II FƏSİL
II. Xarici sektor statistikası sahəsində statistik müşahidələrin, statistik göstəricilərin və onların metodologiyasının təkmilləşdirilməsi
Sıra №-si | Tədbirin adı | Tədbirin məqsədi | Gözlənilən nəticələr | İcraçılar | İcra müddəti |
2.1. | Fiziki şəxslər tərəfindən gömrük yük bəyannaməsinin tərtib edilməsi tələb olunmayan, idxal və ixrac edilən malların həcminin (dəyərinin) müəyyənləşdirilməsi metodologiyasının təkmilləşdirilməsi və bu sahədə müayinənin aparılması | Tədiyyə balansının statistik informasiya təminatının yaxşılaşdırılması | İdxal-ixraca dair daha dolğun statistik məlumatların mövcudluğu və həmin məlumatların Dövlət Statistika Komitəsinin internet saytında yerləşdirilməsi | Dövlət Statistika Komitəsi, Dövlət Gömrük Komitəsi, Milli Bank | 2009-cu il |
2.2. | Mallar, mal qrupları, ölkələr üzrə illik idxal və ixrac göstəriciləri əsasında xarici ticarət statistikası üzrə elektron məlumat bazasının yaradılması | Xarici ticarət statistikasının elektron informasiya sisteminin təkmilləşdirilməsi | Xarici ticarətin məlumat bazasına internet vasitəsilə bütün istifadəçilərin sərbəst girişi | Dövlət Statistika Komitəsi, Dövlət Gömrük Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, Sənaye və Energetika Nazirliyi | 2008-2009-cu illər |
2.3. | Alternativ mənbələrin məlumatlarından istifadə etməklə, xarici investisiyalar üzrə göstəricilər sisteminin təkmilləşdirilməsi və tətbiqi | Tədiyyə balansının statistik informasiya təminatının yaxşılaşdırılması | Xarici investisiyalar üzrə daha təkmil statistik məlumatların mövcudluğu | Dövlət Statistika Komitəsi, Milli Bank, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi | 2009-cu il |
2.4. | Azad Ticarət sazişləri çərçivəsində həyata keçirilən idxal-ixrac əməliyyatlarının ölkələr və mal qrupları üzrə bölgüsünün əldə edilməsinə dair proqram təminatının hazırlanması | Azad Ticarət sazişləri çərçivəsində həyata keçirilən idxal-ixrac əməliyyatlarının ölkələr və mal qrupları üzrə bölgüsünə dair məlumatların əldə edilməsi | İstifadəçilərin Azad Ticarət sazişləri çərçivəsində həyata keçirilən idxal-ixrac əməliyyatlarının ölkələr və mal qrupları üzrə bölgüsünə dair məlumatlarla təmin edilməsi | Dövlət Statistika Komitəsi, Dövlət Gömrük Komitəsi, İqtisadi İnkişaf Nazirliyi | 2008-ci il |
2.5. | İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə bölgüsünə, o cümlədən Sərbəst Dönərli Valyuta ilə hesablaşmalarının strukturuna dair məlumatların əldə olunması üçün proqram təminatının hazırlanması | İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə bölgüsünə, o cümlədən Sərbəst Dönərli Valyuta ilə hesablaşmalarının strukturuna dair məlumatların əldə edilməsi | İstifadəçilərin idxal-ixrac əməliyyatlarının saziş növləri üzrə bölgüsünə, o cümlədən Sərbəst Dönərli Valyuta ilə hesablaşmalarının strukturuna dair məlumatlarla təmin olunması | Dövlət Statistika Komitəsi, Dövlət Gömrük Komitəsi, İqtisadi İnkişaf Nazirliyi | 2008-ci il |
2.6. | İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə bölgüsünün ölkələr və mal qrupları üzrə strukturunun əldə edilməsinə dair proqram təminatının hazırlanması | İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə bölgüsünün ölkələr və mal qrupları üzrə strukturunun əldə edilməsi | İstifadəçilərin idxal-ixrac əməliyyatlarının saziş növləri üzrə bölgüsünün ölkələr və mal qrupları üzrə strukturuna dair məlumatlarla təmin edilməsi | Dövlət Statistika Komitəsi, Dövlət Gömrük Komitəsi, İqtisadi İnkişaf Nazirliyi | 2008-ci il |
2.7. | Qeyri-dövlət xarici borcların uçotunun aparılması üzrə statistik göstəricilər sisteminin yaradılması və tətbiqi | Xarici borc statistikasının təkmilləşdirilməsi | Xarici sektor üzrə yeni statistik məlumatların mövcudluğu | Dövlət Statistika Komitəsi, Milli Bank, Maliyyə Nazirliyi | 2008-2012-ci illər |