İLHAM HEYDƏR OĞLU ƏLİYEV
Azərbaycanlıdır, ali təhsillidir. 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu,1985-ci ildə onun aspiranturasını bitirmişdir. Tarix elmləri namizədidir.
1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda dərs demişdir.
1991-1994-cü illərdə Moskvada “Orient” şirkətinin baş direktoru olmuşdur.
1994-cü ildə Azərbaycan Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti, 1996-cı ildə birinci vitse-prezidenti təyin edilmişdir.
1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
1997-ci ilin iyulunda Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilmişdir.
1999-cu ildə Yeni Azərbaycan Partiyasının I qurultayında partiya sədrinin müavini, 2001-ci ildə II qurultayda isə sədrin birinci müavini seçilmişdir.
2001-ci ildə Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin başçısı təyin olunmuşdur. 2003-cü ilin yanvarında AŞPA sədrinin müavini və Büro üzvü seçilmişdir.
İngilis, fransız, türk və rus dillərini bilir.
Evlidir, iki qızı və bir oğlu var.