II -Cİ HİSSƏ

Tərtər rayon icra hakimiyyətinin başçısı Vidadi İSAYEV dedi ki, cəbhə bölgəsində yerləşməsinə baxmayaraq, rayon əhalisi dövlət proqramlarının uğurla reallaşmasında yaxından iştirak edir. Düşmənlə üz-üzə olan tərtərlilər öz rayonlarının tərəqqisi naminə hər bir sahədə həvəslə çalışırlar. Son illər bütün növ kənd təsərrüfatı məhsulları istehsalında əsaslı artım müşahidə edilmişdir. Dövlət Proqramının icrasının ilk ili də rayon üçün uğurlu olmuşdur:

- Cənab Prezident!

Sizin rayonumuza 2006-cı ilin martında tarixi səfəriniz, bu səfər zamanı ön cəbhədə olmağınız, rayon ictimaiyyəti ilə görüşünüz tərtərlilərdə gələcəyə olan inamı daha da artırmış, diqqət və qayğınız Tərtərin sosial-iqtisadi inkişafının sürətlənməsinə zəmin yaratmışdır. Son 5 ildə rayonumuzda ümumdaxili məhsulun həcmi 2,9 dəfə artmış, 18 yeni istehsal müəssisəsi, o cümlədən 10 adda məhsul istehsal edən süd emalı zavodu, aqrolizinq, mebel fabriki, bitki yağı istehsal edən müəssisə, quşçuluq fabriki tikilmiş, elektromexanika zavodunun fəaliyyəti bərpa olunmuşdur. Dövlət proqramlarının uğurla icra olunmasının nəticəsidir ki, 2004-2008-ci illərdə rayonda 8955 iş yeri açılmışdır ki, onlardan da 4150-si daimi iş yeridir. 2009-cu ildə isə 573 yeni iş yeri açılmışdır. Ümumdaxili məhsulun 98 faizi özəl sektorda istehsal olunur. Son 5 ildə 172 sahibkarlıq obyekti istifadəyə verilmişdir.

Möhtərəm cənab Prezident, ulu öndərimiz Heydər Əliyevin dediyi kimi gözəl təbiəti, bərəkətli torpağı, əməksevər insanları olan Tərtər bu gün Sizin qayğınızla inkişaf etmiş kənd təsərrüfatı rayonuna çevrilmişdir. Kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsi, güzəştli şərtlərlə gübrələrin satılması hər yerdə olduğu kimi, Tərtərdə də aqrar sahənin sürətli inkişafına təkan vermişdir. Təkcə bir faktı göstərmək istəyirəm ki, rayonda əkin sahələri 1,4 dəfə artmış, rayonun tarixində ilk dəfə olaraq, 2009-cu ildə 73 min ton yüksək keyfiyyətli taxıl istehsal edilmişdir. Belə yüksəlişi şərtləndirən səbəblərdən birini xüsusi qeyd etmək istəyirəm. Əsas suvarma mənbəyi olan Sərsəng su anbarının işğalından sonra tərtərlilər daim suvarma suyu problemi yaşamışlar. Sizin 2006-cı il 24 mart tarixli Sərəncamınızla təsdiq edilmiş “Azərbaycan Respublikasının Ağdam, Bərdə və Tərtər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq rayonumuzda 50 yeni subartezian quyusu qazılmış, 400-ü bərpa edilmişdir. 100 hidroqurğu yenidən qurulmuş, torpaqlar meliorativ cəhətdən yaxşılaşdırılmışdır.

Möhtərəm cənab Prezident, Sizin, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın düşmən tapdağından tezliklə azad olunacağına böyük inam, ordumuzun ön cəbhədə möhkəm dayanması, torpağa olan məhəbbət nəticəsində cəbhə xəttinə çox yaxın olan Ağdərə ərazisində uzun müddət əkilməyən 6 min hektar torpaq və minalardan təmizlənmiş 600 hektara yaxın sahə bu gün tərtərlilər tərəfindən yenidən əkilib becərilir. İşğaldan azad olunmuş Şıxarx, Həsənqaya, Çaylı kəndlərində yaşayış üçün şərait yaradılmış və 206 ailə heç nədən çəkinmədən qoşunların təmas xəttinə çox yaxın olan bu kəndlərdə məskunlaşmış və təsərrüfat işləri ilə məşğuldurlar.

Əvvəlki illərdə bir çox sosial problemlərlə üzləşib sabaha ümidini itirərək rayonu tərk etmiş 400-ə yaxın ailə və ya 2 mindən çox tərtərlinin rayona qayıdaraq sosial-iqtisadi inkişaf proseslərinə qoşulması, son 5 ildə rayon əhalisinin 6 min nəfər artması cənab Prezident, şəxsən Sizə, günü-gündən qüdrətlənən dövlətimizə olan böyük inamın və Dövlət Proqramlarının uğurlu icrasının məntiqi nəticəsidir. Uzun illər qaz, su, işıq, yol sarıdan əziyyət çəkən, iş yerləri olmayan, abadlıq, quruculuq işləri aparılmayan Tərtərdə Sizin diqqət və qayğınız nəticəsində insanları narahat edən əsas problemlər aradan qaldırılmışdır. Bu gün rayon əhalisi fasiləsiz elektrik enerjisi ilə təmin olunur. İçməli su problemi əsasən həll olunmuş, rayon mərkəzi və 14 kənd qazlaşdırılmış, hazırda rayonun daha 35 kəndinə qaz xətti çəkilir. 200 kilometr kənd yolları əsaslı təmir edilmişdir.

Möhtərəm cənab Prezident, bu gün ərazisindən 50 kilometr cəbhə xətti keçən Tərtər Sizin qayğınızla sürətlə inkişaf edir, çox qaynar bir həyat yaşayır. Son dövrdə 154 min kvadratmetr yeni mənzil fondu istifadəyə verilmiş, 672 fərdi evi tikilmiş, 560 ailəyə həyətyanı sahə ayrılmışdır. Onu da qeyd edim ki, inşa edilən evlərin və ayrılmış torpaq sahələrinin əksəriyyəti cəbhə bölgəsinə yaxın ərazilərdə yerləşir. Ümumiyyətlə, bu gün yeni inkişaf dövrünü yaşayan Tərtərin elə bir yaşayış məntəqəsi, elə bir küçəsi, elə bir məhəlləsi yoxdur ki, orada tikinti-abadlıq işləri aparılmasın.

Rayonda infrastrukturun yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüş, 17 təhsil, səhiyyə və mədəniyyət obyekti, 4 min nömrə tutumu olan 12 elektron ATS, 15 poçt şöbəsi tikilib istifadəyə verilmişdir. Rayon mərkəzinin də siması tanınmaz dərəcədə dəyişilmişdir. Bugünkü Tərtəri görən heç kəs inanmır ki, gündən-günə genişlənən, gözəlləşən, hər bir infrastruktura malik bu müasir şəhərin cəmi bir neçə yüz metrliyindən cəbhə xətti keçir. Hər yanan lampasının cəbhənin o tayında zülmət içində yaşayan düşmənin gözünə ox kimi sancıldığı bu şəhərdə, hər gün 2000-dən artıq işıqlandırma nöqtəsi Tərtərin gecələrini çıraqbana çevirmişdir. Dünənə qədər güllə yağışı altında olan, 700-dən artıq partlamamış mərmidən təmizlənmiş rayon mərkəzində 8 min kvadratmetr sahəsi olan mərkəzi meydan inşa olunmuş, 30 park və istirahət guşəsi salınmış, milli memarlıq üslubunda 14 fəvvarə və 27 bulaq tikilmiş, 21 prospekt və küçə yenidən qurulmuş və asfaltlanmışdır. Rayon mərkəzində 8 yeni inzibati bina tikilmiş, 77 yaşayış binası əsaslı təmir edilmişdir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün iki 16 mənzilli, bir 24 mənzilli yaşayış binası, 5 fərdi ev tikilib istifadəyə verilmiş, müharibədən zərər çəkmiş 47 fərdi ev yenidən tikilmişdir.

Siz Tərtər ictimaiyyəti ilə görüşünüz zamanı qeyd etdiniz ki, “...indi Tərtərin yeni dövrü başlayır. Mən əminəm ki, burada görülmüş işlər və bundan sonra görüləcək işlər rayonun hərtərəfli inkişafına xidmət göstərəcəkdir”. Sizin uzaqgörənliklə dediyiniz bu fikir tərtərlilərin fəaliyyət proqramına çevrilmişdir. Regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş ikinci Dövlət Proqramında rayonun bütün sahələrini əhatə edən 41 tədbirin yerinə yetirilməsi nəzərdə tutulmuş və artıq onun icrasına başlanmışdır.

Möhtərəm cənab Prezident, bu gün düşmənlə üz-üzə olan tərtərliləri heç nə qorxutmur. Rayonda böyük ruh yüksəkliyi, əmək coşqunluğu, qurub-yaratmaq əzmi hökm sürür.

Sizi əmin edirik ki, regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramını da uğurla həyata keçirmək üçün bütün qüvvələrimizi səfərbər edəcək, respublikamızın inkişafına öz töhfəmizi verəcəyik. Diqqətinizə görə sağ olun!

 

X X X

 “Ultra” şirkətinin baş direktoru Tahir MİRKİŞİLİ qeyd etdi ki,

informasiya texnologiyaları sahəsi ölkənin imicini dəyişən amillərdən birinə çevrilmişdir. O, son illər Azərbaycanda bu sahədə baş verən yeniliklərdən danışaraq demişdir ki, hazırda informasiya kommunikasiya texnologiyaları ölkədə ən stabil inkişaf edən sahələrdən biridir. Bu inkişaf təhsildə infiormasiya proqramlarının tətbiqinə də geniş imkanlar açmışdır:

- Hazırda ölkə iqtisadiyyatının inkişafını informasiya texnologiyalarsız təsəvvür etmək qeyri-mümkündür. İnformasiya texnologiyaları sahəsi rəqabət üstünlükləri yaradan və ölkə imicini dəyişən ən mühüm amilə çevrilmişdir. Məhz bu amili daim yüksək qiymətləndirən möhtərəm Prezidentimiz bu sahənin innovativ iqtisadiyyatın inkişafı üçün çox mühüm olduğunu önə çəkərək, informasiya texnologiyalarını ölkəmizdə prioritet sahə elan etmişdir. Ölkəmizdə bərqərar olmuş siyasi sabitlik, əlverişli biznes mühiti, sahibkarlığın dövlət tərəfindən dəstəklənməsi sayəsində son illərdə inkişaf etmiş aparıcı informasiya texnologiyaları şirkətlərindən biri kimi, “Ultra” şirkəti üzərinə düşən məsuliyyəti dərk edərək bu istiqamətdə keyfiyyətcə yeni və milli maraqları əks etdirən, kifayət qədər yüksək səy və dözüm tələb edən addımlar atmışdır.

Həyata keçirdiyimiz layihələrin əsas məqsədlərini aşağıdakılar təşkil edir. Birincisi, innovativ iqtisadiyyatın inkişafına çalışmaq və informasiya texnologiyalarını tətbiq etməklə elm-iqtisadiyyat-sosial həyat qarşılıqlı əlaqələrinin genişləndirilməsi, ikincisi, elektron hökumət sahəsində səmərəli və vizual idarəetmə metodlarını özündə əks etdirən xüsusi proqram resurslarının yaradılması və tətbiqi, nəhayət üçüncüsü, informasiya texnologiyaları - iqtisadi artım, informasiya texnologiyaları - elmin inkişafı, informasiya texnologiyaları - beynəlxalq inteqrasiya və digər iqtisadi-texniki və fəlsəfi bağlılıqların ölkəmizdəki strateji sosial-iqtisadi inkişafa uğurlu tətbiqi. Kifayət qədər iddialı səslənən bu məqsədləri həyata keçirmək üçün şirkətimizin təşəbbüsü ilə informasiya texnologiyaları sahəsində dünyanın 11 qabaqcıl ölkəsinin şirkətlərini birləşdirən beynəlxalq konsorsium yaradılmışdır. Konsorsiuma dünyanın nəhəng şirkətlərindən olan İntel, Microsoft, HP, Cisco kimi korporosiyalar daxildir. Konsorsiumun əsas məqsədi dünya informasiya texnologiyaları sektorunda baş verən ən mühüm yeniliklərin Azərbaycana transformasiyasıdır. Xüsusilə qeyd etmək istərdim ki, son illərdə möhtərəm Prezidentimizin bu korporasiyaların rəhbərləri ilə görüşləri belə bir konsorsiumun yaradılmasında müstəsna rol oynamışdır. Məhz bu dediklərimizi əsas tutaraq, hələ 2003-cü ildən başlayaraq İntel və Microsoft korporasiyalarının dəstəyi ilə MDB və Şərqi Avropa ölkələrinin əksəriyyətinin daxil olduğu məkanda Rusiyadan sonra ikinci, yerləşdiyimiz coğrafi regionda isə birinci olan bir layihə həyata keçirilmişdir: Azərbaycanda milli marka - “NEXUS” ticarət markalı noutbukların buraxılışına başlanılmışdır.

Möhtərəm cənab Prezident, hələ o zaman “NEXUS” noutbuklarının buraxılışını Siz yüksək qiymətləndirərək şirkətimizə Azərbaycan hüdudlarını aşmağı və ixraca yönəlməyi tövsiyə etmişdiniz. Məruzə etmək istərdim ki, ötən müddət ərzində Rusiya, Turkiyə, İran, Orta Asiya ölkələri, Gürcüstan və hətta Avropa İttifaqına daxil olan Almaniya və Belçika kimi ölkələrin bazarına sınaq məqsədilə çıxarılan “Made in Azerbaijan” yarlıqlı noutbuklar çox böyük kommersiya marağına səbəb olmuşdur. Təsadüfi deyil və eyni zamanda qürurludur ki, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi və BMT baş katibinin müavini kimi dünyada bir çox nüfuzlu insanlar Azərbaycan məhsulunun istifadəçiləridirlər. Ölkəmizdə rəğbətlə qarşılanan və digər ölkələrdə rəqabətqabiliyyətli məhsul kimi qəbul edilən “NEXUS” noutbukları Sizin sahibkarlara növbəti hədiyyəniz olan bu gözəl Biznes Mərkəzinin sərgi salonunda nümayiş etdirilir.

Hörmətli konfrans iştirakçıları!

Hazırda Azərbaycanın 11 bölgəsində yerləşən nümayəndəliklərimizin Heydər Əliyev Fondunun yaxından dəstəyi ilə həyata keçirdiyi və ölkənin bütün regionlarını əhatə edən “Təhsildə informasiya texnologiyalarının tətbiqi” proqramları artıq öz müsbət bəhrəsini verməkdədir. Bu gün vahid bir mərkəzdən idarə olunan elektron tədris sistemi getdikcə təhsilin inkişafına və təhsil-cəmiyyət əlaqəsinin güclənməsinə xidmət etməkdədir.

Bununla yanaşı, son illərdə şirkətimiz tərəfindən regionlarda bir çox innovativ layihələr həyata keçirilmişdir. Belə ki, Gəncə, Sumqayıt, İsmayıllı şəhərlərində əhalinin istifadəsi üçün simsiz internet zonaları və innovasiya mərkəzləri, Naxçıvan Muxtar Respublikasında informasiya texnologiyalarının inkişafı üçün simsiz internet zonalarının yaradılması və informasiya texnologiyaları üzrə olimpiadaların keçirilməsinə dəstək və digər istiqamətlərdə vacib işlər görülmuşdür. Qazax rayonunda Heydər Əliyev Elm Mərkəzi çərçivəsində Şərqi Avropada ən müasir və ən böyük olan rəqəmli planetarium sistemi qurulmuş, xüsusi virtual interaktiv sistem yaradılmışdır. Elektrik, qaz, su ödənişlərinin avtomatik idarəedilməsi üçün proqram təminatı hazırlanmış və tətbiq edilmişdir. 2009-cu ildən başlayaraq ölkə miqyasında tərəfimizdən “Elektron imza”, “Elektron maliyyə”, “Elektron sənəd dövriyyəsi”, “Elektron bank”, “Elektron sığorta” və digər elektron hökumət layihələri həyata keçirilir.

Şirkətimiz tərəfindən ölkəmizdə ilk dəfə Heydər Əliyev Fondunda tətbiq edilmiş elektron idarəetmə sistemi dünyada ən müasir sistemlərdəndir. Öz unikallığına görə fərqlənən bu proqram məhsulları ilə biz Avropa bazarına çıxmağı planlaşdırırıq.

Möhtərəm cənab Prezident, biz milli maraqları önə çəkən, öz maraqlarımızı milli maraqlar çərçivəsində reallaşdıran bir şirkət kimi, Sizin dəstək və qayğınızı hər an hiss edirik. Məhz bu dəstəyə, yaradılmış əlverişli biznes və investisiya mühitinə arxalanaraq, beynəlxalq tərəfdaşlarımızla birlikdə qarşıdakı illərdə fəaliyyətimizi daha da genişləndirmək, ölkəmizin yüksək texnologiyalar mərkəzinə çevrilməsinə öz töhfəmizi vermək əzmindəyik. Yüksək diqqətinizə görə minnətdaram!

 

X X X

 Neftçala rayon icra hakimiyyətinin başçısı Taleh QARAŞOV Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş ikinci Dövlət Proqramı üzrə rayonda daha qlobal məsələlərin öz həllini tapmasının planlaşdırıldığını bildirmişdir. Birinci proqramın icrası nəticəsində insanları narahat edən problemlərin əsas hissəsi aradan qalxmışdır. Bunun nəticəsidir ki, bütün bölgələr kimi, Neftçalanın da böyük tərəqqi yolunda olduğunu deyən Taleh Qaraşov qazanılmış uğurların davamlı olması məqsədi ilə görülən tədbirlər barədə məlumat vermişdir. O, həmçinin təhsil müəssisələrinin, vacib sosial obyektlərin tikintisinə dövlət qayğısı ilə yanaşı, Heydər Əliyev Fondunun dəstəyini xüsusi qeyd etmişdir: - Birinci Dövlət Proqramı təsdiq olunarkən rayonda sənaye, tikinti, aqrar sahələrdə ciddi problemlər mövcud idi. Həmin dövrdə abadlıq-quruculuq sahəsində də nəzərəçarpacaq işlərin görülməsi mümkün deyildi. Elektrik, qaz və içməli su təchizatında ciddi çatışmazlıqlar var idi.

Bu gün isə mən bu yüksək kürsüdən bildirmək istəyirəm ki, 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında Neftçala rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin müvəffəqiyyətlə yerinə yetirilməsi nəticəsində insanları narahat edən problemlər, əsasən aradan qaldırılmış, aqrar sahədə, sənaye sektorunda, tikintidə, eləcə də əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində bir çox məsələlər öz həllini tapmışdır.

Neftçalada 10 il əvvəl insanları narahat edən problemlərin xüsusi çəkisi bu gün tamamilə yox dərəcəsinə enmişdir. Vaxtilə “neft çalası” kimi tanınan, müasirlikdən uzaq, yaşayış səviyyəsi aşağı olan bir rayon indi özünün çiçəklənmə mərhələsinə qədəm qoymuşdur. Sözün həqiqi mənasında, Neftçala bu gün böyük tərəqqi yolundadır.

Müqayisə üçün qeyd etmək istəyirəm ki, 2003-cü ildən sonrakı dövrdə Neftçalada ümumi məhsul istehsalının həcmi 5,6 dəfə, əhalinin gəlirləri 4,3 dəfə artmışdır. Ötən dövrdə rayonda 100-dən artıq yeni müəssisə yaradılmış, 1817 fiziki şəxs sahibkarlıq fəaliyyətinə başlamış, 10235 yeni iş yeri açılmışdır ki, bunun da 6682-si daimi iş yerləridir.

Möhtərəm cənab Prezident, qazanılmış uğurların daha ahəngdar və davamlı olmasını təmin etmək məqsədi ilə biz neftçalalıların da təklifləri öz əksini tapmış ikinci Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər rayonumuzda müvəffəqiyyətlə icra edilməkdədir. Nəticədə 2009-cu ildə sənaye istehsalına investisiya qoyuluşu 2003-cü illə müqayisədə 5,7 dəfə artaraq 25 milyon manat təşkil etmişdir. Burada təkcə onu demək kifayətdir ki, əgər 2003-cü ildə sənaye istehsalının həcmi ümumi daxili məhsulun cəmi 5,2 faizini təşkil edirdisə, bu göstərici 2009-cu ildə 4 dəfə artaraq 23,4 faizədək yüksəlmişdir.

Məlumat vermək istəyirəm ki, 2007-ci il avqustun 23-də rayonumuzda olarkən xeyir-duanızla istifadəyə verilmiş “Azər Yod” zavodunun 2-ci bloku artıq işə düşmüş, istehsal olunan yod məhsulunun həcmi 2 dəfədən çox artmışdır, hazırda 3-cü blokda işlər davam etdirilir. Sovetlər dövründə yod məhsullarının yeganə istehsalçısı olan və uzun illər fəaliyyətsiz qalmış bu müəssisənin məhsulları bu gün bir çox xarici ölkələrə ixrac olunur.

Rayonumuzda mövcud olan Xıllı nərə balıqartırma zavodu da fəaliyyətini genişləndirmiş, ötən il tikintisinə başlanmış “Dizain-qlas” şüşə istehsalı və “Azərpamservis” dərinlik dalma nasoslarını təmir edən müəssisələrdə yeni istehsal sahələri yaradılmışdır.

Dövlət Proqramında nəzərdə tutulan və bütün yaşayış məntəqələrinin qazlaşdırılmasını əhatə edən irimiqyaslı layihənin icrasına başlanmış, hazırda bu işlər sürətlə davam etdirilir. Bu layihənin reallaşması nəticəsində Neftçala şəhərinin qaz təchizatı tamamilə yenidən qurulacaq, həmçinin rayonun 48 kəndinin qazlaşdırılması təmin ediləcəkdir ki, bu da əhali tərəfindən böyük sevinc və minnətdarlıq hissi ilə qarşılanır.

Son illər rayonda genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir, yaşayış massivlərində yeni istirahət parkları və yaşıllıqlar salınır, müasir işıqlandırma sistemləri və fəvvarələr quraşdırılır, küçə və meydanlar, yaşayış binaları günün tələblərinə uyğun yenidən qurulur.

Möhtərəm cənab Prezident!

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası aqrar-sənaye rayonu kimi Neftçalanın böyük potensial imkanlarını da üzə çıxarmışdır. Rayonun tarixində ilk dəfə olaraq ötən il 104 min ton taxıl istehsal olunmuşdur.

Sizin diqqət və qayğınızı rayonumuzun bütün sakinləri kimi hər bir kənd əməkçisi də gündəlik həyatında hiss edir. Suvarma suyu ilə təminatdakı çətinliyi nəzərə alaraq, Sizin tapşırığınızla, ötən ildən 18 min hektar əkin sahəsi olan Xol zonası adlanan əraziyə uzunluğu 25 kilometr, dəyəri 31 milyon manat olan magistral su kanalının çəkilməsinə başlanmışdır. Yeni kanal tam işə salındıqdan sonra ərazidə kənd təsərrüfatı məhsullarının istehsalı sürətlə artacaq və 24 min nəfər əhalinin həyat səviyyəsi və güzəranı durmadan yaxşılaşacaqdır.

Yeri gəlmişkən bir məsələni xüsusilə qeyd etmək istəyirəm ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasına, cənab Prezident, daim nəzarət etməyiniz və yerlərə səfərləriniz zamanı onların yerinə yetirilməsi vəziyyətini şəxsən öyrənməyiniz məsələlərin həllinə cavabdeh olan mərkəzi və yerli icra hakimiyyəti orqanlarının məsuliyyətini daha da artırmaqla, onların birgə əməli fəaliyyətini gücləndirir, yerlərdə sosial əhəmiyyətli infrastruktur layihələrinin həyata keçirilməsini sürətləndirir. Bunun səmərəsini biz gündəlik fəaliyyətimizdə daha çox hiss edirik.

Möhtərəm cənab Prezident!

Dinamik inkişaf ölkəmizdə, o cümlədən Neftçalada mühüm sosial layihələrin icrası ilə müşayiət olunur. Sizin və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, çox hörmətli Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində təkcə 2009-cu ildə 5 orta məktəb binası, Qarabağ əlilləri və şəhid ailələri üçün 48 mənzilli yaşayış binası tikilib istifadəyə verilmiş, rayon Mədəniyyət və İncəsənət Sarayı, Şahmat Məktəbi və bir çox səhiyyə, təhsil, mədəniyyət obyektləri və yaşayış binaları müasir memarlıq üslubunda təmir edilmişdir.

Sizin Neftçala rayonunda olarkən dediyiniz “Neftçalanın siması dəyişir, getdikcə gözəlləşir” sözləri, möhtərəm cənab Prezident, hər bir neftçalalının qurub-yaratmaq əzmini daha da artırır. Sizin rəhbərliyinizlə dövlətimizin dəqiq hədəflərə istiqamətlənmiş sosial-iqtisadi inkişaf xəttinin uğurla davam etdirilməsi onu deməyə əsas verir ki, növbəti illərdə də regionlarda iqtisadi və sosial məsələlər öz həllini tapacaq, vətəndaş mənafeyinə xidmət göstərən iqtisadi siyasət strategiyanız daha yüksək nəticələr verəcəkdir.

Sizi əmin etmək istəyirəm ki, doğma Azərbaycanımızın tərəqqisi, xalqımızın xoşbəxt və firavan gələcəyi naminə gördüyünüz işlərdə neftçalalılar fəal iştirak edəcək, böyük diqqət və qayğınıza öz əməli işimizlə cavab verəcək, qarşımıza qoyulmuş vəzifələrin yüksək səviyyədə, ləyaqətlə həyata keçirilməsi üçün bütün gücümüzlə çalışacağıq.

Diqqətinizə görə sağ olun.

X X X

Prezident İlham Əliyev konfransda yekun nitqi söylədi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir

2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir

AZAL Naxçıvana uçuşları bərpa edib

Elm və təhsil naziri Gəncədə "Son zəng" mərasiminə qatılıb

İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır

Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib