İlin ikinci Ay tutulması başa çatıb
Bakı, 8 noyabr, AZƏRTAC
Bu gün ilin ikinci Ay tutulması hadisəsi baş verib.
Bu barədə AZƏRTAC-a Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, saat 12:02-dən etibarən yarımkölgəli Ay tutulması başlayıb. Saat 13:09-da qismən, saat 14:16-da isə tam tutulma başlayıb. Tutulmanın maksimumu saat 14:59-da olub. Saat 15:41-də tam tutulma, saat 17:56-da isə qismən tutulma başa çatıb.
Bu ilin ikinci tam Ay tutulmasını Asiyadan, Avstraliyadan, Şimali Amerikadan, Şimali və Şərqi Avropanın bir hissəsindən və Cənubi Amerikanın çox hissəsindən müşahidə etmək mümkün olub.
Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə tutulmanın əsas mərhələsi Bakıda görünməyib. Yalnız son 25 dəqiqə (17:31-17:56) müddətində şərq tərəfdə üfüqdə yarımkölgəli tutulmanı izləmək mümkün olub. Yarımkölgəli Ay tutulmasını görmək çətin olur, çünki kölgəli hissə Ayın qalan hissəsindən azacıq zəifdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:02]
“Türk xalqlarının folkloru” seriyasından növbəti nəşr işıq üzü görüb
- 16.06.2026 [11:29]
DİM Azərbaycan dili imtahanı verəcək şəxslərə müraciət edib
- 16.06.2026 [11:25]
“Divlər sarayı”nın izi ilə: Azıx qəbiləsindən alp babalarımıza uzanan yol
- 16.06.2026 [10:48]
Klassik poeziyamızda katiblik sənəti və yazı ləvazimatı - elmi seminar
- 16.06.2026 [10:38]
DİM və IAEA arasında əməkdaşlıq genişlənir
- 16.06.2026 [10:31]
Ulu Öndərin strateji kursu müasir Azərbaycanın uğurlarının təməlidir
- 15.06.2026 [12:28]