İKİMƏRTƏBƏLİ EV KÜLƏ DÖNMÜŞDÜR
Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, Gədəbəy rayonunun Arıqran kənd sakini Vahid Həsənovun ikimərtəbəli evi yanmışdır. Bundan əlavə, Şəmkirin S.Vurğun qəsəbəsində fərdi təsərrüfatla məşğul olan Nəsrəddin İbrahimovun həyətyanı sahəyə yığdığı 4 ton quru otu yanmışdır.
Hadisələrin başvermə səbəbləri və dəyən ziyan müəyyənləşdirilir.