Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

İlin yekunları: aqrar sektor keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyur

Bakı, 30 dekabr, AZƏRTAC

Aqrar sektor Azərbaycan iqtisadiyyatında xüsusi çəkiyə malik sferalardan biridir. Ölkə əhalisinin təxminən 45 faizinin məşğulluğu bu sahədə formalaşır. Öz növbəsində, əhalinin istehlak fondunun ən azı üçdə ikisi bilavasitə bu sektor hesabına təmin edilir. Buna görə də ölkəmizin iqtisadi təhlükəsizliyi birbaşa kənd təsərrüfatının dayanıqlı inkişafından asılıdır.

AZƏRTAC Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunun “Aqrar siyasət və sahibkarlığın inkişafı” şöbəsinin müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Eldar Quliyevin aqrar sektora dövlət qayğısı və 2016-cı ilin yekunları barədə qeydlərini təqdim edir.

Müstəqilliyin ilk illərində respublikamızın ittifaq respublikaları ilə iqtisadi əlaqələrinin və bank-maliyyə əməliyyatlarının kəsilməsi, təchizatda yaranmış çətinliklər, kənd təsərrüfatı məhsulları ilə maddi-texniki resursların qiymətləri arasındakı qeyri-mütənasiblik, maliyyə, kredit, vergi siyasətində, aqrar sahənin idarə edilməsində mövcud nöqsanlar və respublikada təşkilati-iqtisadi mexanizmin ardıcıl və sistemli həyata keçirilməməsi səbəbindən kənd təsərrüfatında dərin böhran hökm sürürdü.

Statistik məlumatlara əsasən, 1990-cı ilə nisbətən 1995-ci ildə taxıl istehsalı 35 faiz, kartof istehsalı 16 faiz, tərəvəz istehsalı 50,5 faiz, pambıq istehsalı 49,5 faiz və meyvə istehsalı 11,7 faiz azalmışdı. 1993-cü ilə nisbətən isə 1995-ci ildə dənli və dənli paxlalıların istehsalında 19,7 faiz, tərəvəzdə 13 faiz, bostan məhsullarında 10,7 faiz, meyvə və giləmeyvədə 6,4 faiz, pambıqda 3,7 faiz, tütündə 74 faiz azalma baş vermişdi. Göründüyü kimi, istehsal ildən-ilə azalmaya doğru gedirdi. Eyni vəziyyət heyvandarlıq, quşçuluq, baramaçılıq sahələrində də müşahidə olunurdu. İqtisadi böhran getdikcə dərinləşir və yaranmış vəziyyət köklü islahatlar tələb edirdi. 1990-cı illərin ortalarından etibarən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanan aqrar islahatlar bu gün də ardıcıl və sistemli şəkildə davam etdirilir, müvafiq dövlət proqramları hazırlanaraq icra olunur.

Hazırda post-neft dövrünü yaşayan Azərbaycanda qeyri-neft sektorunun, xüsusən kənd təsərrüfatının inkişafı ön plana çıxıb. Aqrar sektorun əsas istiqamətləri olan bitkiçilik və heyvandarlığın inkişafını təmin etmək üçün dövlət proqramları hazırlanıb. Eyni zamanda, əkin sahələrinin artırılması və heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Bunun nəticəsində 2016-cı ildə 1628,9 min hektar əkin sahəsinin 997,5 min hektarında dənli və dənli-paxlalılar, 162,8 min hektarında kartof, tərəvəz və bostan, 1000 hektarında yemlik bitkilər, 73,4 min hektarında texniki bitkilər əkilib. Ümumi əkin sahələri ötən illə müqayisədə 2,8 faiz, o cümlədən dənli bitkilərin əkin sahələri 4,8, buğda əkini 9,2, texniki bitkilər əkini 89,2 faiz artıb. Dənli və dənli paxlalılar istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 64,2 min ton artaraq 3060,1 min tona çatıb. Xüsusilə qeyd edilməlidir ki, 2016-cı ilin 10 ayında 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə meyvə-tərəvəz məhsullarının ixrac həcmi 21,8 faiz artıb və 270,8 milyon ABŞ dolları təşkil edib.

Dənli bitkilərin istehsalında toxumçuluğun mühüm rolu nəzərə alınaraq bu sahəyə xüsusi diqqət yönəldilib. Dövlət və özəl toxumçuluq təsərrüfatları üzrə 183,4 min ton taxıl toxumu, o cümlədən 37,8 ton orijinal, 223,5 ton superelit, 1797,6 ton elit, 21 min ton R1, 50,7 min ton R2 və 109,1 min ton reproduksiyasız toxumlar, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin təsərrüfatlarında isə 37,8 ton orijinal, 223,6 ton superelit, 1797,6 ton elit toxum istehsal olunub. Eyni zamanda, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin təsərrüfatlarında orijinal, superelit və elit tərəvəz, kartof, yem bitkiləri, pambıq toxumları, həmçinin meyvə, çay və üzüm tingləri yetişdirilib.

Kənd təsərrüfatı məhsulları istehsalçılarının gəlir əldə etmək imkanlarının yaxşılaşdırılması məqsədi ilə 2016-cı ildə dövlət büdcəsinin vəsaiti hesabına 481,9 min hektar sahədə aparılan buğda və çəltik səpininə görə 19,3 milyon manat, 1192,8 min hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə 59,6 milyon manat, 14,2 min hektar sahədə aparılan təkrar əkinlərə görə 710 min manat məbləğində yardım verilib.

Hesabat dövründə 107,4 min ton həcmdə mineral gübrənin 70 faiz güzəştlə satılması üçün dövlət büdcəsindən 49,05 milyon manat ayrılıb. Bundan əlavə, 2016-cı ildə sertifikatlı toxum və tinglərin istehsalına və satışına görə toxumçuluq təsərrüfatlarına 7,97 milyon manat, elmi-tədqiqat təşkilatları tərəfindən istehsal edilmiş orijinal, superelit və elit toxumlarının istehsalına çəkilən xərclərin ödənilməsinə isə 929,7 min manat büdcə vəsaiti yönəldilib.

Dekabrın 1-nə olan məlumata görə, 2017-cı ilin məhsulu üçün 993,5 min hektar sahədə şum aparılıb, 800,8 min hektarda dən üçün payızlıq bitkilər, o cümlədən əkinlərin 519,4 min hektarda buğda, 281,4 min hektarda arpa səpilib.

Heyvandarlıq sahəsində stabil artım 2016-cı ildə də davam edib. İlin ötən on bir ayında 435,6 min ton diri çəkidə ət, 1833 min ton süd, 1470,6 milyon ədəd yumurta və 16,5 min ton yun istehsal olunub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6,9 min ton və ya 1,6 faiz, süd istehsalı 56 min ton və ya 3,1 faiz, yumurta istehsalı 68 milyon ədəd və ya 4,8 faiz artıb.

Heyvandarlıq təsərrüfatlarında seleksiya-damazlıq işlərinin elmi əsaslarla aparılması və heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması üçün xarici ölkələrdən yüksək məhsuldarlığa malik damazlıq heyvanların idxalı davam etdirilib və heyvanların süni mayalandırılması işi genişləndirilib. 2016-cı ildə lizinq yolu ilə 4138 baş iribuynuzlu cins damazlıq heyvan alınaraq ölkəyə gətirilib və güzəştli şərtlərlə istehsalçılara satılıb.

Azərbaycan Respublikası Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli Sərəncamına əsasən əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiya verilməsi qərara alınıb. On bir ayda 87 min başdan çox qaramal süni mayalandırılıb və 47,3 min sağlam bala alınıb.

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti il ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarının müasir kənd təsərrüfatı texnikaları, texnoloji avadanlıqlar, mineral gübrələr, pestisidlər və cins damazlıq heyvanlarla təmin olunması istiqamətində işləri davam etdirib və istehsalçılara müxtəlif aqrotexniki xidmətlər göstərib. On bir ayda bu məqsədlər üçün dövlət büdcəsindən 77,108 milyon manat, Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə 50 milyon manat olmaqla, ümumilikdə, 127,108 milyon manat vəsait ayrılıb. Bununla yanaşı, Cəmiyyətin fəaliyyətindən əldə edilmiş təkrar istifadə vəsaitindən 116,5 milyon manatı nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə xərclənib. Kənd təsərrüfatı məhsulları istehsalçılarının müasir kənd təsərrüfatı texnikaları ilə təminatının gücləndirilməsi məqsədləri üçün 2016-cı ildə 164,45 milyon manat dəyərində 4349 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınıb.

İl ərzində “Aqrolizinq” ASC tərəfindən 3354 ədəd kənd təsərrüfatı texnikaları, o cümlədən 34 pambıqyığan kombayn, 993 traktor, 1 ekskavator və 2326 ədəd digər kənd təsərrüfatı texnikaları gətirilib və istehsalçıların istifadəsinə verilib. Eyni zamanda, “Aqrolizinq” ASC tərəfindən özünün təkrar istifadə vəsaiti hesabına 1660 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikalarının alınması məqsədi ilə müqavilə bağlanıb. Artıq 943 ədəd kənd təsərrüfatı texnikasının gətirilərək istehsalçıların istifadəsinə verilməsi təmin edilib.

Respublikada ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən tədbirlər çərçivəsində əhalinin ət və süd məhsullarına tələbatını ödəmək məqsədi ilə mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasının və damazlıq işinin səviyyəsinin yüksəldilməsinin vacibliyi nəzərə alınaraq, “Aqrolizinq” ASC tərəfindən cari ildə əvvəlki illərdə bağlanmış müqavilələr üzrə qalan 8761 baş iribuynuzlu damazlıq heyvandan 3255 baş, o cümlədən 645 baş Holştin-friz və 2610 baş Simmental cinsli iribuynuzlu damazlıq heyvanların respublikaya gətirilərək 50 faiz güzəştlə kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinqə verilib.

Dövlətimizin başçısının tapşırığı ilə aqrar sektorun, xüsusilə ixracyönümlü məhsulların istehsalının stimullaşdırılması, bu sahəyə hərtərəfli dövlət dəstəyi kənd təsərrüfatının ənənəvi sahələrinin, o cümlədən pambıqçılığın, baramaçılığın, fındıqçılığın dirçəldilməsinə güclü təkan verib. Kənd təsərrüfat məhsullarının istehsalının artırılması üçün ayrı-ayrı sahələr üzrə dövlət proqramları işlənib hazırlanıb. Bu proqramlarda xüsusən ixrac potensialının artırılmasına yönəlmiş tədbirlər əksini tapıb.

2016-cı ili pambıqçılıqda dönüş ili kimi səciyyələndirmək olar. Belə ki, pambıq əkinlərinin sahəsi ötən ilə nisbətən 2,8 dəfə artaraq 52057,7 hektara çatıb. Respublikada 87 min 237,7 ton pambıq tədarük olunub ki, bu da 2015-ci illə müqayisədə 2,5 dəfə çoxdur. İstehsalçılara verilən subsidiyalar, məhsulun alış qiymətinin artırılması və digər stimullaşdırıcı tədbirlər kənd camaatının yenidən pambıqçılığa marağının artmasına səbəb olub.

Baramaçılığın inkişaf etdirilməsi məqsədilə bu ilin sonlarında Çindən Azərbaycana 1,5 milyon ədəd tut tingi gətirilib və 37 rayona paylanılıb. Tinglər fermer və sahibkarlara, eyni zamanda, nazirliyin tabeliyindəki tingçilik təsərrüfatlarına pulsuz verilib. Baramaçılığın yem bazasının möhkəmləndirilməsi bu sahənin inkişafı ilə yanaşı, kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəlməsində mühüm rol oynayacaq. Eyni zamanda, təsərrüfatlar üçün əlavə gəlir mənbəyi olacaq.

Azərbaycanda 40 min hektar ərazidə yeni fındıq bağlarının salınması nəzərdə tutulur. Bu il 10240 hektar sahədə fındıq bağları salınıb. Bu tədbirlər əsasən Zaqatala, Qax, Qəbələ, Balakən, Xaçmaz, Qusar, Quba, Oğuz, Şəki, Şabran, İsmayıllı və Yevlax rayonlarını əhatə edəcək. Yeni fındıq bağlarının salınması məqsədilə ting yetişdirən fermerlərə subsidiya kimi verilməsi üçün 700 min manat vəsait ayrılıb.

Qeyd edək ki, respublikamızda kənd təsərrüfatı məhsullarının ixracını artırmaq üçün geniş imkanlar var. Kənd təsərrüfatının inkişafına dair Strateji Yol Xəritəsində qeyd edildiyi kimi, 2014-cü il üzrə “The Observatory of Economic Complexity” hesabatına görə, Azərbaycan ixracın həcmi üzrə dünyada 144 ölkə arasında 70-ci yerdə qərarlaşıb. Strateji Yol Xəritəsində gələcəkdə idxaldan asılılığı minimuma endirmək və yerli məhsullarla özünü təminetmə səviyyəsini daha da yüksəltmək məqsədilə rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının təşviqi ilə bağlı qarşıya konkret hədəflər qoyulub. Həmçinin “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli Sərəncamı və “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 mart tarixli Fərmanı ölkənin ixracının şaxələndirilməsi və rəqabət qabiliyyətinin yüksəldilməsinə yönəlib.

Hesab edirik ki, Strateji Yol Xəritəsində müəyyənləşdirilən vəzifələrin həyata keçirilməsi, habelə dövlətin kənd təsərrüfatına göstərdiyi diqqət və qayğı nəticəsində yaxın, orta və uzunmüddətli dövr üçün nəzərdə tutulan hədəflərə çatmaq mümkün olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

Təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilir

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb VİDEO

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub