İmişlidə 15 kiloqram narkotik vasitə aşkarlanıb
Bakı, 11 fevral, AZƏRTAC
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən Elvin Mustafayev və tanışı N.İsaxanova saxlanılıblar.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, onlardan 15 kiloqram narkotik vasitə olan tiryək və marixuana aşkarlanıb. E.Mustafayev və N.İsaxanova sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [17:06]
Qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri davam etdirilir
- 13.11.2026 [16:45]
“Şirvan Aqro” MMC-yə “HALAL” uyğunluq sertifikatı təqdim edilib
- 13.11.2026 [16:17]
Ümumdünya Xeyirxahlıq Günü: yaxşılıq insanlığın ən ali dəyərlərindəndir
- 13.11.2026 [16:16]
Paytaxt rayonlarında qışa hazırlıqla bağlı müşavirələr keçirilir VİDEO
- 13.11.2026 [16:00]
Heydər Əliyev adına Hərbi İnstitutda qanvermə aksiyası keçirilib
- 13.11.2026 [15:57]