Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Xalq yazıçısı Anarla görüş keçirilib

Bakı, 6 iyun, AZƏRTAC

İyunun 6-da AMEA-nın Əsas binasının önündəki Elmlər Akademiyası parkında İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı (II LitBookFest) çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüş keçirilib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək kitab festivalın əhəmiyyətindən danışıb.

Bildirib ki, İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının Azərbaycanda təşkil olunması ölkəmizin Türk dünyasının əsas elmi-mədəni mərkəzlərindən olduğunu isbat edən faktorlardan biridir. Festivalın uğurla davam etdiyini deyən akademik İsa Həbibbəyli tədbirin kitab həvəskarlarının böyük maraq və sevincinə səbəb olduğunu qeyd edib.

Kitab festivalı çərçivəsində görkəmli yazıçılarla, sənət adamları ilə görüşlərin keçirilməsi ənənəsinin bütün dünyada mövcud olduğunu söyləyən alim görkəmli yazıçı və tanınmış ictimai xadim Anarın çoxcəhətli yaradıcılıq fəaliyyətindən bəhs edib.

AMEA rəhbəri bildirib ki, Xalq yazıçısı Anar müstəqillik dövrü Azərbaycan ədəbiyyatının əsas yaradıcılarından biridir: “Yazıçının yaradıcılığa başladığı dövrdə sovet ideologiyasının hökm sürməsinə baxmayaraq, o, müstəqil Azərbaycan ədəbiyyatı uğrunda mübarizə aparıb. Altmışıncı illərin ədəbi nəsli və həmin nəslin önündə gedən Anar müəllim vaxtilə Cəlil Məmmədquluzadənin, mollanəsrəddinçilərin başladığı milli ədəbiyyat ənənəsini yenidən bərpa edib, ona milli istiqlal məzmunu gətirməyi bacarıb”.

Akademik İsa Həbibbəyli Xalq yazıçısı Anarın Azərbaycanda ideologiyadan kənar, xalqa xidmət edən ədəbiyyat yaratdığını və ədibin xalqımızı milli istiqlal uğrunda mübarizəyə hazırlayan ədəbiyyatın yaradıcılarından biri olduğunu qeyd edib. Bildirib ki, yazıçı müstəqilliyin möhkəmləndirilməsi uğrunda gedən proseslərə sanballı töhfəsini verib. Yazıçının “Ağ qoç, qara qoç” əsəri müstəqilliyin mahiyyətini başa salan, onu qorumağın əhəmiyyətini izah edən möhtəşəm əsərdir. İsa Həbibbəylinin sözlərinə görə, Azərbaycan ədəbiyyatında müstəqillik uğrunda mübarizəyə həsr olunan əsərlər içərisində “Ağ qoç, qara qoç”la müqayisə olunacaq əsər yoxdur.

Anarın Türk dünyasında böyük nüfuza malik görkəmli yazıçı olduğunu söyləyən akademik İsa Həbibbəyli ədibin əsərlərinin Qərbin və Şərqin 40-a yaxın dilinə tərcümə olunduğunu diqqətə çatdırıb. O, Anarın bu yaxınlarda Türk dünyası ədəbiyyatının inkişafındakı xidmətlərinə görə Özbəkistan Respublikasının “Dostluq” ordeni ilə təltif olunduğunu xatırladıb. Həmçinin yazıçının TÜRKSOY-un Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin başqanı seçildiyini bildirib.

“Türk dünyasının böyük oxucu kütləsi Xalq yazıçısı Anarı yeni dövrün Türk dünyası ədəbiyyatının lideri kimi qəbul edərək, yüksək qiymətləndirir”, - deyən AMEA rəhbəri yazıçının əsərlərinin Türk dünyasına həsr olunmaqla yanaşı, açılan bütün dünyanı dərk etməyə və maraqlı hadisələri ədəbiyyata gətirməyə örnək olduğunu vurğulayıb. Bildirib ki, Anar müasir ədəbiyyatın görkəmli nümayəndələrindən biridir. Onun əsərləri dünyanın əbədi mirasına, əbədi sərvətinə çevrilmişdir.

Çıxışının sonunda akademik İsa Həbibbəyli Xalq yazıçısı Anarın müasir ədəbiyyatımızın müdrik, uzaqgörən, mütəfəkkir simalı Dədə-Qorqudu olduğunu qeyd edib.

Daha sonra Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, şair Gülşən Behbud və Xalq yazıçısı Anarın yaradıcılığını təhlil edən, “Qobustan” jurnalının baş redaktoru, yazıçı-dramaturq Pərvin Nurəliyeva çıxış edərək yazıçının yaradıcılığından, onun Azərbaycan ədəbiyyatına verdiyi dəyərli töhfələrdən danışıblar.

Sonda Xalq yazıçısı Anar çıxış edərək tədbirin təşkilatçılarına, iştirakçılarına, diqqətli oxucularına minnətdarlığını bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT nümayəndəsi: Biz ANAMA-nın fəaliyyətini dəstəkləyirik, minatəmizləmə sahəsində əlimizdən gələni edəcəyik

Prezident: Deportasiya olunmuş yüz minlərlə azərbaycanlının mülkiyyəti, müqəddəs yerləri qorunmalıdır

Ağgöl Milli Parkı ərazisində balıq ovuna cəhd edən şəxs saxlanılıb

UNICEF: İqlim böhranı dünyada təqribən 1 milyard uşağa təsir edir

Gənclər Fondunun rəsmisi: Dörd minə yaxın gəncin iştirakı ilə forum keçiriləcək

“Formula-1”: Gələn il Azərbaycan Qran-Prisində sprint yarışı olmayacaq

Qubadakı konfransda zərərli vərdişlərin insan sağlamlığına vura biləcəyi fəsadlarından danışılıb

Azərbaycan Prezidenti beynəlxalq forumun iştirakçılarını sülh müqaviləsinin detalları barədə məlumatlandırıb

Azərbaycanda məişət zorakılığında təqsirləndirilən 622 nəfərin 94 faizini kişilər təşkil edib

Yanvar-noyabr aylarında narkomanlığa qarşı mübarizə sahəsində 166 maarifləndirmə tədbiri təşkil edilib

Azərbaycan Uşaqları İctimai Birliyinin sığınacağında məskunlaşan 40-a yaxın uşaq qızılcaya yoluxub

Prezident İlham Əliyev Qranada görüşünə getməməsinin səbəblərini açıqlayıb

Xəbərdarlıqlara baxmayaraq normadan çox yük daşınması halları hələ də müşahidə olunur

Şuşa şəhəri haqqında “Vikipediya”nın özbək dilli seqmentində bölmələr hazırlanıb

Bağdadda İraq-Azərbaycan birgə komissiyasının iclası keçirilir

İrandan Azərbaycana 40 kiloqramdan çox marixuananın keçirilməsinin qarşısı alınıb

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova TÜRKPA-nın Baş katibi ilə görüşüb

Azərbaycan Prezidenti ADA-da keçirilən forumda Özbəkistanın ölkəmizə qardaş dəstəyindən danışıb

Qızılcanın təhlükəsiz sovuşması üçün iki doza peyvənd vurulmalıdır

“Azerbaijan Fashion Week” çərçivəsində Natavan Əliyevanın qeyri-adi moda nümayişi təşkil olunub

Prezident İlham Əliyev: Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır

Prezident: Azərbaycan xarici siyasət konsepsiyasında Avropa İttifaqının üzvü olmağı hədəfləmir

Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı daxil olan müraciətlər son dörd ildə üç dəfə artıb

Azərbaycan Prezidenti: Qarabağda əsas maneə basdırılmış minalardır

NASA canlı yayımla Beynəlxalq Kosmik Stansiyanın 25 illiyini qeyd edib

Milli Məclisin sədr müavini Azərbaycan gənclərinə çağırış edib

“Azerbaijan International Mining Company Limited” yeni mədən texnikalarını təqdim edəcək

Bakıda “Məhmət Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı olacaq

Azərbaycanın tarixçi-aliminin əsəri Özbəkistanda nəşr olunub

Prezident: Təəssüflər olsun ki, Avropada liderlər arasında Borel, Metsola kimi populist insanlar var

Energetika naziri Şabranda vətəndaşlarla görüşəcək

Baydenin G7 liderləri ilə virtual görüşü mətbuata qapalı keçiriləcək

“Polyaklar Azərbaycanda” adlı virtual sənəd sərgisi istifadəçilərin ixtiyarına verilib

Rejissor təlimlərinin çəkiliş mərhələsinə başlanılıb

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Prezident İlham Əliyev: Ola bilər ki, cənab Borel yuxular görür

“ASAN xidmət” və İİB arasında əməkdaşlıq inkişaf edir

Prezident: Azərbaycan və Gürcüstan yaxın tərəfdaşlardır

Bakıda “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı forum keçirilir

Oktyabrın 7-dən bəri İsrail ordusunun itkiləri 410 nəfərə çatıb

İsveçdə iş saatının azaldılması məsələsi nəzərdən keçirilir

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar bilik yarışı keçirilib

DOST RİM “World Finance” beynəlxalq qurumunun "Dünya Maliyyə İnnovasiya Mükafatları" müsabiqəsinin qalibi olub

Prezident İlham Əliyev: Ermənistan beş məlum prinsipi qəbul etməyə yaxındır

“Yeni klinika”da Ambulator klinika istifadəyə verilib

Vüqar Həşimov Memorialının loqosu “Alov qüllələri”ndə əks olunur

Paytaxt məktəbliləri “Ədibin evi”ndə qonaq olublar

Gənclər Kitabxanasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində növbəti tədbir

Prezident: Ermənistanda revanşizm cəhdlərinin olmayacağı ilə bağlı Azərbaycana qəti şəkildə qarantiya lazımdır

Milli üzvü: Azərbaycanda həndbolu inkişaf etdirmək üçün yaxşı məktəb olmalıdır - MÜSAHİBƏ

Milli Məclisdə Qərbi Azərbaycana qayıdışa gənclərin baxışı mövzusunda ictimai dinləmə keçirilir

UNEC ilə “Veysəloğlu” arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

® Orqan transplantasiyası Mərkəzi Gömrük Hospitalında icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində icra olunur

Azərbaycan Prezidenti: Biz keçmiş məcburi köçkünləri layiqli iş yerləri ilə təmin edə bilərik

Sahil Babayev: Ailə dəyərlərinin artırılması zorakılığın qarşısının alınmasına böyük kömək ola bilər

Emin Əmrullayev: Ailədə baş verən zorakılıq cəmiyyətdə özünü büruzə verir

AMEA-da islahatların yeni mərhələsinə start verilib

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti “Sədərək” ticarət mərkəzində təlim təşkil edib

Bu gün Qafqazın ilk dövlət arxivi olan Azərbaycan arxivinin yaradılmasından 103 il ötür

Finlandiya Respublikasının Prezidenti Zati-aliləri cənab Sauli Niinistöyə

Prezident İlham Əliyev Qarabağda erməni sakinlər üçün yaradılan şəraitdən danışıb

Nəqliyyat vasitələrinin komponentləri və texniki qurğularına dair dövlət standartları qəbul edilib

Azərbaycan Prezidenti: Biz regiona sülhü artıq gətirmişik

AFFA rəsmisi Çempionlar Liqasının oyununa təyinat alıb

Son 45 gündə “qara bazar”da dəyəri 4 milyon manatdan çox olan narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Prezident: Azərbaycan bütün məsələləri BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq həll edib

Faktiki hava: Ölkə ərazisində müşahidə olunan küləyin sürəti zəifləyib

Ceyhun Sultanov: "Qarabağ" bu çıxışı ilə növbəti çempionluğa doğru getdiyini göstərir

Nizami poeziyasından bəhs edən monoqrafiyanın təqdimatı olub

Prezident İlham Əliyev: Antiterror tədbirləri nəticəsində mülki infrastruktur və dinc əhali arasında heç bir itki olmayıb

Azərbaycan Prezidenti: Ümid edirdik ki, Qarabağ ermənilərinin nümayəndələri ilə təmaslar qura biləcəyik

Dünya birjalarında neft ucuzlaşıb

Prezident: Məcburi köçkünlərə maksimal həyat şəraitinin yaradılması üçün əlimizdən gələni edirik

Daha bir müharibə əlilinin əməliyyat xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb

Azərbaycanın qeyri-neft ixracı 10 faizdən çox artıb

Fərid Qayıbov növbəti dəfə idmançılarla görüşüb

Bakıdakı Rus evində gitara musiqisi konserti olacaq

Prezident İlham Əliyev: Suverenliyimizi bərpa edəndə Qarabağda böyük həcmdə çoxsaylı erməni hərbi kontingenti var idi

® Beynəlxalq tədbirdə Azərbaycanda insanların kimyəvi maddələrin mənfi təsirinə məruz qalmasının profilaktikası barədə məlumat verilib

Bu gün rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıdır

Prezident İlham Əliyev “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda iştirak edir - YENİLƏNƏCƏK VİDEO

Bakıda məişət zorakılığı ilə mübarizəyə həsr olunmuş konfrans keçirilir

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Qazaxda vətəndaşlarla görüşəcək

DİN: Ötən gün qanunsuz saxlanılan 4 tüfəng aşkar edilərək götürülüb

ADA Universitetində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forum keçiriləcək

Xaçmazda qəzada ölən motosiklet sürücüsünün kimliyi müəyyənləşib

Kür çayında mühafizə tədbirləri görülür

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb

Heydər Əliyev Mərkəzində FIA həftəsi qonaqlarının qarşılanma tədbiri təşkil olunub

Samuxda yol kənarında “Kalaşnikov” və ov tüfəngi aşkarlanıb

Paytaxtın bir sıra yollarında sıxlıq yaranıb - SİYAHI

Hindistanın cənub-şərqində qasırğa 17 nəfərin həyatına son qoyub

İsrail Qəzzada 138 girovun qaldığını bildirib

G7 ölkələrinin liderləri məsləhətləşmələr aparacaqlar

Çin dünyanın ilk 4-cü nəsil atom elektrik stansiyasını istifadəyə verib

İtaliyada səhiyyə işçiləri tətil ediblər

Alimlər iynəsiz yeni vaksinasiya üsulunu kəşf ediblər

İtaliya və Albaniya qanunsuz miqrasiya sahəsində əməkdaşlığı gücləndirir

Bosniya və Herseqovinanın Aİ-yə üzvlüyü ilə bağlı müzakirələr martda başlana bilər