Azərbaycan Dövlət İnformasiya Agentliyi

III FƏSİL

III. Sosial sektor və ekologiya statistikası sahəsində statistik müşahidələrin, statistik göstəricilərin və onların metodologiyasının təkmilləşdirilməsi

Sıra №-si
Tədbirin adı
Tədbirin məqsədi
Gözlənilən nəticələr
İcraçı təşkilatlar
İcra müddəti
3.1.
Qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair müayinənin keçirilməsi
Ölkədə qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğum hallarının statistik öyrənilməsi
Ölkədə qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsi haqqında aktual statistik məlumatların əldə edilməsi, müayinə nəticələrinin nəşri
Dövlət Statistika Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
2010-cu il
3.2.
Məktəb yaşında olan uşaqların məktəbdən yayınma səbəblərinin öyrənilməsinə dair müayinənin keçirilməsi
Məktəb yaşında olan uşaqların məktəbdən yayınma səbəblərinin statistik öyrənilməsi
Məktəb yaşında olan uşaqların məktəbdən yayınma səbəbləri haqqında statistik məlumatların əldə edilməsi, müayinə nəticələrinin nəşri
Dövlət Statistika Komitəsi və Təhsil Nazirliyi
2011-ci il
3.3.
Ölkənin sərhədburaxılış məntəqələrində “Miqrasiya proseslərinin öyrənilməsinə dair” statistik müşahidənin metodologiyasının hazırlanması və müayinənin aparılması
Ölkədə miqrasiya proseslərinin statistik öyrənilməsi
Miqrasiya axınlarının səbəbləri haqqında daha geniş məlumatların mövcudluğu, müayinə nəticələrinin nəşri
Dövlət Statistika Komitəsi, Dövlət Gömrük Komitəsi, Nəqliyyat Nazirliyi, Dövlət Miqrasiya Xidməti
 
 
2009-cu il
3.4.
Səhiyyə müəssisələrində göstərilən tibbi xidmətin keyfiyyəti, onların dərman və avadanlıqlarla təminatına dair statistik müayinənin keçirilməsi
Səhiyyə müəssisələrində göstərilən xidmətin və səhiyyə müəssisələrinin maddi-texniki bazasının mövcud vəziyyətinin statistik öyrənilməsi
Dövlət və qeyri-dövlət tibbi müəssisələrin fəaliyyəti haqqında statistik məlumatların əldə edilməsi, müayinə nəticələrinin nəşri
Dövlət Statistika Komitəsi, Səhiyyə Nazirliyi
 
 
2008-ci il
3.5.
Səhiyyə statistikası üzrə məlumatların toplanmasının elektron şəbəkəsinin yaradılması
Səhiyyə statistikası üzrə məlumatların toplanması sisteminin təkmilləşdirilməsi
Səhiyyə Nazirliyi və Dövlət Statistika Komitəsi arasında yaradılmış elektron məlumat mübadiləsinin mövcudluğu
Səhiyyə Nazirliyi, Dövlət Statistika Komitəsi
 
2010-cu il
3.6.
Pensiya təminatı, sosial müavinətlər və dövlət sosial yardımı statistikası üzrə kompleks göstəricilər sisteminin yaradılması və tətbiqi
Pensiya təminatı və dövlət tərəfindən verilən sosial müavinətlərə dair statistik məlumatların bütün istifadəçilər üçün açıqlığının təmin edilməsi
Pensiya təminatı, sosial müavinətlər və dövlət sosial yardımı üzrə statistik göstəricilər sisteminin mövcudluğu
Dövlət Statistika Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu
2009-cu il
3.7.
“Şəxsiyyət əleyhinə zorakılığa dair” statistik müayinənin metodologiyasının hazırlanması və müayinənin keçirilməsi
Şəxsiyyət əleyhinə zorakılıq problemlərinin statistik öyrənilməsi
Şəxsiyyət əleyhinə zorakılıq hallarına dair aktual statistik göstəricilərin əldə edilməsi və Dövlət Statistika Komitəsinin internet saytında yerləşdirilməsi
Dövlət Statistika Komitəsi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
 
 
2008-ci il
3.8.
“Azərbaycanda boşanma hallarının səbəblərinin öyrənilməsinə dair” seçmə statistik müayinənin metodologiyasının hazırlanması və müayinənin keçirilməsi
Ölkədə boşanmaların səbəblərinin öyrənilməsi
Azərbaycanda boşanma hallarının səbəblərinə dair statistik məlumatların əldə edilməsi və müayinənin nəticələrinin istifadəçilər arasında yayılması
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi
2011-ci il
3.9.
Azərbaycan Respublikasında təhsilin inkişafını əks etdirən kompleks statistik göstəricilər sisteminin hazırlanması və tətbiqi, təhsilə çəkilən xərclərin qiymətləndirilməsinin elmi əsaslandırılmış metodikasının hazırlanması
Ölkədaxili istifadəçilərin və beynəlxalq təşkilatların ehtiyaclarını ödəyə bilən təhsil statistikası məlumatlarının hazırlanması
Azərbaycan Respublikasında təhsilin inkişafını əks etdirən yeni statistik göstəricilərin (bir şagirdin, tələbənin təhsilinə çəkilən xərclər və s.) mövcudluğu
Dövlət Statistika Komitəsi, Təhsil Nazirliyi
2009-cu il
3.10.
Gündüz ümumtəhsil məktəblərinin qış mövsümünə hazırlığı, onların maddi-texniki bazası və pedaqoji kadrlarla təminatına aid statistik müayinənin keçirilməsi
Gündüz ümumtəhsil məktəblərinin maddi-texniki bazasının mövcud vəziyyətinin statistik öyrənilməsi
Gündüz ümumtəhsil məktəblərinin qış mövsümünə hazırlığı, onların maddi-texniki bazası və pedaqoji kadrlarla təminatına aid aktual statistik məlumatların əldə edilməsi, müayinə nəticələrinin nəşri
 
Dövlət Statistika Komitəsi, Təhsil Nazirliyi
 
2008-2012-ci illər
3.11.
Mədəniyyətin müxtəlif sahələrində statistik müşahidələrin aparılmasının təkmilləşdirilməsi üzrə metodoloji tövsiyələrin hazırlanması, mədəniyyət sahəsinin əsas göstəricilərinə dair elektron məlumat bazasının yaradılması
Mədəniyyət statistikası üzrə məlumatların toplanması və yayımlanması sisteminin təkmilləşdirilməsi
Mədəniyyətin müxtəlif sahələrinin inkişafını əks etdirən sistemləşdirilmiş elektron məlumatlarına istifadəçilərin internet vasitəsilə açıq girişi
Dövlət Statistika Komitəsi, Mədəniyyət və Turizm Nazirliyi
2012-ci il
3.12.
Əhalinin fasiləsiz təhsildə iştirakına dair statistik müşahidənin metodologiyasının hazırlanması və müayinənin keçirilməsi
Ölkə əhalisinin fasiləsiz təhsildə iştirakı prosesinin statistik öyrənilməsi
Azərbaycan Respublikasında fasiləsiz təhsilin inkişaf meyillərini əks etdirən statistik göstəriciləri tətbiq etməklə, yeni məlumatların əldə edilməsi və Dövlət Statistika Komitəsinin internet saytında yerləşdirilməsi
 
 
 
Dövlət Statistika Komitəsi
 
 
 
2009-cu il
3.13.
Elmi təşkilatların fəaliyyətinin kompleks statistik qiymətləndirilməsinə dair metodologiyanın hazırlanması
Elm statistikası göstəricilərinin inkişaf etdirilməsi
Elmi tədqiqatların səmərəliliyinin qiymətləndirilməsi üçün statistik göstəricilərin, onların tərkibi və hesablanma metodikasının mövcudluğu
Dövlət Statistika Komitəsi, AMEA-nın İqtisadiyyat İnstitutu
2009-cu il
3.14.
Avropa Birliyi ölkələrindəki müşahidə təcrübəsinə uyğun olaraq, innovasiya fəaliyyəti üzərində statistik müşahidənin proqram və alətlərinin yeniləşdirilməsi, kiçik müəssisələrin innovasiya potensialının statistik öyrənilməsinə dair müayinənin təşkili
Ölkədə innovasiya prosesləri üzərində statistik müşahidə sisteminin genişləndirilməsi
Kiçik sahibkarlıq subyektlərində baş verən innovasiya və yeni texnologiyalar haqqında statistik məlumatların əldə edilməsi və onun Dövlət Statistika Komitəsinin internet saytında yerləşdirilməsi
Dövlət Statistika Komitəsi, AMEA-nın İqtisadiyyat İnstitutu
2011-ci il
3.15.
Meşə resurslarının qorunması, təkrar istehsalı və onlardan istifadəyə dair statistik göstəricilər sisteminin və onların formalaşdırılması metodologiyasının təkmilləşdirilməsi
Meşəçilik üzrə statistik göstəricilər sisteminin inkişaf etdirilməsi
Meşə resurslarından istifadə, onların təkrar istehsalı və qorunmasını əks etdirən keyfiyyətli statistik məlumatların mövcudluğu
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Statistika Komitəsi
2012-ci il
3.16.
Ev təsərrüfatlarında yaranan tullantılar haqqında statistik göstəricilər sisteminin hazırlanması
Ev təsərrüfatlarının tullantıları üzərində statistik müşahidənin təşkili
Ev təsərrüfatlarının tullantıları haqqında statistik məlumatların mövcudluğu
Dövlət Statistika Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, bələdiyyələr
2010-cu il
3.17.
Ətraf mühitin mühafizəsinə və təbii ehtiyatlardan səmərəli istifadəyə investisiya qoyuluşlarının öyrənilməsinə dair statistik müayinənin keçirilməsi
Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlar statistikasının təkmilləşdirilməsi
Ətraf mühitin mühafizəsinə və təbii ehtiyatlardan səmərəli istifadəyə investisiya qoyuluşu haqqında beynəlxalq təşkilatların daha geniş sorğularının doldurulması üçün məlumatların mövcudluğu və onların Dövlət Statistika Komitəsinin internet saytında yerləşdirilməsi
Dövlət Statistika Komitəsi, Sənaye və Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
2011-ci il
3.18.
Təbii ehtiyatlardan səmərəli istifadə və ətraf mühitin qorunması statistikasının göstəricilər sisteminin hazırlanması
Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlar statistikasının təkmilləşdirilməsi
Beynəlxalq standartlara uyğun təbii ehtiyatlardan səmərəli istifadə və ətraf mühitin qorunması üzrə, beynəlxalq təşkilatların sorğularının doldurulması üçün məlumatların mövcudluğu
Dövlət Statistika Komitəsi, Sənaye və Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
 
2011-ci il
3.19.
Ölkədə bədən tərbiyəsi və idmanın inkişafını əks etdirən statistik göstəricilər sisteminin yaradılması
Bədən tərbiyəsi və idman statistikasının inkişaf etdirilməsi
Bədən tərbiyəsi və idman statistikasına dair müasir tələblərə cavab verən statistik məlumatların mövcudluğu
 
 
 
Gənclər və İdman Nazirliyi, Dövlət Statistika Komitəsi
2010-cu il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin