REGİONLAR
İmişli Regional Ədliyyə İdarəsi tərəfindən vətəndaşlarla görüş keçirilib
İmişli, 30 aprel, Aydın Yavərzadə, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların, xüsusilə Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına həssaslıqla yanaşması ilə bağlı Ədliyyə Nazirliyinin Aparatı ilə razılaşdırılmış qrafikə əsasən İmişli Regional Ədliyyə İdarəsi tərəfindən Beyləqan rayonunda vətəndaşlarla görüş təşkil olunub.
İmişli Regional Ədliyyə İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, idarə rəisi İsgəndər Orucov aprel ayının 28-də ədliyyə, o cümlədən bələdiyyə fəaliyyəti ilə bağlı Saatlı rayonunda vətəndaşlarla görüş təşkil olunub. Qəbulda iştirak edən vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bəzi məsələlərə yerindəcə aydınlıq gətirilib və digər hallar üzrə qanunvericiliyin müvafiq tələbləri izah edilib, aidiyyəti hissədə məsul əməkdaşlara aidiyyəti tapşırıqlar verilib.
Bundan başqa, regional idarənin rəhbərliyi tərəfindən Saatlı icra və probasiya şöbəsinin kollektivi ilə keçirilin iclasda əmək və icra intizamı, eləcə də vətəndaşların müraciətlərinə vaxtında, o cümlədən əsaslı cavab verilməsi və ünsiyyət zamanı etik davranış qaydaları ilə bağlı nazirliyin rəhbərliyinin göstəriş və tapşırıqlarına, habelə qanunvericilikdən irəli gələn tələblərə əməl olunması bir daha diqqətə çatdırılıb. Qeyd edilib ki, yerlərdə vətəndaşların qəbulunun keçirilməsi mütəmadi olaraq davam etdiriləcəkdir.