İMİŞLİDƏ 8500 YERLİK STADİON TİKİLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, rayonun Meliorator qəsəbəsindəki inşaat sahəsində 100 nəfərə yaxın adam çalışır. Hazırda tribunalar qurulmuş, plastik oturacaqlar qoyulmuş, zəruri xidmət otaqları tikilmişdir. Tikinti-quraşdırma tədbirləri Avropa standartlarının tələblərinə uyğun həyata keçirilir. İdman meydançasının respublika futbol birinciliyinədək istifadəyə verilməsi nəzərdə tutulmuşdur.