CƏMİYYƏT
İki yol-nəqliyyat hadisəsində üç nəfər ölmüşdür
Bakı, 7 sentyabr (AZƏRTAC). Tərtərdə Bərdə rayon sakini Vüqar Hənifəyevin idarə etdiyi “VAZ-21011” və Ağdam rayon sakini Ziyad Muradovun idarə etdiyi “Mercedes” markalı avtomaşınlar toqquşmuşdur.
Qəza nəticəsində Z.Muradovun avtomobilində olan sərnişinlər - Ağdam rayon sakinləri Gülarə Əhmədova və Həsən İbrahimov hadisə yerində ölmüş, xəsarət almış V.Hənifəyev xəstəxanaya yerləşdirilmişdir.
Xətai rayonunun ərazisində, Gəncə prospektində isə Bakı şəhər sakini Vüqar Şərifzadənin idarə etdiyi “Audi” markalı və sürücüsünün şəxsiyyət hələlik müəyyən edilməmiş “VAZ-2106” markalı avtomaşınlar toqquşmuşdur. “VAZ-2106” markalı avtomaşının sürücüsü hadisə yerində ölmüş, xəsarət almış V.Şərifzadə xəstəxanaya yerləşdirilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hər iki faktla əlaqədar cinayət işi açılmışdır, araşdırmalar aparılır.