II Sumqayıt Kitab Sərgisi davam edir
Sumqayıt, 24 dekabr, AZƏRTAC
Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilən II Sumqayıt Kitab Sərgisi davam edir.
AZƏRTAC xəbər verir ki, ölkənin 30-dan artıq nəşriyyatı və 10-dan çox kitab evinin iştirak etdiyi sərgidə kitab həvəskarlarına 90 faizədək endirimlər olunur.
Bununla bərabər, sərgidə tanınmış ədəbiyyat və incəsənət nümayəndələri ilə görüşlər, müxtəlif mədəni tədbirlər keçirilir.
Sərgi çərçivəsində ebru sənəti, gips və kətan boyama kimi master-klaslar təşkil olunur, müxtəlif dekorasiyalarda əyləncəli fotozonalar təşkil edilir. Sərgi müxtəlif görüşlər, imza saatları, panellərlə də zəngindir.