İQTİSADİYYAT
İkinci Frankfurt Qaz Forumunda ikinci iş günü başlanmışdır
Frankfurt-Mayn, 12 dekabr (AZƏRTAC). Almaniyanın və Avropa İttifaqının maliyyə paytaxtı sayılan Frankfurt-Mayn şəhərindəki Ştaygenberger sarayında İkinci Frankfurt Qaz Forumunda ikinci iş günü başlanmışdır.
Bugünkü diskussiyalar Cənub Qaz dəhlizinin geosiyasi aspektləri, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycandan və İsraildən ixracın rolu, Şərqi Aralıq dənizi bölgəsində ofşor qaz hasilatı və ixracının kommersiya perspektivləri və geosiyasi riskləri mövzularına həsr ediləcəkdir.
Forumda tanınmış ekspertlər və iri enerji şirkətlərinin menecerləri məruzələrlə çıxış edəcəklər. Kiprin təbii ehtiyatlar və ətraf mühit naziri Nikos Kuialis bugünkü sessiyada əsas məruzəçi kimi çıxış etmiş, Avropa siyasətçilərini və energetika sektorunun biznesmenlərini narahat edən məsələlərin əhatə dairəsini göstərmişdir.
AZƏRTAC forumu işıqlandırmaqda davam edəcəkdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsus müxbiri
Frankfurt-Mayn