İQTİSADİYYAT
İl ərzində hər adama 186 kiloqram buğda tələb olunur
Bakı, 5 iyul, Elvin Camalov, AZƏRTAC
Ərzaq səbətinin tərkibinə görə il ərzində hər adama 186 kiloqram buğda tələb olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondunun rəisi Zülfüqar Məmmədov deyib.
O bildirib ki, ərzaq təhlükəsizliyinin əsas şərtlərindən biri kadr çatışmazlığıdır. Yerli və bacarıqlı kadrlara ehtiyac var. Bu keyfiyyətli və daha çox buğda əldə etmək üçün vacib amildir.
Z.Məmmədov qeyd edib ki, bəzən istehsalçılar buğdanı becərmə prosesində ciddi nöqsanlara yol verirlər ki, bu da xəstəliyin yaranmasına gətirib çıxardır. Əsasən də bu dərmanlama prosesi ilə bağlı olur.