İmişlidə avtomobil ağaca çırpılıb
İmişli, 21 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib, sürücü xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə səhər saat 8 radələrində İmişli şəhər Heydər Əliyev prospektində qeydə alınıb. Sabirabad sakini Elnur Yadigarov idarə etdiyi 90-GN-485 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil ağaca çırpılıb.
Qəza nəticəsində xəsarət alan sürücü İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.11.2026 [16:29]
İsmayıllıda qanunsuz heyvan kəsiminin qarşısı alınıb
- 19.11.2026 [16:13]
Bu il Naxçıvanda istehlakçılara 6 milyon manata yaxın vəsait qaytarılıb
- 19.11.2026 [13:27]
Soltanlı kəndində daha 16 ailəyə evlərinin açarları təqdim olunub VİDEO
- 19.11.2026 [13:13]